Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Qeysəriyyə əməliyyatından sonra hamiləlik
 hekimtap.az

Qeysəriyyə əməliyyatından sonra hamiləlik

49876
Author: Mama-ginekoloq Aidə Hüseynova

Published: 15.05.2018
HekimTap Pro

Qeysəriyyə əməliyyatından sonrakı mənzərə

Qeysəriyyə əməliyyatından sonrakı ikinci hamiləlik həmişə müəyyən risk daşıyır, lakin bu əməliyyatın aparılması o demək deyil ki, sizin daha uşağınız olmayacaq və ya təbii yolla doğuşa heç bir şansınız yoxdur.

Statistikaya görə bütün doğuşların 10-20%-i qeysəriyyə əməliyyatının payına düşür. Bəzi xüsusi profilli müəssisələrdə bu göstərici yuxarı da ola bilər.   

İlk hamiləliyin əməliyyat yolu ilə sona çatması səbəblərindən asılı olaraq, həkim qeysəriyyə əməliyyatından sonra ikinci hamiləliyin mümkün olub-olmaması haqda qərar verir.

Adətən kontrasepsiya və gələcək hamiləlik haqda tövsiyələr hələ doğum evində verilir. Əgər əməliyyat ümumi vəziyyətin ağır olması ilə əlaqədər, məsələn, ciddi ürək xəstəliyi səbəbindən  aparılıbsa və gələcək hamiləlik əks-göstərişdirsə, bəzən radikal qorunma üsulu – sterelizasiya təklif olunur. Qeysəriyyə əməliyyatı zamanı borular bağlanır və bu zaman əməliyyatdan sonra hamiləlik ehtimalı olmur.    

Əgər əməliyyata göstəriş konkret olaraq cari hamiləlik və doğuş zamanındakı ağırlaşmalar olmuşsa (məsələn, genetal herpes və s.) gələcək hamiləliklərə heç bir əks-göstəriş yoxdur. 

Qeysəriyyə əməliyyatından sonra uşaqlıqda çapıq qalır. Körpəni uşaqlıqdan çıxarmaq üçün həkimlər uşaqlığın aşağı hissəsində kəsik aparmalı olurlar, daha sonra bu yara birləşdirici toxumanın yaranması vasitəsilə sağalır.     

Hesab olunur ki, qeysəriyyə əməliyyatında sonra növbəti hamiləlik üçün optimal dövr 2 il sonradır.

Qeysəriyyə əməliyyatından sonra erkən hamiləlik uşaqlıqda çapığın tam birləşməmisi baxımından təhlükəlidir. Bu təhlükənin qarşısını almaq məqsədilə əməliyyatdan dərhal sonra hamiləlik qeydə alınarsa, böyük ehtimal ki, bunu dayandırmaq tövsiyə ediləcək. Düzdür, hamiləliyin qeysəriyyə əməliyyatından bir ay sonra belə baş tutduğu hallarda qadınların normal hamiləlik keçirməsi qeydə alınıb, lakin bu, qayda deyil, istisna hesab olunmalıdır. Ona görə də risk etməyə dəyməz.      

Qeysəriyyə əməliyyatından sonra hamiləliyin planlaşdırılması

Qeysəriyyə əməliyyatından sonra hamiləliyə hazırlıq kontrasepsiyadan başlayır. Yenidən uğurla uşaq dünyaya gətirmnək istəyirsinizsə, qorunma məsələsinə ciddi yanaşmalısınız. Çünki bu, həyati vacib olan bir məqamdır. Belə ki, uşaqlığa yaraların bərpa olunması üçün sakitlik lazımdır, bu isə vaxt tələb edir.

Düzdür, kəsik tez bir zamanda sağalır, lakin birləşdirici toxuma bundan sonra hələ zərif və yumşaq olur. Misal üçün, əgər uşaq dünyaya gəldikdən sonra bir il sonra hamilə qalsanız bu, daha çox risk daşıyacaq, nəinki iki illik fasilədən sonra.        

Qeysəriyyə əməliyyatından sonra hamiləlik necə keçir?

Əvvəllər  qeysəriyyə əməliyyatı keçirmiş qadınlarda hamiləlik qeydə alınarsa, ginekoloqun qeydiyyatına nə qədər tez düşsəniz o qədər yaxşıdır. Belə hamiləlik zamanı tez-tez USM müayinəsi aparılır və hamilənin vəziyyəti ciddi nəzarət altında olur. Əgər qeysəriyyə əməliyyatından sonra hamiləlik qeyri-adidirsə, yənin iki və ya daha çöxdöllü hamiləlik qeydə alınıbsa, bu, bir qədər riskli ola bilər. Çünki uşaqlığın divarı çox tez dartılır və nəticədə üzərinə ağırlıq düşən çapıq çətin adaptasiya olur.

Onu da bilmək lazımdır ki, qeysəriyyə əməliyyatından sonra erkən hamiləlik, eləcə də abort təhlükəlidir. 5-6 həftəlik hamiləlik zamanı hamiləliyin medikamentoz vasitə ilə kəsilməsinin demək olar ki, heç bir  riski yoxdur. Amma əgər mifeqin və ya digər preparatların tətbiqi çüçün vaxt gecikmiş olarsa və hamiləliyin kəsilməsi üçün instrumental müdaxilə tələb edilərsə, bu sizin gələcəkdə ana olmaq qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Həm də bu zaman ağırlaşma riski də çox yüksəkdir.   

Qeysəriyyədən sonrakı hamiləlik zamanı doğuşu qətiyyən ev şəraitində keçirmək olmaz. Belə ki, uşaqlığın çapıq boyunca cırılması heç də mif yox, reallıqdır. Yəni uşaq mütləq doğum evində dünyaya gəlməlidir ki, ağırlaşma hallarında müvafiq tədbirlər görülsün.      

Qeyd: Əksər hallarda qeysəriyyə əməliyyatından sonra hamiləlik və doğuş normal keçir və sağlam uşağın dünyaya gəlməsi ilə nəticələnir. Əgər əvvəllər əməliyyat keçiribsinizsə narahatçılığa səbəb yoxdur, düzgün yanaşma zamanı gələcəkdə bir, hətta bundan da çox uşaq dünyaya gətirə bilərsiniz.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.