Aynur  Hashimova hekimtap.az

Aynur Hashimova

Physiotherapist

13 years of experience

Baku
Uşaq serebral iflici
 hekimtap.az

Uşaq serebral iflici

Author: Fizioterapevt Aynurə Haşımova
12890

Published: 28.05.2018
Aynur Hashimova

Uşaq serebral iflici nədir?

Uşaq serebral iflici prenatal, natal və erkən yaşlı uşaqlarda baş beynin zədələnməsidir. Xəstəlik hərəki pozğunluqlarla – parezlər, koordinasiya pozğunluqları, hiperkinezlər, ataksiyalar, nitq qabiliyyətinin pozulması və psixi pozğunluqlar və s. ilə xarakterizə olunur. Beynin zədələnməsindən aslı olaraq yüngül, orta, ağır dərəcələri olur. Serebral iflicli uşaqların əksəriyyəti bu xəstəliklə doğulur və illər boyu davam edir. Uşaq serebral iflicinin erkən əlamətləri uşaqda 3 yaşadək müəyyən etmək olur.

Uşaq serebral iflicinin növləri

Diplegik forma – əsas anadangəlmə travma və asfiksiya keçirmiş uşaqlarda olur. Bu formada hər iki ayaqda spastik parez əmələ gəlir. Əzələlər beynin zədələnmiş bölgəsindən uyğun olmayan siqnallar aldığı üçün həddən artıq sərt olur  – əzələ tonusu yüksək olur. Əllər az zədələnmiş, əsasən proksimal nahiyyədə, çəpgözlülük, psixi pozğunluqlar, epileptik tutmalar müşahidə olunur. Belə uşaqlar anadan olanda az hərəkətli, gec inkişaf edirlər, 3-4 yaşlarında gəzirlər. Aşağı ətraflarda kontrakturalar əmələ gəlir, maksimal olaraq ayaqlar bir-birinə yaxın olur və dolaşır, barmaqların ucunda gəzirlər, gəzməkdə çətinlik çəkirlər və ya ümumiyyətlə gəzmirlər.

Hemiplegik forma – erkən postnal dövrdə inkişafına görə hemiparez və hemiplegik olmaqla bölünürlər. Nadir hallarda tetraparez və tetraplegik formaları olur, intellekt aşağı olur, nitq qabiliyyəti olmur, epileptik tutmalat olur.

Hiperkinetik və ya atetoid forma – klinik şəklinə görə hiperkinezlər (atetoz, xoreya, miokloniyalar) müşahidə olunur. Bu forma serebral ifliclərdə uşaq özünü idarə edə bilmir, xüsusilə hərəkətə başlayanda, oyuncaq və ya qaşığını götürəndə ondan aslı olmayan qeyri-iradi hərəkətlər edir.Bu tip usaq serebral ifliclərində əzələlər çox zəifdir, hipotonikdir.

Beyincik-ataktik forma – beyinciyin prenatal dövrdə infeksiya, intoksikasiyayla əlaqədar zədələnməsi nəticəsində əmələ gəlir. Bu uşaqlarda müvazinət pozğunluğu olur, gəzə bilmir və ya güclə gəzir, əzələdə hipotoniya, nitq pozğunluğu, başqa beyin simptomları olur. Lakin uşaq serebral ifliclərində baş beynin kompensator-uyğunlaşma imkanları genişdir, xəstəliyin sağalmasına kömək edir.

Uşaq serebral iflicinin simptomları

Simptomları beynin zədələnmiş dərəcələri və serebral iflicin formaları, beyində zədələnmə ocağının lokalizasiyasından aslıdır.

 – Epileptik tutmalar;
 – İntellekt pozğunluqları;
 – Çəpgözlük;
 – Görmə pozğunluğu;
 – Eşitmə pozğunluğu;
 – Nitq qüsuru;
 – Birtərəfli hərəkətlərlə bağlı problemlər, parezlər;
 – Hipotonus;
 – Hipertonus;
 – Müvazinət və koordinasiya pozğunluqları;
 – Mədə-bağırsaq problemi və s.

Uşaq serebral iflicinin səbəbləri

 – Ananın hamiləlik vaxtı keçirdiyi xəstəliklər (infeksion və parazitar) – məxmərək, toksoplazma və s.
 – Hamiləlik toksikozu
 – Dölün asfiksiyası
 – Travmalar – ananın hamiləlik vaxtı keçirdiyi, uşağın keçirdiyi beyin zədələnməsi, beyindaxili qansızma, beyindaxili hemotoma və s.
 – Çətin doğuş
 – Erkən doğuş – uşağın çəkisi 1000 qramdan  az olarsa
 – Birincili və ikincili ensefalitlər – qızılca, difteriya, skarlatina
 – Kəllə-beyin travmaları
 – Rezus – faktor nəticəsində əmələ gələn hemolitik sarılıq
 – Məlum olmayan bir sıra səbəbləri vardır.

Uşaq serebral iflicinin diaqnozu

Xəstə uşaq vizual olaraq müayinə olunur. Uşağın anamnezi toplanılır, doğuşdan öncə və sonra ananın doğuş hekayəsi öyrənilir. 6-12 ayadək adətən diaqnoz qoyulmur. Uşaq kontrolda saxlanılır.

Aşağıdakı müayinələr aparılır:
– Nevroloji – reflekslər, beyin-motor funksiyası yoxlanılır
– Rentgen
– EEG – ensefaloqramma
– MRT
– KT
– Qan analizləri
– Genetik analizlər

Uşaq serebral iflicinin müalicəsi

Fizioterapiya və reabilitasiya belə uşaqlarda əsas müalicə metodudur. Mütəmadi olaraq aparılmalıdır. Vaxtında aparılan müalicə xəstənin yaşam standartlarını normallaşdırır. Uşaq serebral iflicləri fizioterapevtik olaraq müalicə olunan zaman uşağın yaşı, ümumi sağlamlıq vəziyyəti, xəstəliyinin dərəcəsi, forması, qəbul etdiyi dərman maddələri və individual baxış vacibdir. Müalicənin məqsədi xəstədə hərəki və psixi pozğunluqları yaxşılaşdırmaq, uşaqdakı deformasiyaları əngəlləmək və cəmiyyətə uyğunlaşdırmaqdır.

Fizioterapevtik olaraq aşağıdakı metodlardan istifadə olunur:
Miorelaksəedici və trofostimuləedici – massaj müalicəvi idman
Tonuslandırıcı – duşlar, sualtı duş-massaj, hovuz, talassoterapiya, dənizdə çimmə və s.
Psixostimuləedici – elektroterapiya

Əks göstərişlərı: epileptik tutmalar, kompensə olunmuş hidrosefaliya, psixoloji pozğunluqlar (demensiya, oliqofreniya, ideopatiya). Serebral ifliclərin hər bir növündə müalicəvi idman və iqlim müalicəsi (evpatoriya) göstərişdir.

Fizioprofilaktikası

Məqsəd uşaq serebral ifliclərində xəstəliyin proqressiv gedişini əngəlləmək. Lokomator disfunksiyanı aradan qaldırmaq (miorelaksəedici metodlarla) və psixoemosional statusu normallaşdırmaq (psixostimuləedici metodlar)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Aynur Hashimova

Choose time

Write you telephone number

By applying you accept

rules of service