Nigar  Aliyeva hekimtap.az

Nigar Aliyeva

Obstetrician-gynecologist

13 years of experience

Baku
İnkişafdan qalmış hamiləlik hekimtap.az

İnkişafdan qalmış hamiləlik

Author: Mama-ginekoloq Nigar Əliyeva , Əlaqə:(+994) 51 996-76-86
101413

Published: 04.09.2018
Nigar Aliyeva

Uşağın dünyaya gəlməsini hər bir ana böyük səbrsizliklə gözləyir. Lakin təəssüf ki, hamiləlik bəzən uğurla sona çatmır. Məqalədə bunun səbəbləri diqqətinizə çatdırılacaq.

İnkişafdan qalmış hamiləlik nədir?

İnkişafdan qalmış hamiləlik - dölün məhvinə səbəb olan hamiləlik patologiyasıdır.  Bundan başqa, müxtəlif səbəblər üzündən döl inkişafdan qaldıqda da hamiləlik inkişafdan qalmış hesab olunur, baxmayaraq ki, yumurta hüceyrə uşaqlıq divarı ilə  normal şəklidə birləşir. Tibbdə buna “boş döl yumurtası” deyirlər.

İnkişafdan qalmış hamiləlik istənilən yaşda və hamiləliyin istənilən dövründə inkişaf edə bilər. Statistika göstərir ki, ris qrupuna əsasən, yaşı 35-dən yuxarı olan, abort olunmuş, bəzi ağır xəstəliklərdən (şəkərli diabet, qalxanvari vəzinin xəstəlikləri, infeksion xəstəliklər) əziyyət çəkən, spirtli içkilər və tütündən istifadə edən qadınlar aiddirlər. Həkimlər, həmçinin, qeyd edirlər ki, inkişadan qalmış hamiləliyə əsasən, birinci trimestrdə rast gəlinir, lakin bu, həmişə belə olmur.

İnkişafdan qalmış hamiləliyin yaranma səbəbləri

Bu sualın birmənalı cavabı yoxdur. Lakin mütəxəssislərin fikrincə bu patologiya aşağıdakı səbəblərdən yarana bilər:

1. Hormonal pozuntular

Orqanizmdə baş verən hormonal pozuntular. Buraya iki pozuntu aid olunur – qadın orqanizmində kişi hormonlarının artıqlığı və embrionun normal inkişafı üçün lazım olan progesteronun çatışmazlığı.

2. Genetik pozuntular

Xromsom anomaliyaları zamanı hamiləlik normalı keçə bilməz. Hamiləliyin inkişafdan qalması valideynlərin birində dölün həyatı ilə uzlaşmayan genetik xüsusiyyətin olmasıdır.  Əgər sizə xromosom qüsuru diaqnozu qoyulubsa, hamiləlik planlaşdırmazdan əvvəl genetik müayinədən keçin.

3. İmmunoloji faktorlar

Bəzən qadın orqanizmi döl yumurtasını normal qəbul edə bilmir. Belə ki, onun yarısı atanın bioloji göstəricilərindən ibarətdir. Belə olan halda, hamilə qadının orqanizmində müdafiə anitelləri ifraz olunmağa başlayır, bu isə dölün ölməsinə səbəb olur.

4. Süni mayalandırma - EKM

Süni mayalandırma heç də həmişə uğurla keçmir. Əksər hallarda qadın orqanizmi embrionu qəbul etmir. Statistikaya görə, EKO səbəbindən əmələ gələn yarımçıq hamiləlik birinci trimestrdə baş verir.

5. İnfeksion xəstəliklər

Dölün ölməsi gələcək ananın infeksion xəstəliklərə yoluxmasından da baş verə bilər. Bu infeksiyalara qızılca və ya adicə qripi misal göstərmək olar.

6. Antifosfolipid sindrom

Bu sindrom qan qatılaşması prosesinin pozulmasından yaranır. Nəticədə tromblar, yarana, damarlar tutula bilər. Bu, təkcə döl üçün deyil, qadının sağlamlığı üçün də təhlükəlidir.

7. Qeyri-düzgün həyat tərzi

Narkotik qəbulu, spirtli içkilər, qeyri-düzgün qidalanma hamiləliyin inkişafdan qalmasına səbəb olan səbəblərdəndir.

8. Xarici faktorlar

Aviauçuşlar, ağır fiziki yüklənmə, iqlimin dəyişməsi, uzun müddət günəş şüası altında qalma, orqanizmin güclü soyuğa məruz qalması dölün inkişafına mənfi təsir göstərir.

İnkişafdan qalmış hamiləliyin əlamətləri

İnkişafdan qalmış hamiləlik özünü aşağıdakı əlamətlərlə büruzə verir:

  • Qanlı və yaxılan axıntılar;
  • Qarının aşağı nahiyələrində dartıcı ağrılar;
  • Titrətmə, bədən temperaturunun dəyişməsi;
  • Zəiflik, bədənin qüvvədən düşməsi;
  • Toksikozun dayanması (əgər varsa);
  • Dölün ana bətnində hərəkət etməməsi.

Hamiləlik inkişafdan qalarasa, hansı tədbirlər görülür?

Əgər həkim dölün ölməsini təsdiq edərsə, tibbi göstərişlər əsasında hamiləliyi dərhal dayandırmaq lazımdır.

Əks halda, qadının həyatı təhlükə altına düşə bilər. Həkim-ginekoloqlar aşağıdakı tədbirləri görürlər:

  • Heç bir əksgöstəriş yoxdursa, hamiləliyin öz-özünə dayanmasını gözləyirlər;
  • Müəyyən aparatlar vasitəsilə düşük yaradırlar;
  • Cərrahi müdaxilə edib, dölü uşaqlıqdan qaşıyırlar əgər dölünü ölməsi 8 həftəyədək baş verərsə. Əməliyyat ümumi narkozla həyata keçirilir və bərpaya ehtiyac qalmır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Nigar Aliyeva

Choose time

Write you telephone number

By applying you accept

rules of service