Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Qadınlarda xlamidioz xəstəliyi
 hekimtap.az

Qadınlarda xlamidioz xəstəliyi

4805
Author: Mama-ginekoloq Aygün Ağayeva

Published: 04.06.2018
HekimTap Pro

Qadınlarda xlamidioz xəstəliyi barədə ümumi məlumat

Xlamidioz təhlükəli, geniş yayılmış, infeksiya mənşəli xəstəlikdir. Bu xəstəliyə müxtəlif yaşlı həm kişi, həm də qadınlar yoluxa bilər. Xəstəliyə yoluxma riski gənclərdə daha yüksəkdir, çünki bu infeksiya əksər hallarda cinsi yolla keçir.    

Xlamidioz qadınlar üçün daha təhlükəlidir. Ən pisi odur ki, əksər qadınlar bu infeksiyanın daşıyıcısı olduqlarından xəbərsizdirlər, çünki, xəstəlik adətən simptomsuz gedişata malik olur. Xəstəliyə yoluxma hallarının  dəqiq statistikası məlum olmasa da, onun digər dəri-zöhrəvi xəstəliklərindən daha geniş yayıldığı faktdır. 

Müxtəlif  hesablamalara görə, bu xəstəlikdən əziyyət çəkən qadınların sayı 8-10% arasında dəyişir. Bütün Yer üzündə bu xastəliyə yoluxmuş qadınların sayı isə 1 milyarda yaxındır. Ona görə də xlamidioza yoluxma riski çox yüksəkdir.

Qadınlarda xlamidioz xəstəliyinin simptomları

Xlamidioza yoluxmuş qadınlarda xəstəliyin simptomları özünü çox zəif büruzə verir ya da, ümumiyyətlə, simptom vermir. Bu xüsusiyyət kişilərdən çox, qadınlara aiddir.   

Qadınlarda xlamidiozun əlamətlərin biri kimi, bədən hərarətinin yüksəlməsini  (+37-37.5C) göstərmək olar. Bu, adətən yoluxmadan az müddət sonra baş verir, yorğunluq və ya zəiflik müşahidə edilə bilər. Lakin daha sonra temperatur normal göstəricilərə qayıda bilər.

Xlamidioz simtomları sidik-cinsiyyət sisteminin vəziyyəti ilə sıx əlaqədardır. Xlamidioz qadınlarda hər şeydən əvvəl onların selikli qişalarını zədələyir. Ona görə də qadınlarda xlamidioz özünü dolayısı ilə uşaqlıq boynu, uşaqlıq boruları, endometriyanın iltihabı, uretrit, sistit və ya kolpit şəklində göstərə bilər. Xlamidioz, həmçinin, qarın boşluğunda birləşmələrin yaranmasına səbəb ola bilər ki, bu da sonsuzluqla nəticələn bilər.

Xlamidiozun digər əlamətləri aşağıdakılardır:
 – Qarının aşağı nahiyəsində çox da möhkəm olmayan ağrılar;
 – Sidik ifrazı zamanı göynəmə, yanma, kəsilmə hissi;
 – Cinsi orqanlar nahiyəsində izafi nəmişlik hissi;
 – Tez-tez sidiyə getmə, menstrual tsiklin pozulması, beldə ağrılar.  

Təəssüf ki,bir çox qadınlar bu simptomlara etinasız yanaşır və onları hansısa başqa səbəblərlə izah edirlər.

Qadınlarda xlamidiozun əsas simtomlarından biri də cinsiyyət orqanlarında qeyri-adi axıntıların əmələ gəlməsidir. Xlamidioz zamanı bu axıntılar anomal görünüşə, ağ və ya sarı rəngə, irinli seliyə və xoşagəlməz qoxuya malik olur.

Qadınlarda xlamidiozun diaqnostikası

Xlamidiozun yuxarıda sadalanan əlamətlərinə əsasən, şübhə yaranarsa mütləq həkimə müraciət etmək lazımdır.  İnfeksiyanı müəyyənləşdirmək üçün bir neçə dioqnastik tədbir görülür. Əvvəlcə, ginekoloq vizual müayinə aparır. O, Infeksion xəstəliklərə xas olan cinsiyyət orqanların selikli qişasındakı zədələnmələri, uşaqlıq boynu patologiyalarını müəyyənləşdirir.   

Həmçinin, xəstədən anamnez toplanır, onda əvvəllər ginekoloji problemlərin olub-olmaması müəyənləşdirilir.

Xlamidiozdan şübhələnməyə əsas verən bir neçə xəstəlik mövcuddur:
 – Sonsuzluq (bir və ya bir neçə il ərzində);
 – Servisit;
 – Hamiləliyin ağırlaşması (su çoxluğu, dölün inkişafında ləngimə, düşük təhlükəsi).

Qadınlarda xlamidiozun müalicəsi

Qadınlarda xlamidiozun müalicə etmək məqsədilə çoxlu üsullar işlənib hazırlanmışdır. Qadınlıarın əksəriyyətində xlamidiozun əsas müalicəsi kompleks şəkildə aparılır. Əsas terapiya antibiotiklər vasitəsilə həyata keçirilir. Xoşbəxtlikdən xlamidiya antibiotiklərə qarşı çox həssasdır. Bundan başqa, qadınlarda xlamidiozu müalicə edərkən preparatın düzgün seçiminə, dozasına, pasiyentin immun vəziyyətinə diqqət yetirilməlidir.  

Qadınlarda xlamidiya infeksiyasını antibiotiklə özbaşına müalicəsi qəti yolverilməzdir. Əks halda, xəstə qadının vəziyyəti pisləşə, problem xroniki gedişat ala bilər, bu isə müalicə tədbirlərini xeyli çətinləşdirir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az