Cəmil Nadir oğlu İskəndərov 1981-ci ildə anadan olmuşdur. 2004-cü ildə ATU-nun Müalicə işi fakültəsini ,"əla" qiymətlərlə və "Topçubaşov" adlı təqaüdlə bitirmişdir. 2004-2006-cı illərdə təhsilini universitetin Neyrocərrahiyyə kafedrasında klinik ordinator kimi davam etmişdir. 2006-cı ildən bu günə kimi kafedrada praktik və müəllimlik fəaliyyəti ilə məşğuldur. 2008-ci ildə Türkiyənin Ege Universitetində uzunmüddətli təcrübi biliklərini dərinləşdirdikdən sonra Azərbaycanda bir çox onurğa əməliyyatlarını ilk olaraq icra etməyə başlamışdır. 2004-2011-ci illərdə Respublika Neyrocərrahlıq Xəstəxanasında, 2012-2013-cü illərdə Mərkəzi Dənizçilər Xəstəxanasında, 2014-cü ildən isə Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında çalışmaqdadır. 2010-2015-ci illər ərzində "Onurğa kanalının degenerativ stenozlarının klinika,diaqnostika və cərrahi müalicəsi" mövzusunda dissertasiya işini tamamlayaraq ,"tibb üzrə fəlsəfə doktoru" elmi dərəcəsini almışdır. Bu illər ərzində dəfələrlə ölkə xaricində keçirilən müxtəlif çoxsaylı kurslar və elmi konfranslarda iştirak edərək, elmi və praktik yeniliklərə yiyələnmişdir.Bir çox elmi məqalələrin müəllifidir:
-"Onurga kanalının bel-oma nahiyyəsinin stenozları zamanı cərrahi taktika" I Azərbaycan Nevroloqlar konfransının toplusu,Bakı-2008, səh.102.
-"Surgical options for lumbar spinal stenosis" VI Qara Dəniz Neyrocərrahlar konqresinin materialları,İstanbul-2009,səh.181
- "Onurğa kanalının degenerativ stenozlarının cərrahi müalicəsi" Sağlamlıq jurnalı, 2010, №3, səh.35-38.
-"Onurğa kanalının bel-oma nahiyyəsinin degenerativ stenozunun klinika, diaqnostika və cərrahi müalicəsinə müasir yanaşma" Sağlamlıq jurnalı, 2011, №5, səh.171-175.
-"Clinical features of degenerative stenoses of the spine-femural area of the spinal canal" XIII Beynelxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresinin materialları, Bakı-2013, 12-15 sentyabr,səh.323
-"Хирургическое лечение дегенеративных стенозов пояснично- крестцового отдела позвоночного канала" Материалы V Съезда нейрохирургов Украины. Ужгород. Украина 25-28 июня 2013, cтр. 103
-"Onurğa sütununun bel-oma nahiyyəsinin degenerativ stenozlarının klinik və paraklinik xüsusiyyətləri,,Cərrahiyyə jurnalı, Bakı- 2013, №1, səh.68-71.
-"Onurğa kanalının bel-oma nahiyyəsinin degenerativ stenozu olan xəstələrdə müalicə taktikasının seçilməsi və cərrahi müalicə effektivliyinin qiymətlənirilməsi" Sağlamlıq jurnalı,2014,№4,səh.67-72.
-"Хирургическое лечение стеноза поясничного- крестцового отдела позвоночного канала у больных разных возрастных груп" Вестник хирургии Казахстана, 2014, №2, стр.42-47.
-,,Стенозы позвоного канала на пояснично-крестцовом уровне: типы клинического течения, результаты лечения, оперативная тактика" Центрально Азиатский Медицинский Журнал, 2014, №1, стр. 35-38.
1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetini, "Topçubaşov"adlı təqaüdlə bitirib.
2004-2006-cı illərdə Neyrocərrahiyyə kafedrasında klinik-ordinatura kursunu keçməklə təhsilini davam etdirib.
2008-ci il Türkiyə Respublikası Ege Universiteti beyin cərrahiyyəsi kafedrası
Doktor tərəfindən müalicəsi ( o cümlədən cərrahi əməliyyatı) icra olunan xəstəliklər:
- Skolioz
- Kifoz
- Onurğa sütununun müxtəlif nahiyyələrində təsadüf olunan disk yırtıqları (boyun, döş, bel)
- Onurğa sütununun travmaları
- Onurğa sütununda təsadüf olunan şişlər
- Fəqərə sürüşmələri
- Osteoporoz və bununla əlaqədar meydana çıxan sınıqlar
- Onurğa sütununun iltihabi xəstəlikləri
- Anadangəlmə onurğa sütunu xəstəlikləri (gərgin onurğa beyin sindromu,diastotematomieliya,lipomeninqosele və s.)
- Karpal tunel sindromu
- Kubital tunel sindromu
- Baş beynin şişləri
- Baş beynin travmatik zədələnmələri
- Hematomalar
- Baş beynin iltihabi xəstəlikləri (abseslər)
- Hidrosefaliya
- Baş beynin anadangəlmə yırtıqları
- Kraniostenoz və digər neyrocərrahi xəstəliklər
2004-2011 illərdə Respublika Neyrocərrahlıq Xəstəxanası
2012-2013 illərdə Mərkəzi Dənizçilər Xəstəxanası
2014-dən Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası
Paralel olaraq Baku City Hospitalda çalışır.