Şövgü Salahov hekimtap.az

Şövgü Salahov

Dermatovenereologist

21 years of experience

Baku
Akne vulqaris - Gənclik sızanaqları
 hekimtap.az

Akne vulqaris - Gənclik sızanaqları

Author: Dermatoveneroloq Şövgü Salahov, 055 557-79-29
2415

Published: 20.09.2020
Şövgü Salahov

Akne nədir?
   
Tük follikullarının və buna bağlı yağ vəzilərinin iltihablanması nəticəsində yaranan komedonlar (tıxac), papulalar, irin və irinciklər eləcədə içərisi möhtəviyyatla dolu ağrılı düyünlər və özündən sonra çapıq izləri yarada bilən xroniki gedişli iltihablı dəri  xəstəliyidir. İrinlərin belə çox olduğu xəstələrdə yoluxuculuq yoxdur. Ən çox yerləşdiyi yerlər üz, çiyinlər, kürəyin yuxarı hissəsi, sinənin ön tərəfidir. Bir və ya bir neçə bölgə eyni vaxtda tutula bilər.
                                                                                                       
Aknenin etiologiyası   

Etioparogenezində böyrək üstü vəzi və ya qonadotropin tərkibli androgen hormonlara qarşı yaranan həssaslıq buna bağlı yağ vəzilərində həddindən çox yağ ifrazı eləcədə yağ vəzilərində olan mikroorqanizmlərin normadan çox artması və yağ tərkibinin pozulması rol oynayır.  Qidaların və şəxsi gigiyenaya düzgün əməl edilməməsinin  xəstəliyin yaranmasında çox da mühüm rolu yoxdur. Yağ vəzilərinin işinin pozulması nəticəsində follikulun ağızında tıxac yaranır ki bu da qapalı komedon adlanıir və xəstəliyin başlanmasının göstəricisi kimi qıbul olunur.                            

Aknenin əlamətləri 

Bəzən dəriyə kələ-kötür,nahamar,pas kağızı görkəmi verəcək qədər çoxlu komedonlar ola bilər. 2 mm dən böyük səpgilər makrokomedonlar adlanır. Akne vulqaris hər yaşda başlaya bilməklə daha çox 12-14 yaş arası başlayıb 35-44 yaşlara qədər davam edə bilər. Belə demək mümkünsə bütün insanlar  həyatı boyunca az və ya çox sayda akne səpgiləri ilə qarşılaşa bilər. Komedonlar açıq və qapalı olmaqla 2 qrupa bölünür. Açıq komedonlar yastı,azacıq qabarıq,mərkəzi qara bir nöqtə şəkilində görünür. Əllə sıxdıqda asanlıqla içərisindən möhtəviyyat çıxır. Qapalı komedonlar isə sıxdıqda çıxmır və daha çıx iltihablaşmaya və irəli zamanlarda papulalara, irinlərə çevrilməyə yönəlik  olur. Xəstəlik nə qədər tez kiçik yaşlardan başlayarsa daha şiddətli seyr edə bilər və kişilərdə qadınlara nisbətən daha aqressiv gedişli ola bilir. Şiddətli akne olan insanların üzündə yağlı bir görünüş olur. Akbe vulqarisin patogenezində bir neçə səbəb bir arada rol oynaya bilər (hormonlara həssaslığın artması ilə yanaşı yağ ifrazının artması və mikroorqanizmlərin sürətlə çoxalması nəticəsində onalrın ifraz etdiyi fermentlərin yağları parçalaması bunun da nəticəsində neytrofillərin bölgəyə axını və iltihabın daha da şiddətlənməsi). Akneli xəstələrdə eyni vaxtda həm bağlı və açıq komedonlar eləcədə papul və irinciklərə rast gəlmək olar. Bundan başqa aknelirn sıxılması, üzün üzqırxan vasitəsilə təmizlənməsi nəticəsində başqa bir infeksiyanın qoşulması nəticəsində daha dərin və iltihablı bir görünüm ola bilər.                                    

Aknenin növləri         

Yenidoğulmuşlarda akneyə təsdqf olunur ki bu da İnfantil akne adlanir. Xəstəlik özlüyündən sağalmaya meyillidir amma bəzən dirəncli formalarda həkimin müalicəsi vacibdir. Akne konglobata dediyimiz formada aknenin bütün elementləri eyni vaxtda və daha yayılmış eləcədə müalicəyə davamlı aqressiv gedişli olur. Steroid aknelər daha çox həkim nəzarəti olmadan artıq dozada qəbul olunan steroid preparatların qəbulu zamanı yaranır. Hormonal aknelər daha çox qadınlarda böyrək üstü vəzidə və hipofizdə yaranan problemlər nəticəsində mensturasiya öncəsi və stressli durumlarda yarana bilər. Kelloidal akne  bəzi xəstələrdə və daha çox çiyinlərdə, sinədə akne səpgilərinin birbaşa kelloid törəməyə keçməsi nəticəsində yaranır ki bu xəstələr başqa yönlərdən tam sağlam olsalar belə dəridə kelloidləşməyə yatqınlıq olur.                                

Aknenin diaqnozu
   
Dizqnoz əsasən həkimin topladığı anamnezə və görünən kliniki əlamətlərə görə qoyulur. Aknenin dizqnozunun dəqiqləşdirilməsində xəstənin yaşı,cinsiyyəti, səpgilərin müddəti eləcədə əvvəllər aparılan müalicəyə xəstənin verdiyi reaksiya bundan əlavə hormonal göstəricilərin artması və azalması,yanaşı başqa bir sistemik xəstəliyin var olması çox önəmlidir.                                                     

Aknenin mualicəsi
       
Qeyd etdiyimiz kimi yanaşı bir xəstəlik olmasından asılı olaraq (hansıki burda endokrin pozuntular, qadinlarda ginekoloji xəstəliklər, həzm sistemi orqanlarının bu və ya digər xəstəlikləri və s ) müalicə fərqli yöndə olur. Yanaşı xəstəliyin əgər varsa müalicə olunması və ya yoxdursa birbaşa xəstəliyin dəqiq dizqnozu təyin oluduqdan sonra bu günkü son protokola uygun olaraq istər yerli kremlər,məlhəmlər,losyonlar və s eləcədə daxilə təyin olunan antibakterial yaxud da yağ vəzilərini tam quruda bilən xüsusi qrup preparatlar vasitəsilə xəstəlikdən çox qısa müddətdə və birdəfəlik xilas olmaq olar.               

Aknenin profilaktikası   

Xəstəliyin yaranmasında vacib rol oynamasada istər müalicə zamanı istərsədə müalicədən sonra həzm sistemini pozacaq qidaların,spirtli içkilərin, həkim nəzarəti olmadan qəbul olunan dərman preparatlarının xəstəliyi yenidən alovlandırmasında rol oynaya bilər. Bu səbəbdən mənşəyi məlum olmayan qidaların və həkimə danışılmadan dərmanların qəbulu yol verilməzdir.

 

Mövzu ilə bağlı video:


 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az    


Şövgü Salahov

Choose time

Write you telephone number

By applying you accept

rules of service