Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Kəskin xolesistit
 hekimtap.az

Kəskin xolesistit

6795
Author: Terapevt Tural Qənbərli

Published: 18.09.2018
HekimTap Pro

Kəskin xolesistit nədir?

Kəskin xolesistit – öd kisəsinin iltihabıdır. Bu zaman öd axınının qəfil pozulması nəticəsində öd axarlarının  blokadası baş verir. Xolesistit zamanı həmçinin, öd kisəsi divarının patoloji destruksiyası da inkişaf edə bilər.

Əksər hallarda (85-95%) kəskin xolesistitin yaranması konkrementlərlə (daşların) əlaqədardır, yarıdan çox hallarda (60%) patologiyanın ortaya çıxmasına səbəb ödün bakterial (bağırsaq çöpləri, kokklar, salmonella) yoluxmasıdır. Kəskin xolesistitin simptomatikası bir dəfə yaranır, inkişaf edir və adekvat müalicə zamanı aradan qalxır, ifadə olunmuş fəsadlara səbəb olmur.

Kəskin xolesistitin yaranma səbəbləri

Kəskin xolesistitin yaranma səbəbləri aşağıdakılardır:

  • Öd kisəsi divarlarının daşlarla zədələnməsi, öd yollarının daşlarla tıxanması (kalkulyoz xolesistit);
  • Ödün bakterial floraya yoluxması, infeksiyanın inkişaf etməsi (bakterial xolesistit);
  • Mədəaltı fermentlərin öd kisəsinə düşməsi (fermentativ xolesistit).

Kəskin xolesistitin simtomları

Kəskin xolesistitin əsas əlaməti öd sancılarıdır – sağ qabırğa altında, qarının yuxarı hissəsində ifadə olunmuş ağrılar. Ağrı kürəyin sağ tərəfinə irradiasiya edə bilər. Nadir hallarda irradiasiya bədinin  sol tərəfinə verir.

Spirtli içkilərin qəbulu, acı, yağlı qidalar, güclü stess kəskin xolesistitin əmələ gəlməsinə təkan verir.

Ağrı sindromundan başqa, kəskin xolesistit öyümə (hətta ödlü qusma), subfebril temperaturla müşayiət oluna bilər.

Kəskin xolesistitin ağırlaşmaları

Əksər hallarda kəskin xolesistitin ağırlaşmaları  infeksiyaların inkişafı nəticəsində baş verir. Buraya öd kisəsinin empieması (irinli iltihab) və emfizema (köp), sepsis (infeksiyanın generalizə olunması), qarın boşluğunun iltihabını (peritonit) və s. aid etmək olar.

Kəskin xolesistitin müalicəsi

Kəskin xolesistitin ilkin diaqnostikası zamanı daşlar üzə çıxmazsa, gedişat ağır olmazsa, irinli ağırlaşmalar qeydə alınmazsa, müalicə qastroenteroloqun nəzarəti altında konservativ yolla həyata keçirilir.

Bakterial floranın dəf edilməsi və ödün infeksiyalaşmasının profilaktikası məqsədilə antibiotiklər tətbiq olunur, ağrı sindromu və öd yollarının genişləndirilməsi üçün spazmalitiklərdən, orqanizmin ifadə olunmuş intoksikasiyası zamanı isə dezintoksikasiya terapiyasından istifadə edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az