Gulshen Dikmen hekimtap.az

Gulshen Dikmen

Ophthalmologist

15 years of experience

Baku
Katarakta (Mirvari suyu)
 hekimtap.az

Katarakta (Mirvari suyu)

Author: Oftalmoloq Gülşən Dikmen , Əlaqə: 055 808-84-23
9679

Published: 18.08.2018
Gulshen Dikmen

Katarakta nədir?

Katarakta – göz bülluru şəffaflığının pozulması deməkdir və yaşı 55-dən yuxarı olan insanlar arasında ən geniş yayılmış göz xəstəliyidir. Bu zaman insan əşyaların konturunu aydın görmür.  

Göz bülluru – işıq şüalarını keçirən və sındıran təbii linzadır. Büllur göz almasının daxilində qüzeyli qişa və şüşəvari cism arasında yerləşir. Normada büllur şəffaf olur, lakin katarakta zamanı onun qismən və ya tamamilə bulanması baş verir, onun şəffaflığı azalır və gözə işıq şüalarının yalnız bir qismi düşür, ona görə də görmə zəifləyir və insan əşyaları qeyri-dəqiq və yayılmış görür.

Adətən, katarakta yuxarı yaşlarda inkişaf edir və buna aşağıdakılar səbəb olur:

  • Orqanizmdə yaşlanma ilə bağlı dəyişikliklər;
  • Endokrin pozuntuların olması (maddələr mübadiləsinin pozulması, şəkərli diabet və s.);
  • İrsi meyillilik;
  • Göz travmaları;
  • Əlverişsiz ekoloji mühit;
  • Dərman preparatlarının uzun müddət qəbul olunması;
  • Kataraktanın anadangəlmə, travmatik, şüa kataraktası, yaşla bağlı katarakta kimi növləri var. Bunlar arasında ən geniş yayılmışı yaşla bağlı kataraktadır. Bundan heç kim sığortalanmayıb. Kataraktanın bu növünə yaşı 80-dən yuxarı olan insanların demək olar ki, hamısında bu və ya digər formada rast gəlinir.   

Anadangəlmə katarakta

Anadangəlmə katarakta bütün anadangəlmə göz orqanları defektlərinin yarıdan çoxunu təşkil edir. Buna metabolik pozuntular, anada şəkərli diabet, hamiləliyin birinci trmesterində ananını infeksion xəstəliklər keçirməsi səbəb ola bilər. Burada başlıca məsələ kataraktanın erkən diaqnozlaşdırılmasıdır. Əgər büllurdakı bulanıqlığın lokalizasiyası və ölçüləri düzgün görməyə əngəl törətmirsə, bu cür katarakta cərrahi müdaxilə tələb etmir. Lakin bulanıqlıq işıq şüalarının torlu qişaya, mərkəzi görməyə daxil olmasına mane olursa, bu maneəni tezliklə aradan qaldırmaq lazımdır ki, uşağın görməsi düzgün inkişaf etsin. Bu cür müdaxilələr hətta uşaqların 3 aylığından belə həyata keçirilir.

Şüa kataraktası istilik (infraqırmızı) şüalar, elektrik cərəyanı və ionlaşdırıcı radiasiyanın təsiri nəticəsində yaranır. İnfraqırmızı şüaların təsiri ilə yaranan kataraktada bulanmalar, əsasən, büllurun arxa qütbündə baş verir.

Travmatik kataraktada büllur kapsulunun bütövlüyünün pozulması büllurun bulanmasına səbəb olur. Belə ki, büllur lifləri kamera mayesi ilə birləşərək şişir və bulanır. Əksər hallarda kapsulun bütövlüyü pozulduqda sürətli bulanma nəticəsində tam katarakta inkişaf edir. Büllurun mexaniki zədələnməsi zamanı kontuziyon katarakta və onun yüngül forması fossiusun yaranır. Bu problem qüzehli qişanın arxa səthinin bəbək nahiyəsində büllurun ön kapsulu ilə təması nəticəsində yaranır.

Kataraktanın əlamətləri

Kataraktanın əlamətləri aşağıdakılardır:

  • Görmənin dumanlnması, əşyalar sanki nazik pərdə arxasından görünməsi;
  • Gecə görməsinin pisləşməsi;
  • Parlaq işığa qarşı həssaslığın artması;
  • Gözlərin önündə sayrışmalar, ştrix və ləkələrin əmələ gəlməsi;
  • Kiçik şriftləri oxuyarkən və ya tikişlə məşğul olarkən zamanı çətinliyin yaranması;
  • Gözlərdə ikiləşmə;
  • Görmə obyektlərinin konturlarının dəyişməsi.

Kataraktanın diaqnostikası

Bəzi insanlar kataraktanı digər göz xəstəlikləri, məsələn yaşla bağlı uzaqdangörmə ilə səhv salırlar. Dzgün diaqnozu yalnız həkim-oftalmoloq qoya bilər. Müasir diaqnostik avadanlıqlar kataraktanı hətta erkən mərhələdə aşakara çıxarmağa imkan verir.

Katarakta – geridönməz prosesdir və vaxtında müdaxilə olunmazsa, görmənin itirilməsinə səbəb ola bilər. Xəstəlik hətta ilkin mərhələlərdə normal görməyə mane olur və diskomfort yaradır.

Büllurun şəffaflığı azaldıqca o, bərkiməyə başlayır. Müvafiq olaraq, yüklənmə   gözün bütün daxili sistemində  dəyişikliklər yaradır. Tədricən büllur nəinki bulanıqlaşır, həmçinin onun ölçüləri böyüyür və bu da gözdaxili təzyiqə gəririb çıxarır. Müvafiq müdaxilə edilmədiyi halda vəziyyət ağırlaşa və qlaukoma yarana bilər.

Kataraktanın müalicəsi

Kataraktadan birdəfəlik qurtulmağın və görməni bərpa etməyin yeganə yolu cərrahi müdaxilədir. Əməliyyat zamanı gözün təbii bülluru süni, yüksəktexnoloji intraokulyar linza ilə əvəz olunur.  


Mövzu ilə bağlı video:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Gulshen Dikmen

Choose time

Write you telephone number

By applying you accept

rules of service