Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Ürək problemindən xəbər verən 11 əlamət
 hekimtap.az

Ürək problemindən xəbər verən 11 əlamət

7699
Author: Kardioloq İslam Əzizov

Published: 03.07.2018
HekimTap Pro

Ürtək problemlərini dərhal hiss etmək o qədər də asan deyil. Bəzən filmlərdə əli ilə sinəsini tutub yerə yıxılan insan mənzərəsini görürsüz, lakin reallıqda ürək-damar problemləri özünü tamamilə başqa cür də büruzə verə bilər.

Xoşagəlməz hisslər ürək ağrısı və ürək nahiyəsi ilə əlaqədar olmaya da bilər. Lakin tövsiyə edərdim ki, aşağıdakı 11 əlamətə diqqət yetirəsiniz, xüsusən də yaşınız 60-dan yuxarıdırsa, yaxud da şəkərli diabet, yüksək təzyiq, yüksək xolesterin və ya artıq çəki probleminiz varsa. Risk faktoru yüksək olduqca, aşağıda sadalanan əlamətlərin ürək və damar problemi yaratma ehtimalı bir o qədər yüksəkdir.

Sinədə narahatlıq

Bu, ən çox rast gəlinən simptomdur. Əgər sinənizdə ağrı və ya sıxılma, təzyiq hissi hissi varsa, bu, kardioloqa müraciət etmək üçün səbəbdir.   Mütəxəssislər qeyd edirlər ki, bu narahatlığı hərə bir cür ifadə edir, kimi daxildə sanki çimdikləndiyini, bəziləri sinədə yanğı hissi olduğunu, digərləri isə sinələrində ağır yük hiss etdiyini bildirir. Bu hisslər bir neçə dəqiqədən çox davam edir, insanı həm sakit, həm də fiziki aktivlik vəziyyətində narahat edə bilər.   

Ürəkbulanma, qıcqırma, mədə pozulması və həmin nahiyədə ağrı

Bəzi pasiyentlərdə bu cür problemlər ürək xəstəliyinə dəlalət edə bilər. Belə vəziyyətlərə daha çox qadınlarda rast gəlinir. Əlbəttə ki, mədə pozulmasının ürəklə heç bir əlaqəsi olmaya da bilər. Lakin risk qrupuna daxilsinizsə, yaxşı olar ki, həkimə müraciət edəsiniz.   

Qola yayılan ağrı

Bu, klassik əlamətlərdən biridir. Əgər ağrı sinədən başlayıb, bədənin sol tərəfi ilə yayılırsa və qola verərsə - ehtimal ki, söhbət kəskinləşmiş xəstəlikdən gedir. Bəzi hallarda qol sinədən daha çox ağrıya bilər.

Başgicəllənməsi

Başgicəllənməsi bir çox səbələrdən yarana bilər – məsələn, ola bilsin ki, az yeyib və ya maye qəbul edibsiniz, yaxud da qəfildən ayağa durubsunuz. Lkin digər simptomlarla birlikdə bu da ürəyin funksiyasının lazımınca yerinə yetirməməsindən xəbər verə bilər.

Boğaz və ya çənədə ağrı

Bu cür ağrılar müxtəlif səbəblərdən yarana bilər, lakin onlar boğaza və daha yuxarı nahiyələrə yayılarsa, yaxşı olar ki, həkimə müraciət edəsiniz. 

Yorğunluq

Əgər tez yorulursunuzsa, məsələn adi hərəkətlərdən sonra (ərzaqları maşından evə gətirdikdə, nəfəsinzi normal dərə bilmirsinizsə) və s. – həkimə gedin. Bu simptomlar çox vacib ola bilər. Yorğunluq həddindən artıqdırsa və bunun səbəbini başa düşə bilmirsinizsə - ürəyinizi yoxladın.  

Xorultu

İnsan normal xoruldayarsa, bu, normaldır. Amma həddindən artıq möhkəm xorultu tənəffüs problemindən xəbər verir, bu da ürək fəaliyyətinə təsirsiz ötüşmür.

Soyuq tər

Əgər bədəninizə gözlənilmədən soyuq tər gələrsə və bununla yanaşı yuxarıdakı simptomlardan biri müşahidə olunarsa, həkim çağırın, onun yanına özünüz getməyə çalışmayın. Bu, infarkt əlamətləri ola bilər.

Ara verməyən öskürək

Bu cür öskürək ağciyərlərin qanla normal qidalanmamasından xəbər verə bilər. Belə olan təqdirdə də həkimə müraciət edin.

Ayaqların şişməsi

Ürək qanı lazım olan intesivliklə vurmadıqda ayaq damarlarda dayana bilər ki, bu da ətrafların şişkinliyi ilə nəticələnə bilər. Bundan başqa, ürək çatışmazlığı zamanı börəklər pis işləyir ki, bu da ayaqlarda şişkinlik formasında özünü büruzə verir.

Aritmiya

Əsəbləşdiyiniz anda ürək öz ritmini dəyişə bilər. Yox əgər bu, bir neçə saniyədən artıq və həddindən artıq tez –tez baş verirsə, bu halda kardiloqa məlumat verin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az