Almaz  Safarova hekimtap.az

Almaz Safarova

Neurologist

25 years of experience

Baku
EPİLEPSİYA hekimtap.az

EPİLEPSİYA

Author: Nevroloq Almaz Səfərova , Əlaqə: 050 541-50-50
3822

Published: 04.01.2020
Almaz Safarova

Epilepsiya nədir? 

Epilepsiya - baş beynin təkrarlanan tutmalar ilə muşayiət olunan xroniki xəstəliyidir. Əhali arasında yayılması 1-3 % olan bu xəstəliyə, əsasən, uşaq və yeniyetmələrdə rast gəlinir. Valideynlərin birində epilepsiya olarsa, onun uşaqlarda əmələgəlmə ehtimalı 2-5 %-dir. Epileptik tutma muxtəlif hərəki, psixi, vegetativ, funksional pozuntulara gətirib çıxarır ki, buna səbəb baş beynin boz maddəsində yüksək neyronal yüklənmədir. 

Epilepsiyanın əlamətləri hansılardır? 

Epileptik tutmaların əlamətləri dəyişkəndir və pozuntuların beynin hansı nahiyəsində başlayıb, nə dərəcədə yayılmasına görə fərqlənir. Praktik nöqtəyi nəzərdən tutmalar iki növə bölünür: 
- birincili generalizə olunmuş tutmalar  - tonik-klonik tutmalar (grand mal), absanslar (petit mal);
- parsial tutmalar - (sadə, mürəkkəb, ikincili generalizə olunmuş).
Epileptik tutma iki faktorun kombinasiyasından yaranır: epileptik ocağın aktivliyi və beynin qıcolma hazırlığı.
Bəzən tutmadan əvvəl aura (tutmaöncəsi hal) müşahidə olunur. Tutmaları provokasiya edən səbəblər ola bilər ki, onlar “trigger” adlanır. Triggerlərə yuxusuzluq, infeksiyalar, nikotin, alkoqol istifadəsi, aclıq və ya çox yemək, səs-küy, sayrışan işıqlanma və s. aid etmək olar.  
Tutma, adətən 1-3 dəq. davam edir, bu zaman xəstə huşunu itirə bilər, bəzən qeyri-iradi olaraq sidik ifrazı və defekasiya müşahidə edilir. Tutmadan sonra xəstə yuxulu və yorğun vəziyyətə düşür. Bəzən tutma ani olub, nə xəstə, nə də ətrafdakılar tərəfdən hiss olunur. Elə hallar da olur ki, tutmalar epileptik status (tutmalar ara vermədən baş verir) şəklini alır və bəzən ölümlə nəticələnə bilər.  

Epilepsiyanın yaranma səbəbləri

Epilepsiyanın yaranma səbəbləri bu qruplara bölünür:  struktur, genetik, infeksion, metabolik, immun və naməlum etioloji faktor. 
Onlara aiddir:
- beynin doğuşöncəsi və ya perinatal dövrdə (hipoksiya və ya doğuş travması, doğuş zamanı çəkinin aşağı olması) zədələnməsi; 
- baş-beyin  travması;
- insult;
- beyin infeksiyaları, məsələn, meningit, ensefalit, neyrosistiserkoz;
- bəzi genetik sindromlar;
- beyin şişi.

Epilepsiyanın diaqnostikası necə aparılır?

Diaqnostika ətraflı toplanmış anamnez, kliniki əlamətlər, EEQ və MRT əsasında qoyulur. Bəzən həkimin təyinatına uyğun olaraq, rutin EEQ, yuxu deprivasiyalı EEQ və video - EEQ monitorinq təyin edilir. 

Epilepsiya necə müalicə olunur?

- medikamentoz;
- ketogen pəhriz;
- azan sinirin elektrosimulyasiyası;
- cərrahi müdaxilə.
Müasir dövrdə geniş spektorlu qıcolma əleyhinə preparatların tətbiqi epileptik xəstələtin tutmalarını aradan qaldırır və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. 
Epilepsiya tutmalarının qarşısını profilaktik tədbirlərlə almaq mümkündür. Pasiyentlərin 70%-i lazımi preparatların qəbulu sayəsində tutmalarsız yaşaya bilirlər. Bunun üçün gündəlik olaraq müvafiq dərmanarın mütəmadi qəbulu yetərlidir.  
Pasiyentdə iki il ərzində tutma müşahidə olunmazsa, dərmanların azaldılması nəzərdən keçirilə bilər. 

Epilepsiyanın profilaktikası necə aparılır?

Epilepsiyanın  inkişaf mexinizmi tam öyrənilmədiyindən onun spesifik profilaktikası yoxdur. 
Ümumi tövsiyələr kimi, sağlam həyat tərzini, spirtli içki, tütün istifadəsi və narkotiklərdən qaçınmanı göstərmək olar. Fiziki aktivlik, sağlam qidalanma və istirahət yaxşı profilaktik tədbirlərdir. Bundan başqa, pasiyentlərə trigger faktorlarını qeyd etmək üçün jurnal tutmaq tövsiyə edilir. Bu, müalicə həkimi üçün informativ olacaq. 
Epilepsiyadan əziyyət çəkən insanlar həddindən artıq fiziki və intellektual əmək tələb edən işlərdən, stress və emosional sarsıntılardan mümkün qədər uzaq dayanmalıdırlar. 


Almaz Safarova

Choose time

Write you telephone number

By applying you accept

rules of service