Ruslan  Məmmədov hekimtap.az

Ruslan Məmmədov

Ophthalmologist

11 years of experience

Baku
Anadangəlmə katarakta
 hekimtap.az

Anadangəlmə katarakta

Author: Oftalmoloq Ruslan Məmmədov, Əlaqə: (+994) 77 766-77-33
3453

Published: 01.03.2020
Ruslan Məmmədov

Anadangəlmə katarakta nədir?

Görmə zəifliyi və korluğa gətirib çıxara bilən əsas səbəblərdən biri büllurun dəyişilməsi - kataraktadır.

Anandangəlmə katarakta uşaqlarda görmə orqanı defektlərinin yarısından çoxunu təşkil edir. Patologiya birtərəfli və ikitərəfli, həmçinin, digər xəstəliklərə müştərək ola bilər.

Anadangəlmə kataraktanın növləri hansılardır?

- kapsulyar (büllurun ön və ya arxa kapsulalarının təcrid olunmuş bulanması);
- qütblü (bulanma həm kapsulada, həm də büllurun özündə, ön və arxa qütbdə ola bilər, adətən ikitərəflidir);
- qatlı (zonulyar - mərkəzdə şəffaf nüvənin ətrafında yerləşir);
- Nüvə (nüvənin bulanması ilə xarakterizə olunur, hər iki gözdə inkişaf edib, irsi xarakter daşıyır);
- Total (büllur tamamilə bulanır, adətən mikroftalm, nistaqm, çəpgözlüklə yanaşı inkişaf edir);
- Ağırlaşmış (müxtəlif xəstəliklər - diabet, qalaktozemiya, məxmərək və s. zəmində yaranır).

Anadangəlmə kataraktanın yaranma səbəbləri hansılardır?

- metabolik pozuntular;
- anada şəkərli diabet;
- birinci trimestrdə infeksion xəstəliklər (məxmərək, herpes, toksoplazmoz və s).

Anadangəlmə kataraktanın əlamətləri hansılardır?

Anadangəlmə katarakta bir sıra əlamətləri var. Onlara aşağıdakıları aid etmək olar:

- bəbək nahiyəsində nöqtə və ya disk şəklində bulanma;
- çəpgözlük və ya nistaqm;
- iki aylığında görmə fiksasiyasının olmaması;
- oyncaqlara yalnız bir tərəfdən baxmağa meyillilik.

Anadangəlmə kataraktanın müalicəsi necə aparılır?

Uşaqlarda anadangəlmə katarakta diaqnozu qoyulduqdan sonra müalicə fərdi həyata keçirilir. Əgər bulanmanın lokalizasiya və ölçüləri görmə funksiyalarına mane olmursa, cərrahi müdaxiləyə ehtiyac qalmır. 

Büllurun bulanması mərkəzi görməyə maneə törətdiyi halda, bu maneəni cərrahi yolla mümkün qədər qısa zaman ərzində aradan qaldırmaq vacibdir ki, uşağın görmə sistemi inkişaf etsin. Müasir dövrdə anadangəlmə kataraktanın ən müasir cərrahi müalicəsi fakoemulsifikasiya hesab olunur. Əməliyyat zamanı xəstəlikdən bulanmış təbii büllurun yerinə intraokulyar linza implantasiya edilir. Ehtiyac yaranrsa, əməliyyatdan sonra görmənin optik korreksiyası həyata keçirilir.


Ruslan Məmmədov

Choose time

Write you telephone number

By applying you accept

rules of service