Heyran Shirinova

Ophthalmologist

26 years of experience

Baku
Keratit – buynuz qişanın iltihabı hekimtap.az

Keratit – buynuz qişanın iltihabı

Author: Oftalmoloq 077 398 00 55
4369

Published: 06.07.2018
Heyran Shirinova

Keratit nədir?

Səthi infiltratlar izsiz sorulub gedə və ya buynuz qişada yüngül bulanıqlıq saxlaya bilər. İltihabi vəziyyətlərin sakitləşməsindən sonra dərin zədələnmələr zamanı buynuz qişada müxtəlif dərəcəli çapıq dəyişiklikləri qalır, onların da sayəsində görmə funksiayaları aşağı düşür.

Keratitlər zamanı buynuz qişanın vaskularizasiyası – orada damarların əmələ gəlməsi baş verir. Buynuz qişada damarların yaranması infiltratların sourulmasına müsbət təsir göstərir, kompensator, müdafiə hesab olunur, digər tərəfdən bunun sayəsində buynuz qişanın şəffaflığı azalır, belə ki, normada buynuz qişanın damarları olmur.

Keratitin kliniki mənzərəsi qişa sindromu ilə xarakterizə edilir, buraya gözlərin yaşarması, işıq qorxusu, blefarospazm (göz kəsiyi qəfildən daralır, pasiyent demək olar ki, gözünü aça bilmir) aiddir. Şiddətli ağrı narahat edir, gözdə yad cismin varlığı hissi yaranır, göz almacığı qızarır.  

Keratitlərin müxtəlif formalarında kliniki mənzərə yaşdan, orqanizmin ümumi vəziyyətindən, törədicinin xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.

Keratitin əlamətləri

Keratitin ilkin əlamətləri aşkara çıxdıqda dərhal oftalmoloqa müraciət etmək lazımdır. 

Kontakt linza daşıyıcılarında keratitə tez-tez rast gəlinir, bunu ən sadə mikroorqanizmlər – akantamyoblar törədir.

Akantamyob keratit ağır gedişata malikdir, əksər hallarda hər iki gözü zədələyir, çətin müalicə olunur,  tez-tez intensiz bulanmalar qalır ki, bu da görməni əhəmiyyətli dərəcədə zəiflədir.

Keratit həkimin gündəlik nəzarəti altında stasionarda müalicə edilir.  Əks halda, kobud çapıq dəyişiklikləri əmələ gələ bilər ki, bu da görməni əhəmiyyətli dərəcədə, hətta korluğa qədər aşağı sala bilər.  

Keratitlərin diaqnostikası

Keratitin diaqnozu və onun növü kliniki mənzərənin xüsusiyyətləri və anamnez əsasında qoyulur. Keratitin əsas müayinə metodu gözün biomikroskopiyası hesab olunur, onun vasitəsilə infiltratın ölçülərini, zədələnmənin dərinliyi və xarakterini müəyyənləşdirmək mümkündür.

Müalicə taktikasını müəyyənləşdirmək baxımından baktereoloji müayinənin xüsusi rolu var. Bu zaman defektin kənarları və dərinliyindən material götürülür və müvafiq mühitdə əkilir, törədicinin növü və onun antibiotiklərə qarşı həssaslığı müəyyənləşdirilir.

Keratitlərin müalicəsi

Müalicə keratitin səbəbindən, buynuz qişanın zədələnmə dərinliyindən, həmçinin, xəstəliyin gedişat ağırlığından asılıdır.   

Keratit zamanı dərman preparatları göz damcıları, mazlar şəklində tətbiq olunur, preparatlar konyunktiva altına inyeksiyalar şəklində daxil edilir. Həmçinin, tabletləşmiş formalar, əzələdaxili və hətta venadaxili inyeksiyalar təyin oluna bilər.

Bakterial keratitlər zamanı antibiotiklər və sulfanilamid preparatlar göstərişdir.

Virus keratitləri zamanı virusəleyhinə, tərkibində interferon və interferon induktorları olan preparatlarla terapiya aparılır.

Herpetik keratitlər zamanı atsiklovir tərkibli damcılar, mazlar, tabletlər təyin edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Heyran Shirinova

Choose time

Write you telephone number

By applying you accept

rules of service