Ruslan  Məmmədov hekimtap.az

Ruslan Məmmədov

Ophthalmologist

11 years of experience

Baku
Travmatik katarakta
 hekimtap.az

Travmatik katarakta

Author: Oftalmoloq Ruslan Məmmədov, Əlaqə: (+994) 77 766-77-33
3065

Published: 01.03.2020
Ruslan Məmmədov

Travmatik katarakta nədir?

Travmatik katarakta - gözün müxtəlif zədələnmələri nəticəsində büllurun zədələnərək bulanmasına deyilir. Vaxtında müdaxilə edilməzsə, 70% hallarda korluğa səbəb olur.

Travmatik katarakta hissəvi (lokal), tam (total), hissəvi-sovrulmuş, eləcə də büllurun normal anatomik yerləşməsi, hissəvi yerdəyişməsi (sublyuksasiya) və tam yerdəyişməsi (lyuksasiya) şəklində ola bilər. 

Travmatik kataraktanın hansı növləri var?

Travmanın formasından asılı olaraq, kataraktanın aşağıdakı növləri var:

- kontuzion (küt zədə nəticəsində yaranır);
- yaralanma nəticəsində (dəlib keçən yaralanma);
- toksiki (kimyəvi maddələrlə zədələnmə);
- şüa (ionlaşdırıcı şüalanma nəticəsində yaranan).

Travmatik kataraktanın əlamətləri hansılardır?

Travmatik kataraktanın inkişaf simptomları aşağıdakılardır:

- təsvirin yayılması;
- gözlərdə ikiləşmə;
- işiq mənbələri ətrafında parlaq oreolların yaranması;
- oxuma zamanı çətinliklərin yaranması;
- işığa qarşı həssaslıq;
- buludlu havada görmənin yaxşılaşması;
- təsvirin kontrastlıq və parlaqlığının azalması;
- bəbək rənginin dəyişməsi;
- tam korluq.

Travmatik kataraktanın diaqnostikası necə aparılır?

Xəstəliyin müayinəsi həkim-oftalmoloq tərəfindən aparılır, anamnestik məlumatlara, vizual baxışa, biomikroskopiyaya əsaslanır.


Travmatik kataraktanın müalicəsi necə aparılır?

Travmatik kataraktanın əsas müalicə üsulu fakoemulsifikasiya metodu ilə büllurun çıxarılmasına əsaslanır. Büllurun təcili çıxarılmasına göstərişlər bunlardır:

- ön kameranın zədələnmiş büllur kütləsi ilə dolması;
- yüksək gözdaxili təzyiq;
- artan iridotsiklik əlamətləri.

Travma növündən və yanaşı ağırlaşmalardan asılı olaraq, pasiyentə fərdi əməliyyat metodu seçilir. Çıxarılmış büllur süni linza ilə əvəz olunur. Əməliyyat ambulator, yerli keyitmə ilə aparılır.

Travmatik katarakta əməliyyatından sonra torlu qişa, xüsusən də göz dibi periferiyası mütamadi olaraq nəzarətdə saxlanmalıdır. Bu,torlu qişa qopmalarının qarşısını almaq üçündür.


Ruslan Məmmədov

Choose time

Write you telephone number

By applying you accept

rules of service