Ayshan  Xalilova hekimtap.az

Ayshan Xalilova

Endocrinologist

13 years of experience

Baku
Hamiləlik diabeti
 hekimtap.az

Hamiləlik diabeti

Author: Endokrinoloq Ayşən Xəlilova
4916

Published: 10.05.2018
Ayshan Xalilova

Hamiləlik diabeti nədir?

Hamiləlik diabeti (tibbi adı Hestasion diabet), qadında ilk dəfə hamiləlik zamanı qan şəkərlərinin yüksəlməsidir. Adətən bu problem hamiləliyin ikinci yarısında aşkarlanır. Bir qayda olaraq, əgər hamiləlik öncəsi qadında diabetin risk  faktorları varsa və ya diabet meyillidirsə, onda hamiləlik zamanı qanda şəkərlərin artması müşahidə olunur. Hestasion diabet zamanı  hamiləlikdən öncə qadının qan şəkərləri norma daxilində olur.

Hamiləlik diabetinin yaranma səbəbləri və risk faktorları

Hamiləlik diabeti 2-3 % hamilələrdə müşahidə olunur.

Risk faktorlarına aiddir:
 – Piylənmə, artıq bədən çəkisi;
 – Hamilə qadının yaşının 30-dan çox olması;
 – Yaxın qohumlarda şəkərli diabetin olması;
 – Yumurtalıqların poikistozu xəstəliyi olanlar;
 – Əkiz və üçüz hamiləlikər;
 – Öncəki hamiləlik zamanı iri uşağın doğulması;
 – Hamiləlik diabetinin əlamətləri.

Bu, maddələr mübadiləsinin pozuntusu olub, adətən heç bir xarici əlamətlə özünü göstərmir. Hamiləliyin son aylarında ultrasəs müayinəsi zamanı uşağın həddindən artıq iri ölçülü olması diqqəti cəlb edə bilər. Bu dövrdə də müalicəyə başlamaq olar, ancaq artıq bir qədər gec olmuş olur. Müalicəyə əvvəldən başlamaq lazımdır. Ona görə də endokrinoloqlar hamilə qaınları hamiləliyin 24-28-ci həftələrində qlükoza tolerant test müayinəsindən keçməyə məcbur edirlər.

Bəzən hamilə qadında qan şəkərlərinin artmasına şübhəni qadının çəkisinin həddindən çox artması,  susuzluq və tez-tez sidiyə getmək kimi şikayətlərinin olması yarada bilər. Ancaq bu, nadir hallarda olur. Bu simptomlara güvənmək olmaz. Bütün ehtimalları nəzərə alaraq, istənilən halda, qlukoza tolerant testi keçmək mütləqdir.

Hamiləlik diabetinin diaqnostikası

Yuxarıda sadaladığım bütün şikayətlər və risk faktorları olan qadınlar hələ hamiləlik öncəsi, hamiləlik planlaması zamanı qlükoza tolerant testi keçmələri tövsiyə olunur. Müayinə zamanı acqarına qan götürülür, sonra pasiyentə qlükoza şərbəti içirilir və bundan 1 və 2-ci saatlarda qanda qlukoza yoxlanılır.

Karbohidrat mübadiləsi pozulan insanlarda qanda şəkər yüksəlmiş olur. Ola bilər ki, bu test əvvəllər diaqnoz qoyumiş tip1 və tip2 diabet  diaqnozu təsdiqlənsin. Əgər qadında şəkərli diabetin risk faktorları yoxdursa, onda test  hamiləlik planlanması zamanı, əgər artıq hamiləlik varsa, hamiləliyin 24-28 ci həftələrində yoxlanılır.

Gəlin bir az ətraflı baxaq: Bu testin aparılması 2-3 saat vaxt və bir neçə dəfə qan götürülməsi tələb edir. Bu zaman hamiləyə veriləcək qlukoza məhlulunun həcmi həkim tərəfindən təyin olunur. Qlikohemoqlobin analizi də yoxlanılır, lakin diaqnozun dəqiqləşdirilməsi üçün kifayət deyil.

