Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Ürəyin işemik xəstəliyi
 hekimtap.az

Ürəyin işemik xəstəliyi

7730
Author: Kardioloq Fatimə Qasımova

Published: 18.04.2018
HekimTap Pro

Ürəyin işemik xəstəliyi barədə ümumi məlumat

Ürəyin işemik xəstəliyi (ÜİX) qanın ürək əzələsinə kifayət qədər çatmaması deməkdir.  Ürəyin “aclığından”, bunun davametmə müddətindən və yaranma tezliyindən asılı olaraq, ürəyin işemik xəstəliyini bir neçə formaya bölürlər.    

Ürəyin işemik xəstəliyi dünyada ən geniş yayılmış xəstəliklərdən biri olub və təəssüf ki, dərman preparatlarının köməyi ilə tam müalicəsi mümkün deyil. Buna səbəb odur ki, dərmanlar damarlardakı aterosklerotik düyünləri (piy yığımı) əirdə bilmir.

Damardaxili piy qatları isə illər keçdikcə böyüyür, nəticədə ürəyi oksigen və digər qida maddələri ilə təchiz edən damarların ötürücülük imkanını azalır, bu isə öz növbəsində infarkt riskini artırır. Belə vəziyyət yaranarsa, ağır cərrahi əməliyyata – koronar aortanın şuntlanmasına ehtiyac yaranır.

Ürəyin işemik xəstəliyinin yaranma mexanizmi

Baxmayaraq ki, ürəyin fəaliyyəti orqanizmi qanla təmin etməkdən ibarətdir, onun üzünün də qan təchizatına ehtiyacı var. Ürək əzələsinə (miokard) qan iki arteriya vasitəsilə daxil olur. Bu artyeriyalar tac arteriyalar adlanır (ürəyi tac formasında əhatə etdiyi üçün). Həmin arteriyalar daha kiçik şaxələrə ayrılır və onların hər biri ürəyin ayrı-ayrı hissələrini qidalandırır.

Ürəyə qan daşıyan başqa arteriyalar yoxdur, ona görə də onların hər hansının daralması və ya tutulması zamanı ürək əzələsində oskigen və qida maddələrinin çatışmazlığı yaranır – xəstəlik inkişaf etməyə başlayır.

Hazırda ÜİX-nin yaranmasına əsas səbəb kimi xolesterin hissəciklərinin çöküntüsü və arteriyanın daralması sayəsində baş verən tac arteriyaların aterosklerozu göstərilir. Bunun nəticəsində ürəyi qanla kifayət qədər təchiz olunmur.

Ürəyin işemik xəstəliyini yaradan səbəblər

Ürəyin işemik xəstəliyi bir sıra səbəblərdən yarana bilər. Onlardan əsasları aşağıdakılardır:
 – Arterial təzyiq;
 – Hipodinamiya (az hərəkətlilik);
 – Siqaret çəkmə;
 – Artıq çəki problemi;
 – Şəkərli diabet;
 – İrsi faktor;
 – Keyfiyyətsiz qida məhsullarının qəbulu Psixoemosional gərginlik;

Ürəyin işemik xəstəliyinin əlamətləri

Ürəyin işemik xəstəliyi zamanı ürək fəaliyyətinin pozulması əlamətləri üzə çıxır – ürək nahiyəsində ağrılar, ürək döyüntüsü ritminin pozuntusu, elektrokardioqarammada dəyişikliklər.

Nəzərə almaq lazımdır ki, ürəyin işemik xəstəliyi çox ləng inkişaf edən bir patologiyadır. Ona görə də xəstəliyi ilkin mərhələlərdə aşkar etmək vacibdir.

Ürəyin işemik xəstəliyinin vacib diaqnostik əlamətlərindən biri də yeriş, müəyyən fiziki yüklənmədən sonra döş qəfəsi və kürək nahiyəsində rahatsızlığın yaranması, bu yüklənməni dayandırdıqdan sonra isə əlamətlərin keçib getməsidir. Stenokardiyanın səciyyəvi xüsusiyyətlərindən biri də nitroqliserin qəbulundan sonra xoşagəlməz hisslərin yoxa çıxmasıdır.

Ürəyin işemik xəstəliyinin müalicəsi

Müasir texnologiyaların inkişafı müalicə metodlarının mükəmməlşməsinə şərait yaradıb, lakin onun başlıca prinsipi dəyişməz qalıb – miokardın normal qidalanması üçün daralmış və ya tutulmuş arteriyada qan dövranını yaxşılaşdırmaq. Bunu iki yolla etmək mümkündür: medikamentoz və cərrahi.   

Müasir preparatlarla medikamentoz terapiya xroniki ÜİX-nin baza müalicəsi hesab olunur. Müalicə xəstənin həyat keyfiyyətinin yaxşılaşdırılmasına, yəni kəskin simptomların azaldılmasına yönəldilir, hansılar ki, miokard infarktı, qeyri-stabil stenokardiya, qəfləti ürək ölümü ilə nəticələnə bilər.  

Ürəyin işemik xəstəliyinin daha ağır formalarında cərrahi müalicə metodları tətbiq edilir.

Ürəyin işemik xəstəliyinin profilaktikası

Siqaretdən imtina. Siqaretdən, həmçinin, passiv siqaret çəkmədən imtina etmək iki il ərzində ölüm riskini iki dəfə azaldır. Əgər bunun öhdəsindən müstəqil gələ bilmirsinizsə, o zaman mütəxəssisə müraciət edin.

Fiziki aktivlik. Ürəyin işemik xəstəliyindən əziyyət çəkən bütün xəstələrə gündəlik fiziki aktivlik göstərişdir. Bu, hər gün 30 dəqiqədən az olmayaraq açıq havada gəzinti, ev şəraitində fiziki hərəkətlər ola bilər. İmkan daxilində həftədə iki dəfə dözümlülüyə hesablanmış məşqlər də tövsiyə olunur.     

Diyeta. Məqsəd qidalanmanın optimallaşdırılmasıdır. Bu zaman heyvan mənşəli yağları, xolesterin və şəkəri məhdudlaşdırmaq vacibdir. Həmçinin, xörək duzunun istifadəsini, rasionun kalorililiyini aşağı salmaq lazımdır. Çiy meyvə-tərəvəz qəbulu, ət əvəzinə balıq məhsulları məsləhət görülür. Bundan başqa, arterial təzyiqi, qanda xolesterin və şəkərin səviyyəsinə nəzarət etmək zəruridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.