Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Dəri-zöhrəvi xəstəliklərinin diaqnostika və müalicəsi
 hekimtap.az

Dəri-zöhrəvi xəstəliklərinin diaqnostika və müalicəsi

9609
Author: Dermatoveneroloq Surxay Allahverdiyev

Published: 10.04.2018
HekimTap Pro

Dəri-zöhrəvi xəstəliklərinin diaqnostikası 50%-i həkimin təcrübəsindən asılı olduğu halda, 50%-i də laborator müayinə metodlarının dəqiq və düzgün olmasından asılıdır. Laboratoriya və müasir müayinə metodları həkimin köməkçisi qismində çıxış etməlidir. Yəni laborator müayinə həkimin kliniki olaraq qoyduğu diaqnozu dəqiqləşdirmək üçündür.

Hər bir həkimin güvəndiyi laboratoriya və müayinə metodu var. Ümumiyyətlə, laborator və ya instrumental müayinə metodları pasiyentin deyil, həkimin yardımçısı olmalıdır və pasiyent də öz növbəsində, həkimin dediklərinə güvənməlidir.

Ola bilər ki, laboratoriya həkimin qoyduğu diaqnozu təsdiq etməsin. Əgər təcrübəli həkim qoyduğu diaqnoza əmindirsə, o zaman pasiyenti başqa laboratoriyaya - təkrar analizə yönəldir. Çünki bəzi hallarda laborator analizlərin cavabları dəqiq olmaya da bilər.

“Aysmed” klinikasında laboratoriya çox yüksək səviyyədə qoyulub və bütün standartlara cavab verir. Bu laboratoriyada analizlərin nəticələri çox dəqiq, güvənli, sürətli və effektivdir.

Ümumiyyətlə, bütün daxili orqanların xəstəlikləri özünü dəridə büruzə verir. Bu baxımdan müalicə həkimləri az da olsa, dəri xəstəlikləri haqda məlumatlı olmalı, dəri həkimləri isə bütün daxili orqanların xəstəliklərini bilməlidirlər. Yəni daxili orqanların xəstəliklərini sırf dəri xəstəliklərindən ayırmağı bacarmaq lazımdır.

Dəri xəstəlikləri 3 qrupa bölünür: dərinin infeksion xəstəlikləri, dərinin xroniki xəstəlikləri və dərinin iltihabi xəstəlikləri. “Aysmed” klinikasında adları çəkilən xəstəliklərin vaxtlı-vaxtında diaqnozu qoyulur və effektiv müalicəsi aparılır. Buraya kosmetik problemlər, üz dərisinin iltihabi və infeksion xəstəlikləri, saç problemləri və digər dəri xəstəlikləri aiddir.

Xəstəliyin düzgün müalicəsi üçün pasiyent peşəkar həkimə müraciət etməlidir, çünki təcrübəsiz həkimin müdaxiləsi zamanı xəstəliyin əlamətləri pozulur və diaqnoz qoymaq çətinləşir. Tövsiyə olunur ki, xəstəliyin ilkin əlamətləri müşahidə edilən kimi mütəxəssisə müraciət edəsiniz.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.