Emin  Verdiyev hekimtap.az
Hepatit B
 hekimtap.az

Hepatit B

Author: Qastroenteroloq Emin Verdiyev
5232

Published: 02.05.2018
Emin Verdiyev

B qrupu hepatitinə yalnız xəstə insanın bioloji materialı ilə kontakt vasitəsilə yoluxmaq olar.

Əksər hallarda pasiyent bu virusa hiss etmədən yoluxur. Ona görə də xəstəlik ya laborator analizlər, ya da xarakterik simptomatika zamanı üzə çıxır. Vaxtlı-vaxtında müalicə kursu keçən adamlar tam sağala və onlarda hepatit B virusuna qarşı dayanıqlı immunitet formalaşa bilər.   

Hepatit B nədir?

Hepatit B insan orqanizminə düşdüyü halda həyatı vacib daxili orqanlara mənfi təsir göstərməyə başlayan bir virusdur. Bu xəstəlik daha çox mikrohüceyrə səviyyəsində qaraciyəri zədələyir. B qrup hepatiti simtomsuz və ya güclü ifadə olunmuş simptomlu gedişata malik ola bilər. Xroniki formaya keçərkən bu virus-infeksiya xəstəliyi əksər hallarda qaraciyər serrozu və xərçəngə səbəb olur.

B qrup hepatitit aşağıdakı kimi təsnifatlaşdırılır:
 – Sürətli. Hepatitin sürətli formasında xəstələrdə bir neçə saat ərzində beyində şişlik əmələ gəlir və pasiyent komaya düşür. Əksər hallarda belə vəziyyətlər ölümlə nəticələnir.
 – Kəskin. Hepatitin kəskin formasında pasiyentdə xəstəliyin bir neçə mərhələsi müşahidə olunur. Əvvəlcə ilkin simptomatika özünü göstərir ki, bu zaman pasiyentin dərisi saraımtıl rəng alır. Hepatit B-nin kəskin formasının son mərhələsi qaraciyərin fəaliyyətdən düşməsidir.
 – Xroniki. Hepatit B xroniki formaya insan orqanizminə düşdükdən 1-6 ay sonra çevrilir. Bu bir neçə ay inkubasiya dövrü sayılır ki, o, bitdikdən sonra səciyyəvi simptom və əlamətlər üzə çıxmağa başlayır.

Hepatit B-nin səbəbləri

B qrup hepatitinin inkişafına səbəb xəstəliyi yaradan virusun insan orqanizminə daxil olmasıdır. Bu xəstəliyə immun sistemi zəif olan insanlar daha çox həssasdırlar. Belə insanlarda alkohol, nikotin, kimyəvi və toksik maddələr, dərman preparatları immunitetə daha çox neqativ təsir göstərir.

İmmunitetə həmçinin, pasiyentin  keçirdiyi xəstəliklər də mənfi təsir edə bilər, hansılar ki, nəticəsində orqanizmdə mübadilə proseslərinin pozulması, vitamin və mineralların və s. çatışmazlığı ilə nəticələnir.  

Hepatit B virusundan əziyyət çəkən insanlar sosial baxımdan təcrid olunmalı deyillər, belə ki, bu virus infeksiyası hava-damcı yolu ilə yoluxmur.

Hepatit B-nin əlamətləri

Hepatit B-dən əziyyət çəkən pasiyentlərin əksəriyyətində bu xəstəliyin xarici əlamətləri özünü uzun müddət göstərməyə də bilər – virus yalnız laborator analiz vasitəsilə aşkara çıxır.

İnsan orqanizmində inkişaf edən hepatit B xarici əlamətlər göstərərsə, pasiyentlərdə aşağıdakı simptomatika qeydə alına bilər:
 – Ürəkbulanma;
 – Erkən yorğunluq;
 – Rinit;
 – Bədən hərarətini qalxması (əksər hallarda qızdırma 39-40 dərəcəyə çatır);
 – Öskürək;
 – Ümumi zəiflik;
 – Burun-boğaz nahiyəsində ağrı hissi;
 – Möhkəm baş ağrıları;
 – Dəri rənginin dəyişməsi (sarımtıllıq);
 – Sidiyin rənginin dəyişməsi (köpüklənməyə başlayır, tünd çay rəngi alır);
 – Oynaqlarda ağrı sindromu;
 – İştahanın pozulması;
 – Nəcisin rənginin dəyişməsi (rəngsizləşir);
 – Sağ qabırğa altında ağırlıq;
 – Titrətmə.

Hepatit B xroniki mərhələyə keçərkən əsas simtomlardan əlavə, qaraciyər çatışmazlığı qeydə alınır ki, bunun da fonunda orqanizmin zəhərlənməsi baş verir. Xəstəliyin bu mərhələsində pasiyent kompleks müayinə keçməzsə, o zaman mərkəzi sinir sisteminin zədələnməsi mümkündür.

Hepatit B-nin diaqnostikası

Əgər insan özündə Hepatit B-nin inkişafına dəlalət edən simtomları aşkar edərsə o, təcili mütəxəssisə müraciət etməlidir. Qəbul zamanı həkim palpasiya metodu ilə qaraciyər nahiyəsini müayinə edir və anamnez toplayır. İkin diaqnozu qan və sidiyin laborator analizi təsdiq və ya inkar edə bilər.

Hepatit B-yə şübhə yaranarsa, pasiyentlərə əksər hallarda immunoqramma adlanan kliniki-laborator müayinə təyin edilir. Bunun sayəsində nəinki orqanizmin xəstəliyə reaksiyasını müəyyənləşdirmək, həmçinin yaxın gələcəyə proqnoz vermək də mümkündür.

Həkim hepatit B-nin ağırlaşmasından şübhələnərsə, xəstəyə qaraciyərin biopsiyası təyin olunur. Bu analiz vasitəsilə qaraciyər strukturunun nə dərəcədə dəyişdiyini və onun hüceyrələrinin bədxassəli dəyişikliyə uğrayıb-uğramadığı müəyyənləşdirilir.  

Hepatit B-ni müalicəsi

Kəskin hepatit B yüngül formalı gedişata malik olarsa, xəstə müalicəni ev şəraitində ala bilər. İlk növbədə orqanizmin detaksikasiyasını aparmaq lazımdır ki, bunun üçün çoxlu miqdarda si içmək tələb olunur.

Mülicə həkimi infeksiyanı məhv edən və qaraciyərin funksiyalarını bərpa etməyə dəstək olan dərman preparatları təyin edir. Müalicə zamanı xəstə yataq rejiminə əməl etməli və istənilən fiziki aktivlikdən çəkinməlidir. Mütləq qaydada dieta qaydalarına əməl etmək lazımdır ki, bunun sayəsində qaraciyər funksiyaları daha sürətlə bərpa olunur. 

Kəskin hepatit B bir çox pasiyentlərdə özü keçib gedir və onlara  xüsusi medikamentoz terapiya kursu təyin edilmir.

Mütəxəssislər belə pasiyentlərə dəstəkləyici terapiya tövsiyə edə bilərlər ki, bunun sayəsində orqanizm virus infeksiyasının öhdəsindən daha asanlıqla gəlir. Xəstəliyin inkişaf prosesində pasiyentin orqanizmi güclü intaksikasiyaya məruz qalır, ona görə də mütəxəssislər damar daxilinə damcı metodu ilə yeridilən preparatlar təyin edirlər. 

Hepatit B xroniki vəziyyətə keçən hallarda xəstəyə kompleks müalicə təyin olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Emin Verdiyev

Choose time

Write you telephone number

By applying you accept

rules of service