Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Herpes virusu
 hekimtap.az

Herpes virusu

28372
Author: Dermatoveneroloq Surxay Allahverdiyev

Published: 18.04.2018
HekimTap Pro

Herpes virusu nədir?

Herpes çox yoluxucu virus olub, xəstə insandan sağlam insana keçir.

Alimlər herpes virusunun 8 tipini müəyyənləşdiriblər onlardan ikisi 1-ci tip (daha çox) və 2-ci tip (nisbətən az) dodaqlarda uçuqlar yaradır. Bütün herpes viruslarının fərqləndirici cəhəti hüceyrənin daxilində məskunlaşmasıdır. İmmunitet aşağı düşdükdə herpes xəstəliyin növbəti mərhələsinə keçir və çoxalmağa başlayır.

Herpes virusunun təhlükəsi

Herpes virusları həm təbiətdə, həm də insanlar arasında geniş yayılıb. Bunun əsas səbəbi virusun yüksək yoluxuculuq qabiliyyətidir. Virus otaq temperaturunda aktivliyini bir sutkaya qədər qoruyub saxlaya bilir.

Yoluxma virus hissəciklərinin xəstə adamdan sağlam adamın selikli qişasına (ağız, burun, göz, cinsiyyət orqanları) düşməsi yolu ilə baş verir.

Virus orqanizmə daxil olduqdan sonra sinir ucluqları vasitəsilə sinir hüceyrələrinə (neyronlara) daxil olur. İmmun müdafiə zəifləyən kimi virus çoxalmağa və herpesə xas olan simptomlarla özünü büruzə verməyə başlayır.   

Dodaqda herpes virusu

Dodaqlar və üzdə yaranan herpesi, əsasən, virirusun birinci tipi yaradır. Bəzən yaxın kontakt zamanı ağız suyu damcıları vasitəsilə yayılan ikinci tip virus da buna səbəb ola bilər. Herpes, adətən, özünü içərisi bulanıq maye ilə dolu olan səpgilər şəklində büruzə verir. Onlar möhkəm qaşınma yaradır və ağrıyır.     

Genital herpes virusu (cinsi herpes)

Genital herpesi daha çox virusun ikinci tipi törədir. O, kişi və qadınların cinsiyyət orqanlarında səpgilərlə özünü göstərir. Genital herpes xəstə adamdan sağlam adama qorunmamış cinsi əlaqə vasitəsilə yoluxur. Cinsi herpes və dodaq herpesinin simptomları praktik olaraq eynidir, fəqrli cəhətləri səpgilərin yerləşmə nahiyələridir.  

 Birinci və ikinci tip virusların ümumiləşmiş adı “adi herpes virusudur”, belə ki, onlar bir-birilərinə xarakterik olan nahiyələri zədələyə bilir.

Dodaqda yaranmış herpes yayılaraq ağız boşluğunun selikli qişasını da iltihablandıra bilər (stomatit). Buna çox vaxt uşaqlarda rast gəlinir. Herpetik stomatitin herpetik anginaya keçməsi də mümkündür. Yeni doğulmuş körpələrdə virusla gözlərin və hətta baş beynin zədələnməsi rast gəlinən hallardandır (herpetik meningit).    

Bədəndə herpes virusu (kəmərləyici herpes)

Üçüncü tip virus tərəfindən törədilir, uşaqlarda özünü suçiçəyi kimi göstərir. Su çiçəyi – virusun orqanizmə daxil olmasına ilkin reaksiyadır. Kəskin mərhələdən sonra xəstəlik xroniki formaya keçir, sonra sinir hüceyrələrində bir neçə on il passivləşir, daha sonra hələ ki, məlum olmayan səbəblərdən virus aktivləşir və bir çox adamlarda kəmərləyici dəmrov yaradır.

Kəmərləyici herpes sinədə, qabırğa boyunca səpgilər kimi özünü büruzə verir, nadir hallarda boyun nahiyəsinə də yayılır. O, möhkəm ağrılarla müşayiət edilir, bəzi hallarda uzun müddət sağalmır (herpetik navralgiya). Daha nadir hallarda virus göz sinirini zədələyir, bu zaman herpes səpgiləri göz nahiyəsində əmələ gəlir. Bu, xəstəliyin ən ağır formalarından biri sayılır.    

Herpesin digər növləri limfoma (4-cü tip), infeksion mononukleoz (5-ci tip), uşaq rozeolası (6-cı tip), Kapoşi sindromu (8-ci tip) yarada bilər. 7-ci tip herpes virusuna isə xroniki yorğunluq sindromu adı verilib.

Herpes virusunun müalicəsi

Müasir təbabət hələ ki, herpes virusunu tam müalicə edə bilmir, belə ki, o, uzun müddət passiv şəkildə hüceyrənin nüvəsində yerləşir. Lakin herpesin xoşagəlməz simptomlarını müalicə etmək olar və lazımdır. Dərman preparatları vasitəsilə xroniki herpesin yaranma tezliyini və qalma müddətini qısaltmaq mümkündür. Onlar, həmçinin, virusun partnyora yoluxma riskini də azalda bilər.   

Bəs herpesin simptomlarını nə ilə müalicə etməli? Herpesin müalicəsi üçün effektivliyini sübut etmiş cəmi bir neçə dərman vasitəsi mövcuddur. Onlardan əsasları – atsiklovir, valatsiklovir (orqanizmdə atsiklovirə çevrilir) və famtsiklovirdir. Atsiklovir molekulu virusun DNT-sinə sirayət edir və onu “aldadır”, nəticədə çoxalma prosesi pozulur.   

Herpesdən qurtulmağın daha bir yolu – immuniteti gücləndirməkdir. Bu, kəskin səpgilər olmayan zaman effektlidir və xroniki herpesin kəskinləşmə miqdarını azaltmağa kömək edir, lakin virusu tam kənarlaşdırmır.   

Herpes virusunun profilaktikası

Herpesin profilaktikası digər adamların yoluxdurulmamasına yönəldilməlidir (əsasən də uşaqların, belə ki, böyüklərin əksəriyyəti artıq bu virusa yoluxmuşdur). Əgər dodaqlarınızda uçuq varsa, ağzınızda tənzif sarğı gəzdirin, uşaqları öpməyin, uçuqlara toxunmayınvə əllərinizi tez-tez yuyun. Sağlam və yoluxmuş adamın eyni qablardan istifadə etməsi tövsiyə olunmur.

Genital herpes cinsi əlaqə zamanı yoluxur, xüsusən də xəstə adamda səpgilər varsa. Amma unutmaq olmaz ki, bəzi adamlardan virus səpgilər olmadan da yoluxa bilər. Bu halda herpesdən qorunmağın effektli yolu prezervativlərdən istifadə etməkdir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.