Language:
English
Tibbi xidmətlərin marketinq psixologiyası
HekimTap-ın təşkilatçılığı ilə 16.12.2017-ci il tarixində saat 14:30-da "Satış Məktəbi" nin və "HR Məktəbi" nin rəhbəri, Dr. Kenan Ragimoff tərəfindən həkimlər və tibb işçiləri üçün “Tibbi xidmətlərin marketinq psixologiyası” mövzusunda seminar keçiriləcək!
Hörmətli həkimlər və tibb işçiləri, Sizləri HekimTap şirkətinin rəhbərliyi ilə keçirilən seminara dəvət edirik! Qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur!
Seminarın proqramı:
14.30- 15.00 Qeydiyyat
15.00-16.30 I hissə :
– Tibb sahəsində Brendin formalaşması;
– Tibbi xidmətlərin əsaslandırılması;
– Tibb xidmətlərinin genişləndirilməsi;
– Dərman preparatlarının təyinatı.
16.30-17.00 Coffee-break
17.00-18.30 II hissə – Elmi dərəcə və sosial aktivlik:
– Mütəxəssis üçün vacib olan meyyarlar;
– Sosial aktivlik – peşəkar cəmiyyətlərdə üzvlük;
– Pasiyentlərin siyahısı və rəyləri;
– Problemlərin həlli və sahə liderliyi;
– Sosial şəbəkələr və axtarış sistemləri.
Müzakirə, Sual-cavab
Seminarda iştirak şərtləri:
Seminar həkimlər və tibb işçiləri üçün nəzərdə tutulub.
Seminar Azərbaycan dilində, sual-cavab isə Azərbaycan, rus dillərində aparılacaq.
Sertifikat verilir (HekimTap)
Qeydiyyatın son günü 15 dekabr 2017-ci il.
Seminarda iştirak etmək istəyən həkimlər və tibb işçiləri aşağıdakı qeydiyyat formasından keçməlidirlər:
https://docs.google.com/forms
Tarix: 16.12.2017
Məkan: Chirag Plaza
Ünvan: 49/C Tbilisi prospekti, Bakı 1065
Əlavə məlumat üçün əlaqə:
Mob.: (+994) 50 549-66-88
E-mail: courses.hekimtap@gmail.com
Web sayt: www.hekimtap.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1