Hamiləlik zamanı icazə verilən şəkər göstəriciləri hansılardır?

 – Aclıq 5.1 mmol/l- dən aşağı
 – Qlukoza şərbətindən 1 saat sonra 10.0 mmol/l-dən aşağı
 – Qlukuza şərbətindən 2 saat sonra 8.5 mmol/l-dən aşağı

Bu göstəricilərdən biri artdıqda hestasion diabet diaqnozu qoyulur. Bu adətən gizli xarakter daşıdığından onu qan analizləri ilə aşkarlamaq olur. Əgər diaqnoz təsdiqlənirsə, həkim pasientdən arterial təzyiqə və böyrəklərin işini qiymətləndirmək üçün sidik müayinələri də istəyə bilər.

Hamiləlik diabetinin müalicəsi

Əsas müalicəvi vasitə – pəhrizdir.  Qlükoza mübadiləsinin pozulması zamanı kontrolun yaxşı olması üçün effektiv pəhriz növü, aşağı karbohidratlı pəhrizdir.  Bal və digər şirniyyat növləri qanda şəkərin səviyyəsini kəskin artırır. Əgər hamiləyə hestasion diabet diaqnozu qoyulubsa, onda bu məhsullar qadına və onun gələcək övladına zərərlidir. Gilas, çiyələk və digər meyvə və giləmeyvələr qanda şəkərləri artıraraq, xeyirdən çox zərər vermiş olur. Yaxşı olar ki, bu tip qidalar da ya azaldılsın, ya da təmamilə qida rasionundan çıxarılsın. Bütün vacib lif, vitamin və mineralları əsasən göyərti, qoz-fındıq, tərəvəzlərdən alınması məqsədəuyğundur.

Fiziki aktivliyə gəldikdə isə, hamilə qadınlar idmanı ehtiyatla, heç bir düşük təhlükəsi yoxdursa, həkimin icazəsi olduqdan sonra etməlidirlər. Ən ziyansız fiziki aktivlik isə piyada gəzinti hesab olunur.

Bəzən pəhriz və fiziki aktivlik ilə şəkərlər tənzim olunmadıqda, onda hamilə qadına insulin müalicəsi başlanılmalıdır. İnsulin müalicəsi və dozaları, hər pasyentə fırdi olaraq seçilir. Adətən uzun müddətli təsirə malik preparatlardan başlanılır. Ehtiyac olduqda isə, əsas yeməklər öncəsi qısa təsirli insulinlər əlavə olunur.

Hamiləlik diabetinin təhlükəsi

Hestasion diabet dölə neqativ təsir edə bilər. Doğum anına uşaqda çox böyük bədən çəkisi ola bilər ( 4,5-6 kq). Dölün artıq çəkisinə makrosomiya deyilir. Bu o deməkdir ki, doğuş çətin keçə bilər və hətta Keysəriyyə əməliyyatına ehtiyac ola bilər. Gələcəkdə belə uşaqlarda piylənmə, şəkərli diabet və s. problemlər yarana bilər. Hestasion diabet fonunda hamilələrdə preeklampsiya riski artmış olur. Bu ağırlaşma arterial təzyiqin artması, ətraflarda ödemlər və sidikdə zülalın çıxması ilə xarakterizə olunur. Bu fəsad ana və uşağın həyatı üçün təhlükə daşıyır. İri bədən çəkisi ilə doğulmuş uşaqda tənəffüs pozuntusu, əzələ tonusunun azalması, əmmə refleksinin zəifliyi, ödemlər və sarılıq müşahidə oluna bilər. Buna diabetik fetopatiya deyilir.

Gələcəkdə isə ürək çatışmazlığı, əqli və fiziki inkişafın zəifliyi müşahidə oluna bilər. Qadınlarda isə hamiləlikdən sonra gələcəkdə tip 2 şəkərli diabetin yaranma riski yüksək olur.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Ayshan Xalilova

Choose time

Write you telephone number

By applying you accept

rules of service