Şövgü Salahov hekimtap.az

Şövgü Salahov

Dermatovenereologist

21 years of experience

Baku
Herpeslər - Dərinin virus xəstəlikləri (Herpes Simpleks İnfeksiyaları)
 hekimtap.az

Herpeslər - Dərinin virus xəstəlikləri (Herpes Simpleks İnfeksiyaları)

Author: Dermatoveneroloq Şövgü Salahov, 055 557-79-29
5493

Published: 20.09.2020
Şövgü Salahov

Herpes simpleks nədir?         

Herpes simpleks infeksiyaları insanların önəmli bir bölümünün yaşadıqları illər boyunca qarşılaşdığı bir xəstəlikdir. İnfeksiyaların  kliniki xüsusiyyətləri yerləşdiyi yerlərə görə dəyişir. Herpes virusları bədənin istənilən nahiyəsində,azacıq qızarıqlıq fonunda, içərisi maye ilə dolu olan tək və bəzən də qruplaşmağa meyilli sudurcuqlarla özünü biruzə verir. Əsasən uşaq yaşlarından herpes viruslarına yoluxma olur və bu viruslar sinir qanqliyasında ömür boyu yaşayaraq əlverişli şərait olduqda özünü təkrar göstərir.               

Herpeslərin etiologiyası           

HSV( Herpes simplek virusları)nin müxtəlif növləri insan bədənində müxtəlif klinikalı xəstəliklər yaradır. Əsasən insndan insana təmas yolu ilə,cinsi əlaqə zamnı keçir.Vrusla yoluxma hər yaşda ola bilər ama çoxunluqla 5-6 yaş arası başlayır. Tüpürcək vasitəsilə selikli qişalardan asanlıqla yoluxma mümkündür. HSV-1 in (Herpes simpleks virus-1, Human herpes virus-1) yaratdığı səpgilər çoxunluqla ağız və dodaq nahiyəsində(el arasında uçuq deyilir) yaranan, qruplaşmaya meyilli herpes səpgiləridir.HSV-2 (Herpes simpleks virus-2, Human herpes virus-2) daha çox genital bölgədə səpgilər yaradır.Bundan başqa HHV-3 virusları həm su çiçəyi həmdə Kəmərləyici dəmrov (Herpes zoster) xəstəiyinin törədicisidir.                      

Herpesin əlamətləri                 

Herpes virusları ilə yoluxmadan sonra  xəstə 3-12 gün inkubasiya dövründə olur . Bundan sonra qızdırma yaxud özünü halsız hiss etmə kimi əlamətlər biruzə verə bilər və xəstəliyin növünə və yerləşmə yerlərinə görə fərqli kliniklarda özünü göstərər. Məsələn Fasiyal-Oral (Üz-ağız boşluğu) herpes də ağız içində,dodaqlarda, dildə sudurcuqlar yaranır  və sürətlə üzəri açıq yaralara çevrilir ki bu da qidalanmanı çətinləşdirir eləcədə yaralara ikincili infeksiyanın qoşulması ilə bağlı ağızda xoşagəlməz qoxu yarana bilər. Bəzən xəstəliyin şiddətinə görə baş ağrısı, halsızlıq, ümumi əhval ruhiyyənin pisləşməsidə çüşahidə olunur. Genital herpeslərdə  anogenital bölgədə, bəzən də qadınlarda vaginada herpes səpgiləri başlayır ki bu da xəstəni ciddi çəkildə natarat edir. Qızdırmanın 2-3 gün ərzində çəkilməsinə baxmayaraq səpgilərin qabıqlayıb sağalması 2 həftədən çox vaxt aparır. Səpgi nahiyəsində ağrılarla və eyni zamanda yaxınlıqda olan limfa vəzilərinin şişməsini də müşahidə edə bilərik. Herpes virusları çox zaman müalicəyə tabe olsada vaxtında aparılmayan müalicə nəticəsində xəstəlik xronikiləşə,eləcədə sisnir sitemini zədələyərək çox böyük ağırlaşamalara gətirə bilər.Bəzən  hamiləliyin ilk 3 ayında yaranmış herpes xəstəliyi dölün ölümünə səbəb olur.         

Herpesin növləri           

Herpes viruslarının tipindən və səpgilərin yerləşmə yerlərindən asılı olaraq bir neçə növü qeyd edə bilərik ki: Üz-ağız böşlugu herpesləri    (Əsasən HSV-1 tərfindən törədilir), Genital herpeslər (Əsasən HSV-2 tərfindən törədilr),  Residivləşən herpeslər (Həm HSV-1, həm HSV-2),  SU çicəyi, Kəmərləyici dəmrov,  Disseminəherpeslər(Yayılmış herpeslər), İmmun sistemi zəif olanlarda olan herpeslər , Kontagioz molyusklar və s bu qrupdan olan növlərdir.                           

Herpesin diaqnozu             

Həkimin müayinə zamanı gödüyü kliniki əlamətlər, xəstədən toplanan anamnez, eləcədə lazım olduğu təqdirdə laborator muayinələr (Tzanc sitoloji, yaradan alınan materialda mikroskopik incələmə, PZR analizi və s) vasitələrlə çox dəqiq və vaxtında analiz qoymaq mümükündür.                   

Herpeslərin müalicəsi                   

Qeyd etdiyimiz kimi çox insanlar uşaqlıqda yoluxur və herpes viruslar sinir qanqliyalarında insanın yaşamı boyunca yaşayır. Bu zaman onlar latent haldadır və üzə çıxmadıqları halda orqanizm üçün heç bir fəsad tprətməzlər. Xəstəliyin düzgün və vaxtında qoyulan diaqnozundan sonra həm yerli həm də daxilə təyin olunan virus əlehinə olan preparatlarla (asiklovir, valasiklovir, famosiklovir və s) uğurla və fəsadsiz müalicə etmək mümkündür.  Bundan başqa xəstədə mütləq yanaşı gedən xəstəlikləri araşdırmaq (əsasən immun çatmazlığı problemləri) və onlara qarşı paralel müalicə aparmaq lazımdır.                  

Herpeslərin profilaktikası               

Virus xəstəliklərinin çoxuna qarşı birdəfəlik  və davamlı immunitet yaranmadığından daima orqanizmin müqavimətini artıran (istər dərman prepartları olsun, istər düzgün qidalanma, açıq havada gəzmə, günəş vannaları və s) vasitələrdən istifadı etmək lazımdır. Eləcədə virus xəstəliyi olan insanlardan uzaq durmaq,birbaşa təmas halında olmamaq çox vacibdir. 

 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Şövgü Salahov

Choose time

Write you telephone number

By applying you accept

rules of service