Uşaqlarda allergik rinit
Allergik rinit allergik mənşəli zökəm olub, ən geniş yayılmış xəstəliklərdən biridir. Bu xəstəliyə istənilən yaşda həm kişilər, həm də qadınlar tutula bilər. Lakin uşaqlar allergik rinitə qarşı daha həssasdırlar.
Allergiyanın nəticəsi olan rinit uşağın aktivliyinin aşağı düşməsinə, dəyişkən əhval-ruhiyyəyə və yuxu pozuntusuna səbəb ola bilər. Allergik rinit zamanı burun selikli qişasının iltihabı göynəmə və asqirmaya, burun tənəffüsündə problemlər və burunda axıntılara səbəb olur.
Uşağın yaşından asılı olaraq, allergik reaksiya tərəfindən törədilən rinit aşağıdakı səbələrdən inkişaf edə bilər:
– Südəmər və erkən yaş dövrü. Allergiya daha çox dərman preparatları, inək südü komponentlərinə, südlü uşaq qidalarına, toyuq yumurtasına və s. cavab reaksiyası kimi inkişaf edə bilər.
– Məktəbəqədər və məktəb yaşlı uşaqlar. Bu yaş qrupuna aid uşaqlarda rinit havadan daxil olan maddələr sayəsində yaranır:bitkilərin tozcuq və ya sporları və s.
Allergik rinitin aşağıdakı növləri var:
1. Mövsümi: Bu rinit hər il eyni aylarda özünü göstərir. Mövsümi rinitə burun tənəffüsünün pozuntusu, tez-tez asqırma, burundan seliyin çox miqdarda ifrazı, burunda göynəmə və yanma hissləri xarakterikdir.
2. İl boyu davam edən rinit. İl boyu davam edən rinit diaqnozu o zaman qoyulur ki, o, özünü 9 aydan çox və gündəlik olaraq, özünü ən azı iki saatdan bir göstərir. Bu vəziyyət selik ifrazlı zökəm, burun və gözlərdə yanma hissi, bəzən isə öskürəklə müşayiət edilir.
Uşaq allergiyasının müalicəsi kompleks yanaşma tələb edir. Bir qayda olaraq, buraya allergenlərin müəyyən edilməsi və onlarla kontaktın aradan qalıdıralması, immunoterapiya, medikomentoz terapiya və sağlam həyat tərzi aiddir.
Allergik reaksiya tərəfindən törədilən allergiya və zökəmin qarşısını almaq üçün düzgün qidalanmaya xüsusi diqqət yetirmək vacibdir (ana südünün ən azı 6 ay verilməsi, erkən qidalanmadan imtina etmək, rasiondan yüksək allergenli məhsulların çıxarılması).
Gigiyenik prosedurlar üçün (uşağın otağının təmizlənməsi, paltarlarının yuyulması və s.) hipoallergen maddələrdən istifadə etmək lazımdır.
Uşaq paltarları və yataq dəstləri seçərkən təbii parçalara üstünlür vermək lazımdır.
Uşağın səhhətinin ümumi göstəricilərinin yaxşılaşdırılması – bu çox vacib mərhələdir, belə ki, tez-tez baş verən kəskin respirator xəstəliklər və soyuqdəymə allergik reaksiyaların inkişafını əhəmiyyətli dərəcədə artırır.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az