Ayshan  Xalilova hekimtap.az

Ayshan Xalilova

Endocrinologist

13 years of experience

Baku
Tərləmə və onun səbəbləri
 hekimtap.az

Tərləmə və onun səbəbləri

Author: Endokrinoloq Ayşən Xəlilova
9908

Published: 19.06.2018
Ayshan Xalilova

Salam dəyərli izləyicilər. Həmişə məqalə yazmazdan öncə pasientlərimin ən çox verdiyi sualları xatırlamağa çalışıram. Bu dəfə yazımı əhali arasında geniş yayılan, lakin nə ilə əlaqədar ola biləcəyinini anlaya bilməyən insanlar qrupuna həsr etməyi qərara aldım. 

Çox tərləməsosial problem kimi

Çox tərləmə sosial problem sayıla bilər. Belə ki, insan çox tərləmənin yaratdığı qoxudan, paltarda qoyduğu ləkədən və ətraf insanlarda ona qarşı yaranan xoşagəməz münasibətdən müəyyən narahatlıq keçirə bilər. Bu da insanların tədricən hər kəsdən uzaqlaşmasına gətirə bilər. Söhbət hiperhidrozdan gedir. Yəni çox tərləmədən. Gəlin bu haqda ətraflı danışaq.

Hiperhidroz

Hiperhidroz orqanizmin anadan gəlmə xüsusiyyəti və ya xəstəliyin əlaməti ola bilər. Məsələn, vərəm, piylənmə, tireoidit və s.

Hiperhidroz lokal (müəyyən nahiyədə – ovuc, ayaqaltı, qoltuqaltı və s.) və ya ümumi (bütün bədənin tərləməsi) ola bilər.

Hiperhidroz nəinki psixoemoisional problemlərə yol aça bilər, həmçinin digər ağırlaşmalar da yarada bilər. Belə ki, ayaqların çox tərli olması, ayaqda göbələk infeksiyasına, qoltuqaltında daha çox olması hidra adenitə ( ətraf toxumaların irinli-iltihabi xəstəliyinə), dərinin daima nəm olması aşınmalar və irinli yaralara səbəb ola bilər.

Hiporhidroz və endokrinoloji amillər

Mən ixtisasımla əlaqədar diqqətinizi hiperhidrozun endokrinoloji tərəflərinə yönəltmək istəyirəm. Endokrin hiperhidroz adətən bütün bədəndə müşahidə olunur.

Bəzi hormonları artıq ifrazı nəticəsində onların aşağıdakı effektləri görülə bilər:
 – Birbaşa baş beyində termorequlyasiya mərkəzini qıcıqlandırırlar;
 – Sinir liflərinin qıcıqlanmasına səbəb olurlar;
 – Maddələr mübadiləsini sürətləndirirlər;
 – Yerli qan dövranını sürətləndirirlər, bu da tər vəzilərinin artıq qanlanmasına və işinin sürətlənməsinə səbəb olur.

Endokrin hiperhidrozun səbəbləri:
 – Şəkərli diabet – Diabetik polineyropatiya (uzunmüddət qan şəkərlərinin tənzimlənməməsinə görə vegetativ sinir sistemi zədələnir. Bu zaman tərləmə, əsasən, bədənin yuxarı hissəsində olur, çanaq və aşağı ətrafların dərisi quru qalır.
 – Qalxanvari vəzi xəstəlikləri, xüsusil hipertireoz;
 – Piylənmə;
 – Akromeqaliya (artıq boy hormonu ifrazına səbəb olan hipofiz şişi xəstəlikləri) Bu zaman dəri qalınlaşır, piy və tər vəziləri aktiv işləməyə başlayır;
 – Klimakterik sindrom. Qadın cinsi hormonu olan esterogenlərin azalması beyin mərkəzlərini qıcıqlandıraraq, istilik axını hissi və həddən artıq tərləməyə səbəb ola bilər;
 – Feoxromasitoma – böyrəküstü vəzilərin adrenalin və noradrenalin ifraz edən şiş xəstəliyidir;
 – Cinsi yetkinlik dövrü. Qeyri-stabil artan hormonlar simpatik sinir sistemini qıcıqlandıraraq çox tərləməyə səbəb ola bilərlər.

Beləliklə, əgər sizin də həddən artıq tərləmə şikayətiniz varsa, səbəbini araşdırmaqdan çəkinməyin. Uğurlu müalicənin təməli düzgün diaqnozun qoyulmasıdır.

Həmişə sağlam qalmaq diləyi ilə.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Ayshan Xalilova

Choose time

Write you telephone number

By applying you accept

rules of service