Ruslan  Məmmədov hekimtap.az

Ruslan Məmmədov

Ophthalmologist

11 years of experience

Baku
Tor qişa qopmaları
 hekimtap.az

Tor qişa qopmaları

Author: Oftalmoloq Ruslan Məmmədov
8160

Published: 30.11.2018
Ruslan Məmmədov

Tor qişanın qopması - ciddi göz xəstəliyi olub, cərrahi müalicə tələb edir. Bu xəstəlik gözün tor qişasının neyrosensor qatının piqment epiteliden qopması nəticəsində yaranır. Əgər tor qişanın qopması baş verərsə, təcili olaraq, mütəxəssisə müraciət etmək lazımdır. Əks halda bu, korluğa səbəb ola billər! Əksər hallarda tor qişanın qopmasına, yaxından görmədən əziyyət çəkən insanlarda rast gəlinir, lakin xəstəliyə səbəb - travmalar və hipertonik kriz də  ola bilər.

Tor qişa qopmalarının üç növü var:

  • Reqmatogen;
  • Eksssudativ;
  • Traksion.

Tor qişa qopmalarını yaradan səbəblər

Tor qişanın qopma səbəbələri müxtəlifdir. Buraya miopiyanın butun  dərəcələri, travmalar, ağır fiziki yüklənmələr və digər xəstəliklər (məsələn, tor qişanın diabetik patalogiyası, qan sızmaları və s.) aiddir.

Tor qişa qopmasının əlamətləri

Tor qişanın qopma əlamətləri aşağıdakılardır:

  • Görmənin zəifləməsi;
  • Görmə sahəsinin daralması;
  • Sayrışan nöqtələrin əmələ gəlməsi;
  • Göz önündə pərdənin yaranması;
  • Yan görmənin qəfil itməsi;
  • Əşyaların deformasiyalı və ya ləngərli görünməsi.

Tor qişa qopmaları necə müayinə olunur?

Tor qişa qopmalarına şübhə yarandıqda aşağıdakı müayinələr aparılır:

  • Göz dibinin müayinəsi;
  • Gözün daxili strukturunun ultrasəs müayinəsi;

Tor qişa qopmalarının müalicəsi

Tor qişa qopmalarının müalicəsi cərrahi və lazer üsulları ilə aparılır.

Müalicə əsasən vitrektomiya cərrahiyəsi yolu ilə həyata keçirilir. 

Bundan başqa, gostərici varsa ekstraskleral balonlaşdırma və ya plomblaşdırma üsulu ilə də aparıla bilər.

Lazer müalicəsinin prinsipi toxuma temperaturunu qəfil yüsəldilməsinə (bu, koaqulyasiya yaradır) əsaslanır. Bunun sayəsində əməliyyat qansız keçir. Lazer çox yüksək dəqiqliyə malikdir və bundan tor qişanı bitişdirmək üçün istifadə olunur. 


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Ruslan Məmmədov

Choose time

Write you telephone number

By applying you accept

rules of service