Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Uşaqlarda sistit xəstəliyi
 hekimtap.az

Uşaqlarda sistit xəstəliyi

20138
Author: Allerqoloq -Pediatr 050 863 66 88

Published: 27.03.2018
HekimTap Pro

Uşaqlarda sistit xəstəliyi nədir?

Sistit sidik kisəsinin iltihabi prosesidir. Oğlan uşaqları ilə müqayisədə qızlarda daha çox rast gəlinir. Bu da anatomik quruluşla əlaqədardır. Qızlarda sidik kanalı oğlanlara nisbətən daha qısadır. Ona görə də sidik kanalında olan hər hansı bir infeksion proses sidik kisəsinə daha tez yayılır.

Çox vaxt valideynlər bunu ciddi qəbul etməyib, soyuqdəymə kimi qəbul edirlər. Əgər xəstəlik vaxtında müalicə olunmazsa bu, pielonefritlə nəticələnə və ya xroniki sistitə gətirib çıxara bilər.  

Uşaqlarda sistit xəstəliyini əmələ gəlmə səbəbləri

Xəstəliyin əmələ gəlməsinə səbəb daha çox infeksion xəstəliklər, bakterial infeksiyalar, göbələk xəstəlikləri, bağırsaq çöpləri və gigiyena qaydalarına düzgün əməl edilməməsi ola bilər.

Uşaqlarda sistit xəstəliyinin simptomları

Xəstəliyin əsas simptomları tez-tez sidiyə getmək, sidiyə gedərkən ağrı və yanğı hissləri, sidiyin xoşagəlməz iyli olması, sidiyin bulanıq, selikli olması, temperatur, qarının aşağı nahiyələrində ağrılardır. Bəzi hallarda xəstəlik özünü qusma ilə də biruzə verir.

Uşaqlarda sistit xəstəliyinin diaqnostikası

Sistitin diaqnostikası üçün əvvəlcə sidiyin ümumi analizi verilir, sidiyin “əkilməsi” həyata keçirilir və böyrəklərin ultrasəs müayinəsi aparılır.

Uşaqlarda sistit xəstəliyinin müalicə metodları

Müalicə, əsasən, antibiotiklərlə aparılır. Pasiyentə bol maye verilir.

Uşaqlarda sistit xəstəliyinin profilaktikası

Gigiyena qaydalarına düzgün əməl etmək sistitin əsas profilaktikasıdır. Hər nəcis və hər sidik ifrazından sonra sidik-cinsiyyət sistemi mütləq təmiz yuyulmalıdır. Yuyulmanı sabunla etmək o qədər də vacib deyil. Sabunla yumanı gecə yuxusundan əvvəl həyata keçirmək yetərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az