Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Kolpit
 hekimtap.az

Kolpit

4975
Author: Mama-ginekoloq Tatyana Çerenkova

Published: 27.06.2018
HekimTap Pro

Kolpit nədir?

Kolpit müstəsna olaraq, qadınlarda rast gəlinən və geniş yayılmış cinsiyyət orqanları xəstəliyidir. O, intim nahiyəni, daha dəqiq desək, uşaqlıq yolunu zədələyir.  Statistikaya görə, qadınların 60%-i bu və ya digər formada kolpit xəstəliyindən (ginekologiyada digər adı “vaginit”dir) əziyyət çəkib. Beləliklə, kolpiti ginekoloji xəstəliklər arasında ən geniş yayılmışı saymaq olar.   

Xəstəlik necə yaranır?

Əslində hər şey çox sadədir. Uşaqlıq yolunun daxili səthi kifayət qədər dərin və nəmişdir, ətraf mühitdən heç nə ilə təcrid olumayıb. Beləliklə, uşaqlıq yolu xəstəlik törədən mikroorqanizmlər üçün ideal mühitdir.     

Kolpit yaradan bakteriyalar

Kolpiti aşağıdakı bakteriyalar törədir:

  • Streptokokklar
  • Stafilokokklar
  • Bağırsaq çöpü
  • Mikoplazmalar
  • Qardnerella

Bəzən kolpit virus infeksiyasından da yarana bilir. Əksər hallarda virus kolpitlərini herpes virusu yaradır. Nadir hallarda selikli qişanı sitomeqalovirus və ya pappiloma virusu zədələyir.

Kolpit – yaranma səbələri

Uşaqlıq yolunda faydalı mikroflora sayının azalması onun mövcudluğu üçün əlverişli mühitin pozulması ilə əlaqədardır.  Bu pozuntular bir çox faktorların təsirindən yarana bilər:

  • Kiçik çanaq nahiyəsində qan dövranının pisləşməsi;
  • Hormonal fonun dəyişməsi;
  • Qadının orqanizmində vitamin və mikroelement çatışmazlığı;
  • Aqressiv mikroorqanizmlərin daxil olması;
  • Allergik reaksiyalar;
  • Uşaqlıq yolu səthinin travmaları (cinsi akt və ya ginekoloji alətlərin yanlış daxil edilməsi);
  • Selikli qişa toxumalarında qan dövranının pozulması;
  • Kütləvi qanaxmalar (doğuşdan və ya abortdan sonra).

Kolpit – simptomları

Xəstəliyin əsas əlamətləri uşaqlıq yolundan anomal axıntıların gəlməsi, göynəmə və yanma hissidir. Vaginit zamanı ağrılara nadir hallarda rast gəlinir. Cinsiyyət orqanları nahiyəsində xoşagəlməz hisslər menstruasiya, sidik ifrazı, fiziki aktivlik, cinsi akt zamanı arta bilər. Atrofik kolpit göynəmə və yanma hissi quruluqla müşayiət edilə bilər.

Kolpit – diaqnostikası

Kolpitin diaqnostikası üçün müxtəlif vasitələr tətbiq olunur. Onlardan ən başlıcası uşaqlıq yolundan yaxmanın götürülməsidir. Onun əsasında bakterialoji analiz aparılır ki, bunun da sayəsində toxumaların zdələnmə xarakteri müəyyənləşdirilir (adətən, atrofik variantda tətbiq edilir).   

Bundan başqa, xüsusi güzgülərlə ginekoli müayinə aparıla bilər. Əgər adi ginekoloji müayinə kifayət etməzsə, kolposkopiya (uşaqlıq yolunun xüsusi optik ləvazimatlarla – kolposkoplarla müayinəsi) aparılır.

Həmçinin, qanın və sidiyin ümumi, biokimyəvi analizləri, qanın hormonal analizi də vacibdir.

Kolpit – müalicəsi

Kolpitin müalicəsi, əsasən, medikamentoz yolla aparılır. Onların tərkibində antibakterial və göbələk əleyhinə preparatlar vardır ki, xəstəlik törədicilərini məhv edir. Bu preparatlar həm tablet, həm də yerli formada tətbiq oluna bilər. Həmçinin, dərman məhlulunda isladılmış tamponlardan da yararlanmaq olar. Uşaqlıq yolunun yuyulması üçün xlorqesidin məhlullarından istifadə edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az