Gulshen Dikmen hekimtap.az

Gulshen Dikmen

Ophthalmologist

15 years of experience

Baku
Eksimer lazer korreksiyası hekimtap.az

Eksimer lazer korreksiyası

Author: Oftalmoloq Gülşən Dikmen , Əlaqə: 055 808-84-23
3617

Published: 13.02.2020
Gulshen Dikmen

İnsanın lamisə orqanları arasında əvəzedilməzi görmədir desək, yanılmarıq.Yaxındangörmə, uzaqdangörmə və astiqmatizm dünyada geniş yayılmış görmə problemləridir. Bu patologiyalar ənənəvi olaraq, eynəklər və ya kontakt linzalarla korreksiya edilir. Lakin bu metodlar pasiyentlərə bir çox narahatlıqlar yaşadır. Məsələn, eynəklərin tez-tez sınması və ya tərləməsi, kontakt linzalara qulluq, onları vaxtaşarı dəyişmək zərurəti və s. xeyli diskomfort yaradır. Bütün bu problemlərdən qurtulmaq üçün ən müasir və effektiv bir metod mövcuddur. Bu -görmənin ekzimer lazer korreksiyasıdır.

Eksimer lazer korreksiyası necə həyata keçirilir?

Lazer vasitəsilə görmənin bərpası xüsusi soyuq şüa vasitəsilə həyata keçirilir. Bu zaman şüa buynuz qişanın ən nazik qatlarını buxarlandıraraq onun əyriliyini lazımi səviyyəyə çatdırır. Eksimer lazer korreksiyası sizə görmə məhdudiyyəti olmadan dolğun həyat sürməyə şərait yaradacaq.

Eksimer lazer korreksiyasının üstünlükləri

- təhlükəsizlik;
- prosedurun ağrısızlığı;
- əməliyyatın qısa müddətə icra olunması (15 dəq.) - “bir gün” rejimində aparılır;
- hər iki gözü bir gündə əməliyyat etmək mümkündür;
- buynuz qişanın üst təbəqəsi toxunulmaz qalır;
- bərpa dövrünün qısadır.

Eksimer lazer korreksiyasına göstərişlər

- yaxındangörmə (miopiya);
- uzaqdangörmə (hipermetropiya);
- astiqmatizm.

Eksimer lazer korreksiyasına əks-göstərişlər

- 18 yaş həddi;
- qlaukoma;
- katarakta (mirvari suyu);
- keratokonus;
- şəkərli diabet;
- torlu qişanın qopması;
- hamiləlik və laktasiya;
- gözün iltihabi xəstəlikləri.

Əməliyyatdan sonra bir neçə gün dekorativ kosmetikadan, spirtli içkilərdən istifadə etmək, ağırlıq qaldırmaq tövsiyə olunmur. Sauna və hovuz məsləhət deyil. Bərpa dövrü hər pasiyent üçün individualdır.


Gulshen Dikmen

Choose time

Write you telephone number

By applying you accept

rules of service