Mon-Fri

08:00-18:00

Sat

08:00-18:00

Sun

Outgoing
Hayat Clinic

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Artıq çəki daha MR və KT müayinələri üçün məhdudiyət yaratmır
 hekimtap.az

Artıq çəki daha MR və KT müayinələri üçün məhdudiyət yaratmır

3274
Author: Radioloq Fərhad Qarayev, 055 261-14-04

Published: 18.02.2020
Hayat Clinic

Yalnız Hayat Klinikada ağır çəkili pasiyentlərin müayinəsi aparıla bilər.


 

Optima MR450w 1.5T MR cihazı 230 kq -ə qədər çəkisi olan pasiyentlər üçün nəzərda tutulub.

70 sm genişliyində olan işıqlı qentri pasiyentlərin müayinələri üçün komfortu təmin edir.

Müayinələr yüksək sürətlə aparılıb, ortalama müayinə vaxtı 15 dəqiqə çəkir.

Bəzi hallarda ehtiyac olanda, müayinə zamanı qısa müddətli qorxu hissəini aradan qaldıran preparatlardan istifadə oluna bilər.

MR cihazı 50 sm genişliyində görmə sahəsinə malikdir, və bu eyni vaxtda geniş sahələri görmək imkanını yaradır.

 

MR cihazında aşağıda sadalanan müayinələr aparılır:

  • baş beyin;
  • paranazal sinuslar;
  • orbital strukturalar;
  • gicgah sümükləri;
  • onurğa sütunu (boyun, döş, bel, oma, büzdüm) – fəqərəarası disklər və onurğa beyin;
  • mieloqrafiya;
  • boyun yumşaq toxumaları;
  • oynaqlar – çiyin, dirsək, mil-bilək, oma-qalça, bud-çanaq, diz, aşıq-baldır;
  • ətraf sümüklər və yumşaq toxumalar;
  • döş qəfəsin yumşaq toxumaları və divararalığı;
  • qarın boşluğu üzvləri;
  • kontrastsız MRCP (xolanqiopankreatoqrafiya);
  • kiçik çanaq üzvləri;
  • böyrəklər və böyrəküstü vəzlər;
  • kontrastlı, və o cümlədən dinamik kontrastlı müayinələr;
  • kontrastsız 3D TOF angioqrafiya.

 

MR tomoqrafiyaya əlavə bizim kilinikada avtomatik injektor vasitəsi ilə, MR tomoqrafiya zamanı dinamik kontrastlı müayinələr etmək imkanı var.

KT müayinələri 128 kəsikli Optima cihazında aparılır.http://www3.gehealthcare.com/~/media/images/product/product-categories/computed-tomography/optima%20series/optima-ct-540/ct-optima-ct540-thumb.jpg?h=271&la=en&mw=482&w=482

 

Bu cihaz çəkisi 230 kq –ya qədər pasiyentlərdə müayinəni aparmaqa imkan yaradır.

Cihaz tez sürətirentgen şüaların aşağı dozası ilə digər modellərdən seçilir.

Bu KT cihazda bütün bədənin görüntüsünü bir neçə saniyyə içərisində əldə etmək olar.

Oynıqlı pasiyentlərdə, travmatik zədələnmələr zamanı, ağ ciyər xəstəlikləri üçün KT müayinəsi əvəzolunmazdır.

Kompyuterli tomoqrafda müayinələr aparılır:

  • baş beyin və kəllə sümükləri;
  • paranazal sinuslar;
  • orbital strukturalar;
  • gicgah sümükləri;
  • onurğa sütunu (boyun, döş, bel, oma, büzdüm) – sümük strukturları;
  • oynaqlar – sümük strukturlarını dəyərləndirmək üçün;
  • ətraf sümüklər və yumşaq toxumalar;
  • ağ ciyərlər, döş qəfəsin yumşaq toxumaları və divararalığı;
  • qarın boşluğu üzvləri;
  • kiçik çanaq üzvləri;
  • böyrəklər və böyrəküstü vəzlər;
  • kontrastlı dinamik müayinələr;
  • kontrastlı angioqrafiya (mərkəzi və periferik damarların);
  • 3D (üç ölçülü) rəngli görüntülər.
  •  

KT zamanı avtomatik injektor vasitəsi ilə dinamik kontrastlı müayinələr və angioqrafik müayinələr aparıla bilər.