1998-ci ildə Azərbaycan Tibb Universitetini bitirib.
1998-ci ildə Azərbaycan Neyrocərrahiyyə Mərkəzində A.Xasıyevanın rəhbərliyi ilə anestezioloq-reanimatoloq ixtisası üzrə internatura keçib.
1998-2001-ci illərdə Sankt-Peterburq Dövlət Diplomdansonrakı Tibb Təhsili Akademiyasında mama-ginekoloq ixtisası üzrə ordinatura təhsili alıb. (Rusiya, Sankt-Peterburq).
2001-2004-cü illərdə S.M.Kirov adına Hərbi Tibb Akademiyasında, Ph.D professor V.N.Kustarov və A.A.Yakovlevin rəhbərliyi ilə aspirantura təhsili alıb.
Dissertasiya mövzusu: "HİV-ə yoluxmuş qadınlarda hamiləlik dövrü, doğuş, doğuşdan sonrakı dövr və yeni doğulmuş körpənin vəziyyəti". 2004-cü ildə mama-ginekologiya və yoluxucu xəstəliklər ixtisasları üzrə dissertasiya müdafiə edib. (Rusiya, Sankt-Peterburq).
2001-ci il Mama-ginekologiyada Endokrin patologiyası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).
2002-ci il Ultrasəs diaqnostikası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).
2002-ci il Uşaqlıq və vagina patologiyası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).
2002-ci il Qarın boşluğu orqanlarının Laparoskopik cərrahiyyəsi (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).
2004-cü il Kliniki onkologiya (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).
2006-cı il Ginekologiyada Lazer texnologiyaları (Akademik İ.P. Pavlov adına Dövlət Tibb Universiteti, Rusiya, Sankt-Peterburq).
2006-cı il Reproduktiv Yardım texnologiyaları (IVF), ("AVA-Peter" Rusiya - Finlandiya klinikası, Rusiya, Sankt-Peterburq).
2006-cı il Ginekologiyada laparoskopiya (Rusiya Dövlət Tibb Universitetinin mama-ginekologiya fakültəsi, Akademik G.M Saveliev, T.e.d. Professor S.V.Ştırovun rəhbərliyi ilə, Rusiya, Moskva).
2006-cı il Ginekologiyada laparoskopiya (“Frauenklinik Dr. Geisenhofer” klinikası, T.e.d B.Lezonanın rəhbərliyi ilə, Almaniya, Münhen).
2007-ci il Reproduktiv Yardım texnologiyaları (IVF), (A.R.T. Center Bogenhausen G.m.b.H, (Prinzregentenstrasse 69-81675 München), Professor D.Berq və T.e.d B.Lezonanın rəhbərliyi ilə, Almaniya, Münhen).
2008-ci il Reproduktiv bərpa üsulları ilə Sonsuzluğun müalicəsi (Baltik reproduktiv bərpa İnstitutu, Professor A.L.Nikitinin rəhbərliyi ilə, Rusiya, Sestroretsk)
2009-cu il Bakı Ali Attestasiya Komissiyası tərəfindən Tibb üzrə fəlsəfə doktoru dərəcəsi ilə təltif olunmuşdur.
2011-ci il Perinatal diaqnostika (xorionik biopsiya, amniosentez, kordosentez), (Perinatal Tibb Mərkəzi, V.A.Gnetetskoyun rəhbərliyi ilə).
19 illik iş təcrübəsi var.
11 il Leyla Şıxlinskaya klinikasında işləyib.
Mama-ginekoloqlar konqreslərində, simpozium və qurultaylarda hesabatları ilə iştirak edib. 34-dən artıq elmi-praktiki məqalələri nəşr olub. Ginekologiyanın bütün sahələri ilə (laparotomiya, laparoskopik əməliyyatlar, invaziv perinatal diaqnostika, lazer cərrahiyyəsi) məşğul olur.