Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Xroniki enterit
 hekimtap.az

Xroniki enterit

10246
Author: Terapevt Tural Qənbərli

Published: 19.07.2018
HekimTap Pro

Xroniki enterit nədir?

Xroniki enterit – nazik bağırsağın iltihabi-distrofik patologiyası olub, onun həzm, transportor və baryer funksiyasının pozulmsına gətirib çıxaran xəstəlikdir. Simptomatikası yerli (nəcis ifrazının pozulması, meteorizm, qarında ağrılar) və ümumi əlamətlər (izafi yorğunluq, baş ağrıları və başgicəllənməsi, dəri, dırnaq, saç problemləri, endokrinopatiyalar), mübadilə pozuntusu olmaqla iki qrupa bölünür.

Xroniki enteritin yaranma səbəbləri

Xroniki enteriti daha çox mədə-bağırsaq traktını zədələyən infeksiyalar yaradır. Xəstəliyi yaradan səbəblər arasında salmonneloz, şigelloz, stafilokokk infeksiyaları, və s. xüsusi qeyd etmək lazımdır. Burada protozoy və qurd invaziyalarını (aksarid, kriptospor və s.) istisna deyildir.     

Xroniki enteritin simtomları

Patologiyanın əlamətlərini yerli və ümumi olmaqla iki qrupa bölürlər.

Yerli əlamətlərə nəcis ifrazının pozulması, meteorizm, qarında ağrılar; ümumi əlamətlərə isə - bütün mübadilə formalarının pozulması, endokrin çatışmazlıq, digər orqanların zədələnməsi aiddir. Defekasiya zamanı ətraflarda titrəmə, taxikardiya, arterial hipoteniya, yorğunluq hiss oluna bilər.

Sutka ərzində tez-tez (20 dəfədən çox) nəcis ifrazı patologiyanın tipik simptomudur. Defaekasiya çağırışı yeməkdən dərhal sonra baş verir, nəcis kütlələrinin həcmi artır.

Nəcis kükütlələri duru olur, daxilində həzm olunmamış qida qırıntıları müşahidə edilir.

Meteorizm qarının köpməsi və ağrılarla müşayiət olunur. Bu ağrılar defikasiya və qaz ayrılması zamanı keçir.

Xroniki enteritin ümumi əlamətləri adətən, ortra ağır və ağır gedişat zamanı üzə çıxır, onlar isə həzm prosesi və qida maddələrinin nazik bağırsaqda sorulması pozuntusu fonunda yaranır. 

Xroniki enterit zamanı, həmçinin, piy, zülal, vitamin, mikroelemnet mübadiləsinin pozuntusu qeydə alınır. 

Xroniki enteritə xas olan xüsusiyyətlərdən biri də mineral, su-duz və elektrolit mübadiləsinin pozulmasıdır. Bundan başqa, ayrı-ayrı vitaminlərin (C, B12, B1, B2, PP, A,K,D) sourulması zəifləyir.

Xroniki enteritin diaqnostikası

Xroniki enteritin diaqnozu kompleks laborator və instrumental müayinə əsasında aparılır.

Qan analizlərində anemiya əlamətləri, zülal, elektolit, mikroelement və hormonların səviyyəsinin aşağı düşməsi qeydə alınır.

Nazik bağırsağın motorikası kontrast rentgenoloji müayinə, USM, qarın boşluğu orqanların ümumi rengenoqrafiyası vasitəsilə müayinə olunur, mədənin rengenoqrafiyası differensilal diaqnostikasını və mədə-bağırsaq traktının yanaşı gedən xəstəliklərini aşkar etmək məqsədilə həyata keçirilir.

Xroniki enteritin müalicəsi

Xroniki enteritin müalicəsi qastroenteroloq tərəfindən aparılır. Bu patologiyanın kəskinləşməsi uzunmüdətliyi və ağır gedişatı ilə fəqlənir. Ona görə də bütün pasiyentlərə müalicə rejimi və xüsusi dietalar təyin edilir. Qida kimyəvi, termik və mexaniki baxımdan yumşaq, qida maddələri, vitamin və mikroelementlərlə zəngin olmalıdır.

Medikamentoz preparatlardan infeksion agenrləri eradikasiya edən, bağırsaqların mikroflorasını normallaşdıran, absorbsiyaedici vasitələr təyin olunur. Zərurət yaranarsa, mədə şirəsi və pankreatik fermentlərdən, bağırsaqların motorikasını normallaşdıran vasitələrdən istifadə edilir.

Simptomatik müalicə özündə mübadilə pozuntusu, vitaminoterapiya, əvəzləyici hormonal terapiya, immunomodulyatorları birləşdirir. Xroniki eneterit zamanı müalicəvi otlar və mineral sular, sanator-kurort tədbirlər və fizioterapiya göstərişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az