Gulshen Dikmen hekimtap.az

Gulshen Dikmen

Ophthalmologist

15 years of experience

Baku
Diabetik retinopatiya nədir? hekimtap.az

Diabetik retinopatiya nədir?

Author: Oftalmoloq Gülşən Dikmen , Əlaqə: 055 808-84-23
7462

Published: 20.08.2018
Gulshen Dikmen

Yəqin ki, şəkərli diabetin orqanizmin qida ilə daxil olan şəkərin qəbul edib, toplama qabiliyyətinin pozduğunu bilirsiniz. Nəticədə şəkərin konsentrasiyası artır və bu da damarların divarlarına, həmçinin gözlərə zədə yetirir.

Diabetik retinopatiya – şəkərli diabetin ən ciddi ağırlaşmalarından hesab olunur. Vaxt keçdikcə onun inkişafı yalnız irəliyə doğru gedir. Belə ki, şəkərli diabetdən 5-10 il əziyyət çəkən insanlarda torlu qişanın zədələnməsi 44-80%, bu patologiyadan 15 ildən yuxarı əziyyət çəkənlərdə isə 87-99% hallarda müşahidə edilir. 

Diabetik retinopatiyanın yaranma səbəbləri

Şəkərin miqdarının qanda artıq olması torlu qişanın damarlarını zədələyir. Nəticədə onların keçiriliciyi artır və qanın maye hissəsi damarlararası sahəyə süzülür. Bu, torlu qişanın şişkinləşməsinə və orada lipid kompekslərinin (bərk ekssudatın) toplanmasına gətirib çıxarır.

Damarların sonrakı zədələnməsi bəzi hallarında qanın torlu qişaya axını tamamilə dayanır, digər hallarda qansızma baş verir. Bu nahiyələr görmə fəaliyyətini dayandırır və korluq yaranır.  

Proliferativ dabetik retinopatiyanın gecikmiş mərhələsində torlu qişa qan təminatı baxımından əziyyət çəkir. Onun üzərində anomal damarlar – şüşəvari cismə daimi qansızmalar mənbəyi yaranır, bu isə görməni zəiflədir. Torlu qişanın üzərində yeni əmələ gəlmiş damarlar çapıq toxuması yaradır. O, yığılaraq, torlu qişanı özünə tərəf çəkir və onun qopmasına – görmənin itirilməsinə səbəb olur.

Diabetik retinopatiyanın əlamətləri

Diabetik retinopatiyanın təhlükəsi ondan ibarətdir ki, o, uzun müddət gizli gedişata malik olur, bununla belə, görmənin itirilmə təhlükəsi dayanmadan artır. Ona görə də şəkərli diabetdən əziyyət çəkən insanlar torlu qişada heç bir dəyiklik olmasa belə, heç olmasa ildə bir dəfə oftalmoloqun müayinəsindən keçməlidirlər.

Diabetik retinopatiyanın əlamətlərinə aiddir:

  • Gözlərin önündə hərəkətdə olan ləkələrin yaranması – bu, şüşəvari cismə yığılan qan hissəcikləridir, onların kölgəsi işığa baxdıqda görünməyə başlayır.
  • Oxu zamanı və yaxın məsafədə işlərlə məşğul olanda çətinliyin yaranması;
  • Qəfil gözlərin önündə pərdənin yaranması – şüşəvari cismə qanaxma əlamətidir.
  • Son iki əlamət müşahidə edilərsə, təxirə salınmadan oftalmoloqa müraciət etmək lazımdır.

Diabetik retinopatiyanın müalicəsi

Xoşbəxtlikdən vaxtında müdaxilə olunarsa, 80% hallarda korluğun qarşısını almaq olur. Bu məqsədlə vaxtaşırı olaraq oftalmoloqun müayinəsindən keçmək lazımdır. Torlu qişada heç bir dəyişiklik olmasa belə, şəkərli diabet xəstələri göz dibinin genişlənmiş bəbəkli müayinəsindən ən azı ildə bir dəfə keçməlidirlər.

Torlu qişanın zədələnməsi riski təkcə xəstəliyin davametmə müddətindən deyil, həmçinin qanda təzyiqin və arterial təzyiqin dəyişkənliyindən də artır. Ona görə də diabetik retinopatiyanın profilaktikasında pəhriz, qanda şəkərin tənzimlənməsini və arterial təzyiqi diqqətdə saxlamaq lazımdır.

Antioksidant və damarmöhkəmləndirici vasitələrin qəbulu damarların keçiriciliyi və kövrəkliyini aşağı salır.

Ferment preparatları qansızmaların sovurulmasına kömək edir.

Lazer müalicəsi qan sızdıran və yeni əmələ gəlmiş damarların yandırılmasına yönəldilib. Prosedur tamamilə ağrısızdır.

Əməliyyat zamanı – vitrektomiya – şüşəvari cism içərisinə yığılmış qanla birgə çıxarılır, bu isə görməni bir qədər yaxşılaşdırmağa kömək edir.


Mövzu ilə bağlı video:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Gulshen Dikmen

Choose time

Write you telephone number

By applying you accept

rules of service