Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Qaraciyər yağlanması
 hekimtap.az

Qaraciyər yağlanması

5596
Author: Terapevt Gülnar Quliyeva

Published: 30.03.2018
HekimTap Pro

Qaraciyər yağlanması nədir?

Normada qaraciyərin bütün hüceyrələrində cüzi miqdarda lipidlər və yağlar var. Bunların miqdarı normadan artıq olarsa, qaraciyərdə yağlanma adlanan bir durum yaranır. Əgər qaraciyər hüceyrələrinin 5-10%-dən artığı yağlanırsa, qaraciyər yağlanması diaqnozu qoyula bilər. Yağ lipidlərinin miqdarı qaraciyər hüceyrələrinin içərisində artdıqca, hüceyrələr zədələnir, qaraciyərdə müəyyən iltihabi reaksiyalar gedir, nəticədə qaraciyərin fibrozu, qaraciyər serrozu, qaraciyər xərçəngi, qaraciyər çatışmazlığı kimi ağır xəstəliklər yarana bilər.

Qara ciyər yağlanmasının yaranma səbəbləri

Qaraciyər yağlanması piylənmədən əziyyət çəkən, qanda lipidlərin, xolesterinin normadan artıq olan, metobolik sindromlu xəstələrdə, şəkərli diabet xəstələrində, hipodinamiyada olan insanlarda daha çox rast gəlinir.

Bəzi dərman preparatlarını uzun müddət qəbul edən, davamlı olaraq parenteral qidalanan şəxslərdə də qaraciyər yağlanması qeydə alına bilər.

Qara ciyər yağlanmasının simptomları

Qara ciyər yağlanması ilkin mərhələdə simptomsuz olur. Bu xəstəlik çox zaman təsadüfi müayinələr nəticəsində ortaya çıxır (ultrasəs və ya kompüter tomoqrafiyası zamanı). Lakin yağlanmanın dərəcəsi artdıqca, qara ciyərin ölçüləri böyüdükcə, onun üzərindəki qlisson kapsulu gərilir və piylənmənin axırıncı mərhələlərində sağ qabırğaaltı nahiyədə ağırlıq hissi, ağrı və köpmə hissləri yaranır. Ona görə də mütləq check-up müayinələrindən keçmək lazımdır ki, qaraciyər yağlanması erkən aşkarlansın və müalicə olunsun.

Qara ciyər yağlanmasında diaqnozun qoyulması

Qaraciyər yağlanması əvvəlcə ultrasəs müayinəsi vasitəsilə təsbit olunur. Qanda qaraciyər enzimlərinin miqdarına diqqət yetirilir, enzimlərdə dəyişiklik varsa, diaqnozun qoyulması üçün “qızıl standart” sayılan qaraciyərin biopsiyası təyin edilir.

Qara ciyər yağlanmasının müalicə metodları

Qara ciyər piylənməsindən əziyyət çəkən insanlar ilk növbədə, həyat tərzlərini dəyişməli, fiziki aktivliklərini artırmalıdırlar. Qaraciyər yağlanması əleyhinə kifayət qədər dərman preparatları kəşf olunub, lakin onların heç biri çəki atmaq qədər effektli deyil.

Karbohidrat və şəkər qəbulunu məhdudlaşdırıb, meyvə-tərəvəz qəbuluna üstünlük vermək tövsiyə olunur.

 

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.