Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Xarici cinsiyyət orqanlarının gigiyenası
 hekimtap.az

Xarici cinsiyyət orqanlarının gigiyenası

1996
Author: Mama-ginekoloq Aygün Ağayeva

Published: 31.03.2018
HekimTap Pro

Xarici cinsiyyət orqanlarının gigiyenası nədir?

Ginekoloji müayinəyə gələn xanımlara baxış zamanı müəyyən olunub ki, xanımlar gigiyena qaydalarına heç də hər zaman düzgün əməl etmirlər. Bəli, bizim xanımlarımız çox təmizkardırlar. Lakin təmizkarlıq həddini aşanda müəyyən problemlərə yol aça bilər.

Xarici cinsiyyət orqanlarının gigiyenası bu orqanların təmizliyinin saxlanma qaydası deməkdir. Gigiyenanın başlıca şərti yuyunmadır. Buraya yalnız xarici cinsiyyət orqanlarının yuyulması daxildir.

Xarici cinsiyyət orqanlarının gigiyenasında bunlara diqqət yetirilməlidir

Xarici cinsiyyət orqanlarının yuyulması zamanı isti sudan istifadə etmək tövsiyə olunmur. Çünki bu, həm dərini, həm selikli qişanı qurudur.

Həmin quruma nəticəsində çatlar, qızartılar, qaşınmalar yarana bilər ki, bu da cinsi aktın çətinləşməsinə və digər narahatlıqlara səbəb olur. Ona görə də otaq temperaturunda olan sudan istifadə etmək məsləhətdir.

Bəzən xanımlar təsərrüfat sabunundan istifadə edərək, onun vasitəsilə bakteriyaları məhv etdiklərini düşünürlər ki, bu da yolverilməzdir. Çünki bu vasitə də normdan artıq quruluq yaradır.

Xanımların gigiyena qaydalarını yerinə yetirərkən yol verdikləri daha bir yanlışlıq uşaqlıq yolunu daxildən yumalarıdır. Buna qətiyyən yol vermək olmaz. Çünkü bununla uşaqlıq yolunun Ph-nın və mikroflorasının dəyişməsi baş verir ki, bu da gələcəkdə ciddi problemlər yaradır.

Əgər uşaqlıq yolunda problem varsa – normadan artıq ifrazat, qaşınma, göynəmə, pis qoxu və s. xanımlar ginekoloq müayinəsinə getməli və lazım olan analizləri verməlidirlər. Problem olarsa, həkim müvafiq təyinat verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.