Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Uşaqlarda rozeola infeksiyası
 hekimtap.az

Uşaqlarda rozeola infeksiyası

13779
Author: Pediatr Xəyalə Quliyeva

Published: 05.04.2018
HekimTap Pro

Rozeola infeksiyası nədir?

Rozeola xüsusi virus tərəfindən törədilən kəskin virus uşaq infeksiyasıdır. Özünü başqa simptomlar olmadan, üç günlük qızdırma ilə büruzə verir. Temperatur normallaşdıqdan sonra qızılcaya bənzər səpkilər yaranır.

Uşaqlarda rozeola infeksiyasının yaranma səbəbləri

Rozeola 6-cı tip herpes virusu tərəfindən törədilir və adətən 6 aydan 3-4 yaşadək uşaqlarda təsadüf edilir. Bu infeksiyaya daha çox bir yaşa qədər uşaqlar yoluxurlar.

5 yaşdan yuxarı uşaqlarda rozeolaya demək olar ki, rast gəlinmir. Əvvəllər o, əksər hallarda qızılca kimi qəbul edilir, nəticədə gələcəkdə qızılcaya qarşı normal peyvənd olunmurdu.

Əksər hallarda rozeolaya xəstəlik kimi diaqnoz qoyulmur və onu tez-tez dərman preparatlarına allergik səpki kimi dəyərləndirirlər.

Uşaqlarda rozeola infeksiyasının simptomları

Rozeola temperaturun kəskin qalxması ilə özünü büruzə verir. Bədən hərarəti bəzən 39 C və daha yuxarı ola bilir. Əksər hallarda qızdırma infeksiya ilə deyil, dişlərin çıxması ilə əlaqələndirilir. Qızdırmanın əsas xüsusiyyəti onun uzunmüddətli olmasıdır – o, demək olar ki, 3 sutka aşağı enmir və qızdırma əleyhinə preparatlara az reaksiya verir. Xəstəliyin 4-cü sutkasında qızdırma normallaşır və demək olar ki, bununla eyni zamanda dəridə səpkilər yaranır.   

Səpkilər açıq-çəhrayı rəngdə olub, ölçüləri 3-5 mm çatır. Onlar kürək və qarın nahiyəsinə yayılır, əllər, ayaqlar və üzdə olmur.   

Səpkilər iki həftədən çox qalmır, iz qoymadan çəkilir, nadir hallarda qabıqlama verir. Qızdırma və səpki zamanı uşaqlar yuxulu, ərköyün ola bilir, iştahaları pisləşir.

Rozeola infeksiyasının diaqnostikası

Differensial diaqnostika qızılca və allergiya ilə aparılır. Belə ki, 3 günlük qızdırma periodunda uşaqlara çox miqdarda dərman preparatları verilir, bu da allergiya yarada bilir.   

Rozeolanı bütün digər xəstəliklərdən fərqləndirən cəhətləri bunlardır:
 – Səpkilər qızdırmadan 3 gün sonra yaranır (qızdırmanın düşmə fonunda);
 – Səpkilər göynəmə vermir;
 – Səpkilər üzdə olmur.

Uşaqlarda rozeola infeksiyasının müalicəsi

Rozeolanın müalicəsi ilə həkim-pediatr məşğul olur, uşaqların müalicəsi adətən evdə aparılır, kəskin respirator virus infeksiyasının müalicə prinsiplərinə əməl olunur.

İlıq içkilər verməklə maye qəbulunu artırmaq vacibdir. Bu məqsədlə limonlu çay və ya çobanyastığı dəmləməsi istifadə etmək olar. Yüksək hərarət zamanı qızdırma əleyhinə preparatlar, bədənin nəm qubka ilə silinməsi, uşağa nazik paltar geyindirmək göstərişdir.

Yüksək qızdırma fonunda febril qıcolmalar müşahidə edilərsə, təcili yardım çağırılmalıdır.                   

 Rozeola infeksiyasının müalicəsində, həmçinin, vitamin preparatları, buruna interferon damcıları və viburkol şamları da göstərişdir. Səpkilər yaranarsa, əlavə dərmanlara ehtiyac yoxdur.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.