Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Ağciyərlərin xroniki obstruktiv xəstəliyi
 hekimtap.az

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi

4738
Author: Terapevt Tural Qənbərli

Published: 11.05.2018
HekimTap Pro

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) insanın tənəffüsünü çətinləşdirən ağciyər xəstəliyidir. Bu, ağciyərlərin bir qayda olaraq, siqaret çəkmək səbəbindən zədələnməsi ilə səciyyələnir.

AXOX adətən iki cür inkişaf edir:

1. Bronxitik forma. Xroniki bronxit zamanı havanın ağciyərlərə daxil olduğu tənəffüs yolları (bronxlar) iltihab vəziyyətində olur və daim çoxlu selik ifraz edir. Əgər xəstə 3 ay davamlı öskürürsə və bu, ildə 3 dəfə təkrarlanırsa, artıq xroniki bronxit demək olar. Bu zaman bronxların divarları qalınlaşır, bu da tənəffüs yollarının daralmasına (obstruksiyasına) səbəb ola bilər. Belə vəziyyətdə insan çox çətinliklə nəfəs alır.  

2. Emfizematoz forma. Emfizema zamanı alveolların divarları zədələnir və elastikliyini itirir. Nəticədə ağciyərlərin qan və udulan hava arasındakı qaz mübadiləsi (oksigen və karbon) üçün faydalı sahəsi azalır. Oksigenin qana kifayət qədər daxil olmaması nəticəsində təngənəfəslik yaranır, insan hava çatışmazlığı hiss edir.  Xəstəliyin bu forması üçün xəstələrin arıq olması xarakterikdir.

Zaman keçdikcə AXOX bir qayda olaraq, daha da ağırlaşır. Ağciyər toxumasının artıq başlamış zədələnmə prosesini saxlamaq mümkün deyil. Lakin ağciyərlərdəki alveolların dağılma prosesini ləngitmək üçün tədbirlər görmək, həmçinin AXOX-dən əziyyət çəkən xəstənin vəziyyətini yaxşılaşdırmaq olar.  

AXOX-nin yaranma səbəbləri

Əksər hallarda AXOX-in yaranmasına səbəb siqaret çəkmədir. Uzun illər tütün tüstüsü ilə nəfəs almaq tənəffüs yollarını qıcıqlandırır ağciyər alveollarının elastik liflərini dağıdır. Passiv siqaret çəkmə də çox ziyandır. AXOX-nin yaranmasına digər səbəblər kimi uzun müddət kimyəvi buxarlarlarla, toz və çirklənmiş hava ilə nəfəs almanı da göstərmək olar. Adətən ağciyər liflərinin dağılması prosesinin ilkin əlamətlərinin özünü göstərməsi üçün uzun illər tələb olunur. Ona görəd də AXOX daha çox 60 yaşından yuxarı adamlarda rast gəlinir.

Bundan başqa, AXOX yaranma riski həyatı boyunca çoxsaylı və ciddi ağciyər infeksion xəstəlikləri keçirmiş adamlarda daha yüksəkdir, xüsusən də bu xəstəliklər uşaq yaşlarında keçirilibsə. 30 və ya 40 yaşlarında ağciyərlərin emfizeması diaqnozu qoyulmuş adamlarda alfa-1-antitripsin zülalının irsi anomaliyası ola bilər, lakin xoşbəxtlikdən bu patologiyaya nadir hallarda rast gəlinir.            

AXOX-nin əlamətləri

AXOX özünü, əsasən, aşağıdakı əlamətlərlə büruzə verir:
 – Uzunmüddətli (xroniki) öskürək. Əzab verici öskürək, bəzən olur ki, güclü öskürək nəticəsində xəstələrin qabırğaları sınır.
 – Öskürək zamanı bəlğəm;
​​​​​​​ – Fiziki yüklənmələr zamanı güclənən təngənəfəslik.
​​​​​​​ – İş qabiliyyətinin aşağı düşməsi.

