Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Uşaqlarda rotavirus infeksiyası
 hekimtap.az

Uşaqlarda rotavirus infeksiyası

25139
Author: Allerqoloq -Pediatr 050 863 66 88

Published: 04.04.2018
HekimTap Pro

Rotavirus infeksiyası nədir?

Uşaqların 95 %-i rotavirus bağırsaq infeksiyasını 5 yaşına qədər keçirir. Adətən immun sistemi bu xəstəliyin öhdəsindən müstəqil olaraq gəlir, lakin rotavirus infeksiyası südəmər körpələr üçün təhlükəli ola bilər. Qusma və diareya nəticəsində onların orqanizminin ağır susuzlaşması 6 saat ərzində baş verə bilər.  

Rotavirus infeksiyası mədə və bağırsaqların (rotavirus qastroenteriti) selikli qişasının zədələnməsilə özünü büruzə verən virus etiologiyalı infeksion patologiyadır. Südəmər körpələr və 3 yaşa qədər uşaqlar üçün xüsusilə təhlükəlidir, belə ki, orqanizmdə hipovolemik şok verən ağır susuzluq yaradır. Dünya Səhiyyə Təşkilatının statistikasına görə, rotavirus infeksiyası, əsasən, Asiyanın inkişafda olan ölkələri və Afrikada 215 min uşağın ölümünə səbəb olub.

Uşaqlarda rotavirus infeksiyasının yaranma səbəbləri və risk faktorları

Rotavirus qastroenteriti bağırsaq infeksiyasının bir növü olub,  “Reovirus” ailəsinə aid olan “Rotavirus" virusu tərəfindən törədilir. Bunlardan insan üçün təhlükəli olanları A, B və C rotaviruslarıdır.

Risk faktorları:
 – Sosial-məişət durumun pis olması;
 – Süni qidalandırma;
 – Pis qidalanma;
 – Erkən doğulmuş uşaq;
 – İmmun defisiti vəziyyəti (QİÇS, HİV)
 – Digər orqan və sistemlərin ağır xəstəlikləri.

Rotavirus infeksiyasının əlamətləri

Rotavirus infeksiyası özünü aşağıdakı əlamətlərlə büruzə verir:
 – Bir neçə gün ərzində öyümə, qusma;
 – 3-7 gün ərzində ishal;
 – Qarında ağrılar;
 – Bədən temperaturunun qalxması;
 – Kəskin respirator virus infeksiyası simptomları;
 – Zəiflik, baş gicəllənməsi.

Rotavirus infeksiyasının diaqnostikası

Rotavirus qastroenteriti diaqnozu daha çox 6 aydan 3-4 yaşadək uşaqlara qoyulur. Bunun səbəbi isə odur ki, qeyd olunan periodda uşaq qarışıq qidalanmaya keçir və bu da infeksiyaya yoluxma riskini artırır.

Rotavirus infeksiyasının diaqnostikası ekpress-analiz vasitəsilə aparılır. Bu zaman xəstənin nəcisində xəstəlik törədicisi aşkar edilir. Həmçinin, immunoferment analiz də tətbiq oluna bilər. Lakin bir çox hallarda, xüsusən də ambulator şəraitdə diaqnostika infeksiyanın kliniki əlamətlərinə əsaslanır.

Rotavirus infeksiyasının müalicəsi 

Virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur. Məqsəd su və elektrolit itirilməsinin qarşısını almaqdir.

Müalicə simptomatik, yəni simptomların aradan qaldırılmasına əsaslanır. Nadir hallarda rehidratasiya terapiyası aparılır.

Oral rehidratasiya terapiyası ishalın ilkin əlamətləri zamanı başlanır və vəziyyət stabilləşənədək davam etdirilir.

Oral rehidratasiya terapiyası ilkin yardım kimi tətbiq olunur. Yüngül vəziyyətlərdə müalicəni ev şəraitində də aparmaq olar. Əgər maye qəbulu mümkün deyilsə və qusma yaradırsa, venadaxili rehidrotasiya etmək üçün həkimə müraciət etmək lazımdır.

Bağırsaq infeksiyası zamanı körpənin ana südü ilə qidalanması vacibdir. Belə ki, ana südündə infeksiya ilə mübarizə aparmağa kömək edən bütün mikroelement və minerallar, həmçinin, anitellər mövcuddur.

Rotavirus infeksiyasının profilaktikası

Rotavirus infeksiyasının birincili profilaktikası məqsədilə peyvənddən istifadə edilir. Peyvənd profilaktikası uşağın ilk aylarında həyata keçirilir və 90% hallarda rotavirus infeksiyasının qarşısını alır.

Rotavirus infeksiyasının  ikincili profilaktikası sosial-məişət durumunu yaxşılaşdırmaqdan və su resurslarını fekal çirklənmədən qorumaqdan ibarətdir.

Bundan başqa şəxsi gigiyena qaydalarına ciddi riayət etmək vacibdir. Bu məqsədlə əllər tez-tez yuyulmalı, viruslu xəstə uşaq olan evdə digər uşağı qorumaq üçün ətrafdakı əşyalar spirtlə silinib təmizlənməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az