Ayten Babakhanova hekimtap.az

Ayten Babakhanova,Ali dərəcəli həkim, PhD

Endocrinologist

Ali dərəcəli həkim, Tibb üzrə fəlsəfə doktoru

13 years of experience

Baku
Böyrəküstü vəzi xəstəlikləri və onların müalicəsi
 hekimtap.az

Böyrəküstü vəzi xəstəlikləri və onların müalicəsi

Author: Tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq Aytən Babaxanova
35307

Published: 16.05.2018
Ayten Babakhanova

Böyrəküstü vəzilər – ümumi məlumat

Böyrəküstü vəzilər insanın endokrin sisteminə aid olan orqanlardır.  Bu vəzilər sintez və qana hormonlar ifraz vasitəsilə orqanizmin həyat fəaliyyətini dəstəkləyir. Onların köməkliyi ilə maddələr mübadiləsi, insanın stresə normal reaksiyası , piy və karbohidrat nisbəti, qanda şəkərin miqdarı  tənzimlənir. Böyrəküstü vəz mədə-bağırsaq traktına, ürəyə, damarlara da təsir göstərir.  

Böyrəküstü vəzilərin quruluşu xüsusilə maraqlıdır – onların formaları müxtəlifdir. Vəzilərdən biri üçbucaq, digəri yarımdairəvi formadadır. Orqanlar nazik fibrozlu kapsulda yerləşir, üst hissəsi qabıq maddədən ibarətdir. Qabıq maddənin işi cinsi, steroid, kortikosteroid hormonların ifarazından ibarətdir. Vəzinin daxili beyin maddəsindən ibarət olub, özündə çox miqdarda sinir hüceyrələri birləşdirir. Onlar katexolamin aktiv maddələr, xüsusən də dofamin, noradrenalin və adrenalin ifraz edir.

Böyrəküstü vəzi fəaliyyətinin pozulması

Böyrəküstü vəzi funskiyalarının sıradan çıxaran problemləri şərti olaraq iki qrupa bölmək olar. Bu, orqanın patoloji aktivliyi və ya əksinə, funksiyanın aşağı düşməsidir. Funksiyanın aşağı düşməsinə səbəb daha çox orqanın bəzi xəstəliklər, xüsusən də vərəm, qansızma, amiloidoz tərəfindən zədələnməsidir. Belə hallarda hipofunksiyanın aradan qaldırılmasına yönəldilmiş əvəzləyici müalicə aparılır.

Bütün orqanizmin işinin ciddi fəsadlarına səbəb olan patoloji aktivlik əksər hallarda müxtəlif şişlərin nəticəsi kimi dəyərləndirilir. Müalicə əsasən, invaziv yolla həyata keçirilir. Daha sonra xəstəyə ömürlük hormonal terapiya təyin edilir.

Böyrəküstü vəzi xəstəliklərinin əlamətləri

Böyrəküstü vəzin funksional pozuntusunun inkişafı simtomatikası disbalansa səbəb olan hormondan asılıdır. Lakin bəzi ümumi əlamətlər də mövcuddur. İnsan izafi yorğunluq müşahidə etməyə başlayır, periodik olaraq əzələ zəifliyi, qıcıqlılıq yaranır, yuxu pozulur.

Tez-tez bədənin müxtəlif yerlərində (əllər, dirsəklər) hiperpiqmentasiya müşahidə edilir. Erkən diaqnostikanı çətinləşdirən səbəb insanların buna etinasız münasibətidir.  Bu da başa düşüləndir. Çünki həmin simtomlar adi yorğunluqdan o qədər də fərqlənmir. Lakin böyrəküstü vəzi xəstəlikləri çox ciddi bir ağırlaşmadır və faciəvi sonluqla nəticələnə bilər.  

Xəbərdarlıq! Kəskin böyrəküstü vəzi çatışmazlığı xəstənin ölümünə səbəb ola bilər və təcili müdaxilə tələb edir.

Böyrəküstü vəzi xəstəliklərinin diaqnostikası

Böyrəküstü vəzi disfunksiyasının daha çox yayılmış və özünü doğrultmuş diaqnostika metodları aşağıdakılardır:
 – Sidiyin analizi, qanın hormonal analizi;
 – USM;
 – MRT;
 – Bədxassəli şişlərə şübhə yarndıqda laparoskopiya təyin edilir.

Daha çox informativ metod multispiral kompüter tomoqrafiyası hesab olunur. Şüa diaqnostika metodu (sintiqrafiya) da kifayət qədər effektlidir.  Bu metod böyrəküstü vəzinin qabıq və beyin strukturunu yüksək dəqiqliklə müayinə etməyə şərait yaradır.  

Böyrəküstü vəzi xəstəliklərinin müalicəsi

Bütün zəruri müayinələr böyrəküstü vəznin funksional pozuntularını üzə çıxardıqdan sonra mütəxəssislər tərəfindən lazım olan konservativ müalicə metodları seçilir. Bu metodlar gözlənilən nəticəni vermədiyi halda həkimlər hormonəvəzləyici terapiya təyin edir və orqan xaric edilir.   

Qeyd etmək lazımdır ki, əksər hallarda xəstəlik erkən aşkarlanarsa və adekvat müalicə təyin edilərsə, böyrəküstü vəzilərin funksional pozuntuları uğurla (invaziv müalicə) aradan qaldırılır.

Tez-tez xəstələr müalicə üçün loğmanlara müraciət edirlər. Xalq təbabəti reseptlərinin konservativ müalicə ilə birgə tətbiqi daha yaxşı nəticələrə səbəb olur. Lakin bunu etməzdən əvvəl mütləq həkim-endokrinoloqla məsləhətləşmək lazımdır!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Ayten Babakhanova,Ali dərəcəli həkim, PhD

Choose time

Write you telephone number

By applying you accept

rules of service