Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Perikardit
 hekimtap.az

Perikardit

2658
Author: Kardioloq İslam Əzizov

Published: 19.07.2018
HekimTap Pro

Perikardit nədir?

Perikardit – ürəyi digər orqanlardan ayıran üst örtüyünün iltihabıdır. Perikard alt və üst olmaqla iki təbəqədən ibarətdir. Normalda onların arasında az miqdarda maye olur. Bu maye onların ürək döyünərkən yerdəyişməsinə şərait yaradır.

Perikardın iltihabı müxtəlif səbəblərdən yarana bilər. Çox vaxt bu xəstəlik ikincili səbəbdən, yəni digər xəstəliklərin ağırlaşması fonunda yaranır. Perikarditin simptom və müalicəsi ilə fərqlənən bir neçə forması var. Xəstəliyin simtomlarını özünü müxtəlif cür büruzə var.

Perikarditin yaranma səbəbləri

Perikardit həm infeksion, həm də qeyri-infeksion xəstəliklər fonunda yarana bilər. Bəzən etiologiyası məlum olmayan perikarditlərə də rast gəlinir - onlar idiopatik perikardit adlanır.

Perikardit aşağıdakı səbəblərdən yarana bilər:

  • Revmatizm
  • Vərəm
  • Bakterial infeksiyalar: kokklar (pnevmaniya və sepsis zamanı) və spesefik infeksiyalar (dizenteriya, brüsselioz, sibir xorası, tulyaromiya və s.);
  • Göbələklər;
  • Viruslar (qrip, Koksaki)
  • Rikketsiyalar.

Perikarditin simptomları

Ürək nahiyəsində zəif baticı və ya güclü ağrılar. Bəzən bu ağrılar infarkta səbəb ola bilir. Ağrılar cırmaqlayıcı, yanğ hissi yaradan və s. ola bilər. Onlar qısa müddətdən bir təkrarlana və ya uzunmüddətli ola bilər. Bu ağrılar nitroqliserinlə aradan qalxmır, öskürək, asqıraq, dərin nəfəs aldıqda, həmçinin döş qəfəsini əl və ya hər hansı əşya ilə sıxdıqda şiddətlənir.  

Bəzən ağrı qarın boşluğu nahiyəsinə irradiasiya edir. Diafraqmal sinirin qıcıqlanması zamanı hıçqırma və qusma müşahidə oluna bilər. Xəstəlik adətən, tərləmə, bədən hərarətinin 37.5-38 C-dək yüksəlməsi ilə müşayiət edilir. Təngənəfəslik adən, ifadə olunmuş deyil.

Ürəyin auskultusiyası zamanı perikardın sürtülməsi səbəbindən yaranan və qar xışıltısına bənzər küy qeydə alınır. Bu küy dəyişkən olur və ürək döyüntüsünün müxtəlif fazalarında eşidilir, döş qəfəsini fonendoskopla sıxdıqda döyündü güclənir.  

Perikarditin diaqnostikası

Perikarditin diaqnostikası üçün ən azı aşağıdakı müayinələr aparılmalıdır:

  • Qan və sidiyin ümumi analizləri;
  • Qanın biokimyəvi analizi;
  • Qanın LE-hüceyrələri müayinəsi;
  • EKQ;
  • Exokardioqrafiya;
  • Ürək və döş qəfəsinin digər orqanlarının rentgenoloji müayinəsi.

Perikarditin müalicəsi

Perikarditin müalicısinə bunlar aiddir:

  • Rejim;
  • Etiotrop terapiya;
  • İltihabəleyhinə qeyri-steroid qlükokortikosteroid preparatların tətbiqi;
  • Cərrahi müalicə.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az