Ptoz və ya göz qapağı sallanması tez-tez rast gəlinən oftalmoloji xəstəlikdir. Bu, anadangəlmə defekt olmaqla yanaşı, göz xəstəliyi, eləcə də travmalar nəticəsində yarana bilər. Yaşlı adamlarda daha çox rast gəlinir.
Normada yuxarı göz qapağı gözün qüzeyli qişasını 1.5 mm örtür. Əgər qapaq qüzeyin yuxarı kənarından 2 mm-dən çox aşağı düşərsə, bu, göz qapağının sallanması deməkdir. Qapağın sallanması gözü cüzi, yaxud da tam örtə bilər.
Əksər hallarda ptoza səbəb, yuxarı göz qapağı əzələsinin zəifliyi, dartılması və nazilməsi, bu əzələnin işləməsinə cavabdeh olan sinirin patologiyası olur.
Patologiya özünü aşağıdakı əlamətlərlə büruzə verir:
Ptozun ifadə olunması yuxarı ğöz qapağının bəbəyə nisbətən vəziyyəti ilə dəyərləndirilir. Əgər yuxarı qapağın kirpik sərhəddi gözlər açıq olan halda bəbəyin 1/3-ni örtərsə, bu, I dərəcəli, 2/3-nü tutarsa, II dərəcəli, göstərici 2/3-dən çox olarsa, III dərəcəli ptoz hesab olunur.
İfadə olunmuş ptoz görmə sisteminin normal finksiya göstərməsinə mane olur. Pasiyentlər tez-tez alın əzələsini gərginləşdirir və yaxşı görmək üçün başlarını arxaya əyirlər. Onlar göz qırpmaqda çətinlik çəkir, bu isə gözlərin normadan artıq yorulmasına, qıcıqlanmasına və infeksiyalaşmasına gətirib çıxarır.
Əksər hallarda ptozun müalicəsi cərrahi yolla həyata keçirilir. II dərəcəli, xüsusən də III dərəcəli ptoz zamanı əməliyyat olunmazsa, göz bəbəyini örtən qapaq görməni zəiflədir, iki gözlə tam görməni qetri-mümkün edir. Bu isə tədricən çəpgözlüyə gətirib çıxara bilər.
Qapağın sallanması simptomatik olarsa, ptoza səbəb olan əsas xəstəliyin müalicəsi müsbət nəticə verməsi mümkündür.
Cərrahi müalicə vasitəsilə yuxarı göz qapağını qaldıran əzələ və ya bu əzələnin aponevrozu qısaldılır.
Əməliyyat ambulator şəraitdə, yerli anesteziya ilə həyata keçirilir.
Cərrahi müalicə gözəl effekt verir və estetik baxımdan heç bir narahatçılıq yaratmır.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az