Mon-Fri

09:00-18:00

Sat

09:00-18:00

Sun

09:00-12:00
Mayomed

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Rentgen diaqnostikası
 hekimtap.az

Rentgen diaqnostikası

14197
Author: Rentgenoloq Asim Abdulov

Published: 30.03.2018
Mayomed

Rentgen diaqnostikası müayinəsi qızıl standart olub, ilkin müayinə metodu hesab edilir. Ayrı-ayrı ixtisas həkimləri lazım olduqda pasiyentlərini rentgen müayinəsinə yönəldirlər.

Rentgen müayinəsi metodları

Rengenoqrafiya – ən geniş yayılmış metodlardan hesab edilir. Bu, bədənin hər hansı bir hissəsinin rentgen şüalarından istifadə etməklə, xüsusi fotomaterial üzərində çəkilməsidir.  

Rentgenoqrafiya (daha çox rentgen kimi tanınınb) metodunun tətbiqi ilə misal üçün, dişlərin və ya skeletin təsvirini əldə etmək mümkündür.

Rengenoqrafiyadan, həmçinin, damarların və onurğanın kompleks diaqnostikası zamanı sınıqların müayinəsində, insan orqanizmində yad cismlərin aşkar olunmasında istifadə olunur. Rentgen stomatoloq, ortoped və travmatoloq tərəfindən təyin edilə bilər.

Rentgenoskopiya

Təsvirin ekrandan əldə olunması prosesidir. Onun vasitəsilə orqanları fəaliyyətdə olarkən müayinə etmək mümkündür. Söhbət diafraqmanın hərəkəti prosesindən, ürək döyüntüsündən, qida borusunun, bağırsaqların və mədənin peristaltikasından gedir.  

Bu metodun vasitəsilə orqanların bir-birinə nisbətən necə yerləşdiyi haqda vizual təsəvvür almaq, müxtəlif patologiyaları aşkar etmək mümkündür.  

Flyüoroqrafiya  

Rentgen təsvirinin bilavasitə ekrandan çəkilməsi prosesidir. Bu, xüsusi avadanlıqlar vasitəsilə həyata keçirilir. Hazırda daha çox rəqəmsal flüoroqrafiya metodundan istifadə edilir. Flüoroqrafiyadan, əsasən, ağ ciyərlərin və döş qəfəsinin digər orqanlarının müayinəsində istifadə olunur.

Tomoqrafiya

Yunan dilindən tərcümədə “kəsiyin təsviri” mənasını verir. Başqa sözlə, tomoqrafiyanın məqsədi müayinə obyektinin, yəni orqanın daxili strukturunun çoxqatlı təsvirini almaqdır. Bu metod bir sıra orqanların, eləcə də bədən hissələrinin müayinəsində tətbiq olunur.

Kontrast rentgenoqrafiya

Adi rentgenoqrafiya olub, kontrast maddənin (barium sulfat) istifadəsi ilə həyata keçirilir. Bu texnologiyanın vasitəsilə bu və ya digər orqanın ölçüsü, forma və vəziyyətini, hərəkətlilik səviyyəsi, relyef tipi müəyyənləşdirilir, orqanın selikli qişasının vəziyyəti öyrənilir. Həmçinin, bu müayinə metodilə baş vermiş dəyişikliklər və yaranmış şişləri aşkara çıxarmaq olar. Bu metod o hallarda istifadə olunur ki, daha primitiv müayinə metodları tələb olunan  nəticələri vermir.

 

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.