Günar İbadullayeva hekimtap.az

Günar İbadullayeva,Uzm.

Obstetrician-gynecologist

Uzman

10 years of experience

Baku
Hamiləlik haqqında bilməli olduğumuz sadə məqamlar!
 hekimtap.az

Hamiləlik haqqında bilməli olduğumuz sadə məqamlar!

408

Published: 09.02.2024
Günar İbadullayeva

Hamiləlik haqqında bilməli olduğumuz sadə məqamlar!


Hamiləlik hər bir qadının şüuraltı dünyasının əlçatan arzusudur. 9 möcüzəvi ayı bətnində bir canı bəsliyib ona fiziki və mənəvi bağlanmaq çox möhtəşəm bir duyğudur.
Necə etmək lazımdırki bu 9 ayı həm bunu dərk edərək yaşayan ana, həm də dünyanı hələ kəşf etməmiş körpə üçün maksimum təhlükəsiz olsun?.
Ilk növbədə təcrübəli həkim mama-ginekoloqun nəzarəti şərtdir. Bəli nəzarəti! Çünki həkimlər hamiləliyi müalicə etmir, ona nəzarət edir. Və qaydasında olmayan, yolu ilə getməyən bir dəyişiklik olarsa onu zamanında aşkarlayıb qarşısını almaq, hamiləliyə dəstək olmaq əsas işimizdir.
Əslində hamiləlik təsadüfən testdə aşkarlanan iki xətt olmamalıdır. Hamiləliyə hər iki cütlük mənəvi, psixoloji və fiziki hazırlıqlı olmalıdır.
• Mənəvi hazırlıq - hər iki valideynin birlikdə sahib olacağı üçüncü bir varlığı məsuliyyətlərini dərk edərək istəməsidir.
• Psixoloji hazırlıq - ailə həyatında vəzifələrin paylaşılması qərarını düzgün alıb yükü tək ananın, tək atanın və ya tamam başqa üçüncü bir insanın-nənə və ya dayələrin üzərinə atılmamasıdır.
• Fiziki hazırlıq rutin həkim kontrolundan keçib hamiləlik üçün sağlamlıq baxımından bir problemin olmamasının sığortalanmasıdır. Və hamiləliyə hazırlıq dövrü müddətində cütlük tərəfindən 3 ay boyunca və hamiləliyin ilk 3 ayı boyunca fol turşusunun qəbul olunmasıdır. Soruşula bilər, səbəb? Beləki aparılmış çox saylı elmi tədqiqatlarda fol turşusunun bu cür qəbulunun döldə yarana biləcək sinir sistemi pozulmalarının ehtimalını minimuma endirməsi sübüt olunmuşdur.
Hamiləlik boyunca hər ay həkim müayinəsində olmaq, qan və sidik analizlərinin vermək , dölün bətndaxili inkişafı üçün müvafiq həftələrdə USM olmaq faydalıdır. Kor koranə dərman, vitamin qəbulu arzuolunmazdır. Normal həyat tərzinə minimal məhdudiyyətlərlə davam etmək, stress və qorxulardan uzaq olmaq vacibdir.


Günar İbadullayeva,Uzm.

Choose time

Write you telephone number

By applying you accept

rules of service