1994-2000-ci illərdə ATU-nun "Müalicə-profilatika işi" fakültəsini bitirib.
2000-2001-ci illərdə 15 saylı şəhər xəstəxanasında internatura keçib.
2006-2007-ci illərdə Uludağ Universitetində "Qastroenteroloji- Hepatoloji" bölümdə (Türkiyə, Bursa şəhəri), 2007-2008-ci illərdə İstanbul Tibb Universitetində (ÇAPA) "Qastroenterologiya və Endoskopiya" bölümündə təkmilləşdirmə kursları keçib.
2015-ci ildə Uludağ Universitetində "Qastroenteroloji- Hepatoloji" bölümün Endoskopik laboratoriyasında 3 aylıq invaziv-endoskopik təkmilləşmə kursu keçib.
- Qastroskopiya;
- Kolonoskopiya;
- Mədə-bağırsaq qanaxmalarının durdurulması(band liqasiya, skleroterapiya və koaqulyasiya);
- Polipektomiya;
- Daralmalar zamanı balon və buji ilə genişləndirmə, stent yeridilməsi;
- Arıqlama üçün mədə balonu yerləşdirilməsi;
- Mədə-bağırsaqdan yad cisimlərin çıxarılması;
- Ön qarın(PEQ) və ağızdan qidalanma zondunun yerləşdirilməsi;
- Hepatologiya (qaraciyər xəstəlikləri) o cümlədən B və C virus hepatitlərinin müalicəsi;
- Pankreatologiya (mədəaltı vəz xəstəlikləri).
2001-2003-cü illərdə hərbi qulluqda olan Vüqar həkim, 2003-cü ilin martından Mərkəzi Klinikada öncə həkim-müdavim, sonra həkim-qastroenteroloq kimi,2010-2013-cü illər arası isə qastroenterologiya bölmə rəisi vəzifəsində çalışıb.
2013-cü ildən həkim ATU Tədris Terapevtik Klinikanın "Qastroenterologiya və Endoskopiya şöbəsi"də çalışır.