Mon-Fri

08:30-17:30

Sat

08:30-17:30

Sun

08:30-17:30
MediStyle Hospital

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service

Medistyle Hospital 2012-ci ildən etibarən mütəxəssis həkim kollektivi ilə pasientlərinin xidmətindədir.Hospitalımız 7/24 sizlərin Sağlamlığı və Rahatçılığı üçün çalışır. Ən müasir tibbi avadanlıqlarda təhciz olunmuş Hospitalımızda siz hər zaman peşəkar, diqqətcil və gülərüz tibbi personalımız tərəfindən yüksək səviyyəli xidmət ala bilərsiniz.

Hospitalımız ümumi sahəsi 4500 kvadratmetr olan 6 mərtəbəni əhatə edən binada yerləşir. MediStyle Hospital ambulator xidmətləri əhatə edən poliklinika, eyni zamanda 4 əməliyyat otağından ibarət əməliyyat bloku olan 20 yataqlı cərrahi stasionar, həmçinin 5 yataqli intensiv terapiya bölməsi və 9 yataqlı terapevtik stasionar şöbədən ibarətdir.

Medistyle hospitalda həm təcili, həm də planlı aparılan cərrahi əməliyyatlar mövcuddur.

Həmçinin digər xəstəxanaların reanimasiya şöbəsində yatan və ya ağır xəstələri klinikamız tərəfindən ambulansla təmin olunuraraq xəstələr klinikamiza gətirilir, müvafiq xidmət göstərildikdən sonra yenidən xəstəxanaya çatdırılır.

Azərbaycan, Rusiya, Türkiyə və Avropada təhsil almış həkimlər geniş maddi-texniki bazaya malik bölümlərdə müvafiq tibbi yardım göstərirlər.

Xəstələrin öz istəyi ilə Medistyle Hospitalda səhiyyə turizmi də təşkil olunub.

Laboratoriyamiz sanitar normalara cavab verən, avropa standartlarina uyğun, müasir analizatorlarla təchiz olunmuşdur. Həmçinin klinikada endoskopik müayinələr də aparilmaqdadir.

Klinikanin radioloji bölümündə isə rentgen, kompyuter tomoqrafiyasi, maqnit-rezonans tomoqrafiya, ultrasəs aparatlari quraşdirilmişdir.

Kardioloji bölümdə noninvaziv müayinələr üçün ən son model-exokardioqraf, elektrokardioqraf, holter monitor, tredmil stress test cihazlari yerləşdirilib.