Gulshen Dikmen hekimtap.az

Gulshen Dikmen

Ophthalmologist

15 years of experience

Baku
Smart linzalar (Ağıllı linzalar) hekimtap.az

Smart linzalar (Ağıllı linzalar)

Author: Oftalmoloq Gülşən Dikmen , Əlaqə: 055 808-84-23
5411

Published: 29.01.2020
Gulshen Dikmen

Smart linzalar nədir?

Tibb texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə bir çox xəstəliklərin müalicəsi, korreksiyası və profilaktikası əhəmiyyətli dərəcədə asanlaşıb. Bu, oftalmologiyaya da aiddir.
Göz xəstəliklərinin korreksiyasında tətbiq olunan ən müasir və effektli vasitə - smart linzalardır (“ağıllı” linzalar).

Yaxın keçmişə qədər mirvari suyu (katarakta) əməliyyatı zamanı pasientin təbii bülluru çıxarılır, yerinə isə monofokal linza implantasiya edilirdi. Bu zaman pasiyent yaxına eynək linzasından istifadə etmək məcburiyyətində qalırdı. İndi isə hər şey dəyişib. Belə ki, monofokal linzalar trifokal linzalarla əvəz olunur, beləliklə, həm yaxın, həm də uzaq məsafələrdə eynəksiz tam görmə təmin edilir.

“Ağıllı” linza hesab olunan trifokal linzalar hidrofob olub, qatlanan və yumşaqdır.

Bu linzalar hazır formada xüsusi injektorlarda yerləşdirilmiş şəkildə olur və pasiyentin təbii bülluru aspirasiya edildikdən sonra onun yerinə implantasiya olunur.

Bu gün "ağıllı” linzalar gözdaxili linza texnologiyasında ən son nailiyyət hesab olunub, yaxın və uzaq  məsafədə təbii görməyə ən yaxın görməni təmin edir. Beləliklə, həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır.  

Linzaların unikallığı həm də ondan ibarətdir ki, onlar implantasiya edildikdən sonra eynek istifadəsinə ehtiyac qalmır - pasiyent eynəksiz kitab oxuyur, yaxın və uzaq məsafədəki yazı və cismləri rahatlıqla görür.

“Ağıllı” linzalar hansı xəstəliklərdə istifadə edilir?

 “Ağıllı” linzalar müxtəlif səbəblərdən gözdəki təbii büllurun bulanması (mirvari suyu) və ya yaşa bağlı yaxını görmə qabiliyyətinin zəifləməsi, gənc şəxslərdə uzağı görmə zəifliyi - miopiya zamanı eksimer lazer korreksiya etmək mümkün olmadıqda ən aktual müalicə seçimidir.

“Ağıllı” linzalar gözə uzaq, orta və yaxın məsafələrdən gələn işıq şüalarını sındıraraq, retinada bir nöqtədə toplayır, beləliklə, tək bir linza ilə eyni zamanda bütün məsafələrdəki cismləri görmək mümkün olur. Bu linzalar eynək və kontakt linza ehtiyacını ortadan qaldırır. “Ağıllı” linzalar hər bir şəxs üçün xüsusi olaraq ölçülür və ona uyğun linza implantasiya edilir.

“Ağıllı” linzaların fərqli cəhətləri

Multifokal linzalardan fərqli olaraq, bütün məsafələrdə rahat görmə təmin etməklə yanaşı, işıqlarda yayılma, işıqlı halqalar görmə kimi şikayətlər olmur. Daha əvvəl istifadə olunan multifokal linzaların mənfi xüsusiyyətləri “ağıllı” linzalarda müşahidə olunmur və pasiyentlər bütün məsafələri rahatlıqla görürlər.


Gulshen Dikmen

Choose time

Write you telephone number

By applying you accept

rules of service