Gulshen Dikmen hekimtap.az

Gulshen Dikmen

Ophthalmologist

15 years of experience

Baku
Miopiya hekimtap.az

Miopiya

Author: Oftalmoloq Gülşən Dikmen , Əlaqə: 055 808-84-23
4162

Published: 14.04.2020
Gulshen Dikmen

Miopiya nədir?

 Miopiya (yaxındangörmə) - pasiyentin ayrı-ayrı obyektlərin uzaq məsafədən pis görməsi ilə müşayiət olunan görmə deffektidir. Bu, refraksiya pozuntuları arasında ən çox yayılmışı hesab olunur. Miopiya astiqmatizm və ya presbiopiya kimi problemlərlə də müşayiət oluna bilər. Miopiya eynək, kontakt linzalar və ya refraksion cərrahiyyə vasitəsilə korreksiya olunur. 

 
Miopiyanın yaranma səbəbləri hansılardır?

Miopiyanın inkişafında əsas faktor kimi irsiyyət göstərilir. Statistikaya görə, yaxındangörmədən əziyyət çəkən uşaqların 50%-inin valideynlərində eyni refraksiya patologiyası müşahidə edilir.  

Daha bir risk faktoruna, gözlərin həddindən artıq yüklənməsini aid etmək olar. Məsələn, kifayət qədər işıqlanma olmadıqda hansısa obyektə yaxın məsafədən baxmaq, düzgün olmayan pozalarda yazmaq, və ya oxumaq və s. miopiyanın inkişafına səbəb ola bilər.  

 
Miopiyanın növləri hansılardır?

 Refraktometriyanın nəticələrinə və tələb olunan korreksiyaya əsasən, miopiyanı 3 dərəcəyə bölürlər:

- yüngül –  < -3 dptr.

- orta – -3 – -6 dptr.

- yüksək – > -6 dptr.

 
Miopiyanın dərəcəsi -30 dioptriyaya qədər yüksələ bilər.

 
Miopiyanın əlamətləri hansılardır?

 - uzaqdangörmənin dəqiq olmaması səbəbindən obyektlərə yaxınlaşma;

- uzaqda yerləşən obyektlərin təsvirinin yayınıq olması;

- uzaqda yerləşən obyektləri görmək üçün gözlərin qıyılması;

- gözlərin yorulması;

- baş ağrıları və s. 

 
Miopiyanın müalicə üsulları hansılardır?

 

Miopiyanı korreksiya etmək üçün bir sıra metodlar mövcuddur. Onlar arasında həm optik, həm də cərrahi (refraksion cərrahiyyə) üsullar yer alır. 

Yaxındangörmənin korreksiyası üçün ən çox yayılmış metodlar - eynək və ya linzaların tətbiq olunmasıdır. 

Eksimer lazer, miopiyanın ən müasir, təhlükəsiz və effektiv korreksiya üsuludur. Eksimer lazer vasitəsilə görmənin bərpası xüsusi soyuq şüa vasitəsilə həyata keçirilir. Bu zaman şüa buynuz qişanın ən nazik qatlarını buxarlandıraraq onun əyriliyini lazımi səviyyəyə çatdırır. Eksimer lazer korreksiyası görmə məhdudiyyəti olmadan dolğun həyat sürməyə şərait yaradır. 

Miopiyanın daha bir unikal korreksiya üsulu Smart linzaların (“ağıllı” linzaların) tətbiqidir. “Ağıllı” linzalar gözə uzaq, orta və yaxın məsafələrdən gələn işıq şüalarını sındıraraq, retinada bir nöqtədə toplayır, beləliklə, tək bir linza ilə eyni zamanda bütün məsafələrdəki cismləri görmək mümkün olur. Bu linzalar eynək və kontakt linza ehtiyacını aradan qaldırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Gulshen Dikmen

Choose time

Write you telephone number

By applying you accept

rules of service