AXOX-nin diaqnostikası

AXOX-nin olub-olmamasını müəyyənləşdirmək üçün pulmonoloq və ya terapevtin konsultasiyasına getmək vacibdir. O, tibbi baxış edəcək və ağciyərlərinizə qulaq asacaq.

Bundan sonra əvvəllər keçirdiyiniz xəstəliklərə dair suallar verəcək. Siqaret çəkdiyinizi və ya ağciyəri zədələyə biləcək digər kimyəvi maddəllərlə təmasda olub-olmadığınızı soruşacaq. 

Daha sonra xarici tənəffüsün funksional qiymətləndirilməsi üçün testlər aparılır (məsələn, spirometriya). Spirometriyanın nəticələri ağciyərlərin nə dərəcədə yaxşı işlədiyini göstərir.   

Bundan başqa, həkim döş qəfəsinin rentgeni və digər testlər təyin edə bilər ki, simptomlara səbəb ola biləcək digər problemləri istisna etsin. AXOX daha çox Bronxial astma ilə müqayisə edilir. Bu isə yuxarıda qeyd etdiyim spirometriya müayinəsinə və xəstənin verdiyi məlumatlara əsasən fərqləndirlir.

AXOX-nin mümkün qədər tez aşkar olunması vacibdir. Belə olan halda ağciyərlərin zədələnmə prosesini ləngitmək üçün tədbirlər görmək mümkündür.

AXOX-nin müalicəsi

AXOX-nin inkişafını ləngitmək üçün ən yaxşı üsul – siqareti tərgitməkdir! Bu, mümkün və ən vacib addımlardan biridir. Siqaret çəkmə müddətindən asılı olmayaraq, bu pis vərdişdən imtina etmək ağciyər dağılmasının qarşısını əhəmiyyətli dərəcədə ala bilər. Müalicə həkimi xəstəliyin simptomlarını yüngülləşdirən və əhvalı yaxşılaşdıran müalicə təyin edir ki, bu da həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Dərmanlar tənəffüsü yüngülləşdirməyə, təngənəfəsliyi aradan qaldırmağa və ya yüngülləşdirməyə kömək edə bilər.

Dərman müalicəsindən başqa, ağciyər xəstəliklərinin reabelitasiya proqramı da mövcuddur ki, bunun sayəsində tutmaları düzgün idarə etməyi öyrənmək olar. Bu proqram üzrə mütəxəssislər xəstələri AXOX zamanı düzgün tənəffüs texnikasına öyrədirlər ki, bunun sayəsində tənəffüsü yüngülləşdirmək mümkündür. Bundan başqa, pasiyentlərə fiziki hərəkətlərin düzgün yerinə yetirilmə və düzgün qidalanma qaydaları tövsiyə edilir.    

Xəstəliyin proqressivləşməsi zamanı bəzi xəstələrə oksigen terapiyası kursları keçmək tövsiyə oluna bilər.    

AXOX-nin profilaktikası

Burada tənəffüs yollarının infeksion xəstəliklərinin profilaktikası xüsusən vacibdir. AXOX-dən əziyyət çəkən adamlar ağciyər infeksiyalarına daha həssasdırlar. Bu cür xəstələrə hər il qripə qarşı peyvənd olunmaq göstərişdir. Bundan başqa, pnevmokokk peyvəndləri tövsiyə olunur ki, onlar AXOX-nin kəskinləşmə tezliyini və pnevmoniyanın yaranma riskini azaldır. Heç nəyə baxmayaraq, peyvəndlənmiş pasiyent pnevmaniya olarsa, xəstəliyin gedişatı xeyli yüngül olur.     

Bundan başqa, ev şəraitində olarkən bəzi qaydalara əməl etmək lazımdır:
​​​​​​​ – Müxtəlif kimyəvi maddələrlə təmasdan qaçmaq;
​​​​​​​ – Evdə kondisioner və ya hava filtri istifadə etmək məsləhətdir;
​​​​​​​ – İş vaxtı fasiləyə çıxmaq vacibdir;
​​​​​​​ – Müntəzəm olaraq fiziki hərəkətlər etmək;
​​​​​​​ – Yaxşı qidalanmaq.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.