Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Revmokardit
 hekimtap.az

Revmokardit

4035
Author: Kardiooloq İslam Əzizov

Published: 10.08.2018
HekimTap Pro

Revmokardit nədir?

Ürək revmokarditi müxtəlif infeksion xəstəliklərdən sonra yaranan ən geniş yayılmış ağırlaşmadır. Əksər hallarda sonadək müalicə olunmamış anginadan sonra inkişaf etməyə başlayır. Xəstəlik ürəyin endokarditdən başlamış perikardtədək bütün divar və qişalarını zədələyir. Müasir diaqnostika və düzgün müalicə sayəsində prosesin bütün ürəyə yayılmasının qarşısını almaq mümkündür.  

Xəstəliyin tipi və dərəcəsindən asılı olaraq, revmokardit simptomsuz və ya ifadə olunmuş simtomatikalı gedişata malik ola bilər. Kəskin və xroniki revmokardit üçün qəfil başlama və sürətli inkişaf xasdır. Bu prosesin gizli gedişatlı forması da mövcuddur. Onu müayinə zamanı diaqnozlaşdırmaq olmur. Bu formanın aşakara çıxarılmasının yeganə yolu ürək qüsurunun yaranmasıdır.

Revmokarditin yaranma səbəbləri

Revmokarditin inkişafının əsas səbəbi insan orqanizmindəki infeksion proseslərdir. Burada genetik meyilliyi xüsusi qeyd etmək lazımdır, çünki infeksiya keçirmiş insanların heç də hamısı revmokarditdən əziyyət çəkmirlər.

Xəstəliyin ən geniş yaranma səbəbləri bunlardır:

  • Ürək xəstəliklərinin geniş spektri;
  • Allergik reaksiyalar;
  • Antisanitar iş və yaşayış şəraiti;
  • Müxtəlif virus infeksiyaları;
  • Müxtəlif virus infeksiyalarının stasionar və ya sakitlik şəraitində deyil, əmək şəraitində keçirilməsi.

Revmokarditin əlamətləri

Revmokardit həm böyüklərdə, həm də kiçikyaşlı uşaqlarda adətən, infeksiya xəstəliklərindən sağalmadan bir neçə həftə sonra inkişaf etməyə başlayır.

Revmokarditin əsas əlamətləri aşağıdakılardır:

  • Çiyin, dirsək və diz oynaqlarının zədələnməsi. Bu nahiyələrdə dairəvi formalı çox da böyük olmayan, bərkimiş  şişlər müşahidə olunur;
  • Orqanizmin tez yorulması;
  • İştahanın aşağı düşməsi;
  • Oynaqlarda şiddətli ağrılar;
  • İzafi tərləmə;
  • Dərinin avazıması;
  • Ürək ritmində dəyişikliklər;
  • Ürəkdə küy;
  • İş qabiliyyətinin qismən itirilməsi;
  • Bəzi daxili orqanların ölçülərinin böyüməsi;
  • Prosesin ağrılarla müşayiət olunması;
  • Fiziki yüklənmələr zamanı möhkəm öskürək;
  • Burundan qanaxma;
  • Tromboz;
  • Xroniki və ya kəskin revmokardit zamanı tənəffüsün çətinləşməsi;

Bütövlükdə bu əlamətlər həm böyüklərdə, həm də uşaqlarda müşayiət edilir. Fərq yalnız əlamətlərin ifadə olunma intensivliyindədir. Bəzi hallarda xəstəlik simptomsuz gedişata malik olur və orqanlarda böyümə müşahidə edilmir. Belə olan halda hətta diaqnostika bir nəticə vermir (revmokarditi aşkara çıxarmaq praktik olaraq mümkün deyil). Bu halda xəstəlik özünü yalnız ürək qüsuru vasitəsilə büruzə verir, bu da gələcəkdə xəstənin ölümünə səbəb olur.

Revmokarditin diaqnostikası

Revmokarditin erkən mərhələlərdə diaqnostikası üçün həkim xəstənin həyatından bzəi məlumatlar toplayır. Məsələn, xəstəliyin ilkin əlamətləri uşaq və ya yeniyetməlik dövündə üzə çıxıbmı, infeksion xəstəliklərdən sonra revmokarditin geri dönməsi baş veribmi, infeksion mənşəli xəstəliklərin sağalması nə qədər vaxt alıb və s.

Pasiyentin müayinəsi zamanı həkim əsasən, bunlara diqqət yetirir: dərinin solğun olmasına, dodaq, burun və ya qulaqların göyərməsinə, aşağı ətrafların şişməsinə, güclü təngənəfəsliyə, ürək problemlərinə – sərhədlərin böyüməsinə, küy, ürək döyüntüsünün zəifləməsinə.  

Revmokarditin müalicəsi

Yaxşı olar ki, revmokarditin müalicəsinə erkən mərhələlərdə başlanılsın, belə olan halda ürəyin fəaliyyəti və strukturu ilə problemlərin qarşısını alamaq olar.

İfadə olunmuş simtomlar zamanı xəstəliyin müalicəsi bir neçə mərhələdə aparılır:

  • Ciddi və sakit yataq rejimi. Bu cür rejimdən sonra xəstəliyin əlamətləri əhəmiyyətli dərəcədə azalır;
  • Müəyyən pəhrizlərin gözlənilməsi;
  • Kompleks dərmanların qəbulu -antibiotiklər, iltihab və qızdırma əleyhinə preparatlar, hormonal preparatlar, ürək stimulyatorları.

Revmokarditin müalicəsində bəzi xalq təbabəti reseptlərindən də istifadə edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az