Gulshen Dikmen hekimtap.az

Gulshen Dikmen

Ophthalmologist

15 years of experience

Baku
Göz yaşı aparatı xəstəlikləri - aqressiv və təhlükəli hekimtap.az

Göz yaşı aparatı xəstəlikləri - aqressiv və təhlükəli

Author: Oftalmoloq Gülşən Dikmen , Əlaqə: 055 808-84-23
7419

Published: 30.10.2018
Gulshen Dikmen

Xəstəliyin ümumi təsviri

Göz yaşı aparatı xəstəliyi çox geniş yayılmış və təhlükəli patologiyadır. Göz yaşı aparatı emosiyaları ifadə etməklə yanaşı, xüsusi maye vasitəsilə gözləri təbii yolla təmizləyir. Müxtəlif hisslər (kədər, sevinc və s.) keçirərkən insan göz yaşı axıdır. Bu emosional vərdişlərə köklənmiş göz sistemi - göz yaşı vəzisindən, göz yaşı yollarından və çıxarıcı axarlardan ibarətdir. 

Müasir oftalmologiyaya məlum olan göz yaşı aparatı xəstəlikləri gözün bir və ya bütün sistemlərinə  zərər yetirə bilər.

Bu xəstəliklərə aiddir:

  • Dakrioadenit  - göz yaşı selikli qişasının iltihabı;
  • Epifora - göz yaşının həddindən artıq ifraz olunması;
  • Stenoz -  göz yaşı axarlarının daralması və ya iltihabı.

Patologiya niyə yaranır?

Göz yaşı vəzilərinin xəstəlikləri anadangəlmə, göz aparatının ananormal quruluşu, yaxud da hər hansı iltihabi xəstəlik  (məsələn, qrip, skarlatina və s.), travma və ya şişlər səbəbindən yarana bilər. 

Göz yaşı aparatının daha bir və ən geniş yayılmış səbəblərindən biri də yad cismlərdir (tilişkə, qurdlar, kirpik və s.). Göz yaşı kanallarının anadangəlmə formalaşmaması da mümkündür və bu, adıçəkilən xəstəliklərin yaranmasında başlıca amil kimi çıxış edə bilər. 

Xəstəlik özünü bu cür büruzə verir

Əgər yeni doğulmuş körpədə yuxarı göz qapaqları şişkindirsə, göz yaşları dayanmadan axırsa və ya ümumiyyətlə, yoxdursa bu, göz yaşı sisteminin anadangəlmə qüsurundan şübhələnmək üçün tutarlı əsasdır. 

Gözlərin kəskin iltihabına daha çox uşaqlarda və gənclərdə rast gəlinir. Göz yaşı vəzisinin iltihabı həm birtərəfli, həm də ikitərəfli ola bilər. Bəzi hallarda xəstəlik tüpürcək vəzisinə kimi inkişaf edir.  

Bu patologiyanı göz qapağının (yuxarı) şişkinliyi və ağrısı vasitəsilə müəyyənləşdirmək mümkündür. Şişkinlik ciddi olduqda, gözü açmaq çətinləşir, göz almaları yerini dəyişir və onların hərəkəliliyi zəifləyir. Həmçinin, yanaşı gedən simptomları (göz yaşı aparatının xəstəlikləri) müşahidə edilə bilər. Məsələn, baş ağrısı, yuxunun və iştahanın pozulması, hərarətin qəfil qalxması. 

Çıxarıcı yolların xəstəliklərini külək və ya soyuqda göz yaşının davamlı axmasından da ayırd etmək mümkündür. Belə olan təqdirdə, göz qapağının rəngi qızarır.  

Xəstəlik özünü bu cür büruzə verir

Yekun diaqnozu təcrübəli həkim-oftalmoloq müayinə və pasiyentlə söhbət nəticələrinə uyğun qoyur. Zədələnmə nahiyələrini dəqiqləşdirmək üçün  göz yaşı kanalına çox kiçik şprislə rəngləyici maye yeridilir,  geri qayıdan mayenin əsasında göz yaşı axarlarında zədələnmənin olub-olmaması, habelə lokalizasiyası müəyyənləşdirilir. 
Şiş və travmaları aşkar etmək üçün rentgen müayinəsindən də istifadə oluna bilər. 

Göz yaşı aparatı xəstəliklərinin müalicəsi çox vacibdir

Göz yaşı aparatı xəstəliklərini vaxtında və xətaya yol vermədən müalicə etmək lazımdır. Əks halda, göz yaşının toplanması irinləməyə və bunun hətta, baş beyinədək irəliləməsi baş verə bilər.

Müalicə fizioterapevtik prosedurlardan, maz və damcılardan ibarətdir. Bütün müalicələr xəstəliyə səbəb olan faktorların aradan qaldırılmasına yönəldilir. Yaşçıxarıcı aparıtın müalicəsi əsas səbəbin aradan qaldırılması və ümumi möhkəmləndirici terapiya üzərində qurulur. Həmçinin, operativ müdaxilə və göz yaşı axarlarının süni yolla genişləndirilməsi də tələb oluna bilər.


Mövzu ilə bağlı video:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Gulshen Dikmen

Choose time

Write you telephone number

By applying you accept

rules of service