Mon-Fri

11:00-20:00

Sat

11:00-20:00

Sun

Outgoing
Age Revolution

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
5 D Cavanlaşdırma proseduru
 hekimtap.az

5 D Cavanlaşdırma proseduru

3432
Author: Həkim-Kosmetoloq Günay Əhmədova Əlaqə: 055 478-90-75

Published: 07.11.2019
Age Revolution

5 D cavanlaşdırma proseduru nədir?

Üz dərisi cavanlaşdırılmasının ən müasir üsullarından biri də - 5 D cavanlaşdırmadır. Bu prosedurun digər cavanlaşdırma üsullarından fərqi və üstünlüyü odur ki, bu zaman göz qapaqları və gözətrafı hissələr də daxil olmaqla, üzün bütün nahiyələrinə kompleks lazer təsiri göstərilir.

5 D cavanlaşdırma prosedurunun nəticələri:

- Konturların formalaşması;
- Üz ovalı və göz qapaqları dərisinin liftinqi;
- Xırda qırışların hamarlanması;
- Dərinin keyfiyyəti və tonusunun yaxşılaşması;
- Məsamələrin daralması;
- Piqmentasiyanın azalması;
- Hamar və parlaq dəri;

5D cavanlaşdırma proseduru necə həyata keçirilir?

Həkim müxtəlif uzunluqlu lazer şuası ilə üzün və göz qapaqlarının bütün nahiyələrinə dəri ve selikli qişa tərəfindən təsir edir. Bu zaman göz qapağı, buxaq, yanaqlarda piy təbəqəsi azalır, üzün dərin qatlarında kollagen əmələ gəlir, burun- dodaq büküşü hamarlanır, mimiki qırışlar azalır, üz dərisi dartılır.
 Siz  cəmi 1-1.5 saat davam edən bir seansa əhəmiyyətli nəticə əldə edəcəksiniz. Bir prosedir fasiləsiz, ard-arda beş mərhələli prosesdən ibarətdir. Effekt iki həftə ərzində yaranır və bir neçə ay tam şəkildə təzahür edir.

1-ci mərhələ - fraksion erbi lazeri vasitəsilə burun- dodaq zonası və yanağın içəridən işlənilməsi;
2-ci mərhələ - fraksion erbi lazeri vasitəsilə göz qapaqlarının içəridən işlənilməsi;
3-cü mərhələ - neod qeyri-fraksion lazerlə üzün  və göz qapaqları dərisinin işlənilməsi;
4-cü mərhələ - neod fraksion lazer şuası ilə dermanın  səthi və orta qatlarının işlənilməsi;
5-ci mərhələ - dəri səthini erbi fraksion lazer vasitəsilə cilalanması.

5D lazer cavanlaşdırılmasının üstünlükləri

5 D lazer cavanlaşdırılmasının bir sıra üstünlükləri var. Onlara aşağıdakıları aid etmək olar: 
Ağrısız olması: lazerin təsiri ağrısızdır, selikli qişa zədələnmir, gözlərə, diş və damağa təsir etmir.
Effektivlik: nəticə dərhal görünür! Dərinin tonus və rəngi bərpa olunur, dəri hamarlaşır, mat və incə olur.
Bərpa dövrünün qısa olması: prosedurun səhəri günü adəti kosmetoloji vasitələrdən istifadə etmək, işə cıxmaq olar.
Nəticənin davamlı olması: maxsimal effekt 2-4 həftəyə özünü büruzə verir və nəticə 1,5 ilə qədər  saxlanılır.
Proseduru yay aylarında da həyata  keçirmək mümkümdür, beləki, hiperpiqmentasiya riski yoxdur.

5 D cavanlaşdırma prosedurunda FOTONA lazer aparatının istifadəsi

FOTONA - 5 D cavanlaşdırma prosedurunda geniş istifadə olunan yüksək texnoloji xüsusiyyətlərə malik, effektiv və təhlükəsiz lazer aparatıdır. 
FOTONA şirkətinin unikal fraksion  lazeri öz imkanlarına görə bütün digər fraksion lazerləri geridə qoyur. 
Turbo rejimində fraksion lazer dərinliyi 5 mk-dən 5 mm-dək olan ideal slindrik fraksion kolonlar yarada bilir.

FOTONA lazer aparatı SmoothEye adlanan daha bir unikal texnologiyaya malikdir. Onun vasitəsilə göz qapağı dərisinin rekonstruksiyası və paroorbital nahiyənin cavanlaşdırılmasını həyata keçirmək mümkündür. 

SmoothEye texnologiyasının üstünlükləri:

• Bir prosedur çərçivəsində patentləşmiş lazer metodikalarının kombinasiyası;
• Yerli anesteziya;
• Reabilitasiya periodu -3 gün;
• Mövsüm məhdudiyyəti yoxdur;
• Analoqu olmayan anti-aging terapiyası. 
Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan prosedurları yalnız FOTONA cihazında yerinə yetirmək mümkündür və bu, yeganə avadanlıqdır ki, bütün sadalanan funksiyaları protokollaşdırıb. 
FOTONA estetik tibb lazerlərinə cidd keyfiyyət nəzarəti onu rəqiblərindən daha üstün və etibarlı edir.