Language:
English
HekimTap ölkəmizin ən aparıcı kosmetoloq və dermatoloqlarını yenə bir araya gətirdi
“HekimTap”, “Medline Esthetic Center” və “Cybelle & Brillas”-ın təşkilatçılığı ilə həkim dermatoveneroloq, kosmetoloq, WOSIAM-ın (Yaşlanma Əleyhinə Təbabət Dünya Cəmiyyəti ) üzvü, Avropada sertifikasiya olunmuş təlimçi, “Beauty” industriyasının tanınmış ukraynalı spikeri Valeriya Kosova tərəfindən “Kontur plastikası üzrə master-klass” keçirilib.
150-yə yaxın həkim kosmetoloq və dermatoloqun iştirak etdiyi tədbirin açılışında əvvəlcə “Medline Esthetic Center”-in baş direktoru Həcər Cəfərova çıxış edib. O, nitqində iştirakçıları salamlayıb, master-klasın iştirakçılara faydalı olacağına ümidvar olduğunu bildirib. Sonra söz Valeriya Kosovaya verilib. Tanınmış spiker onun üçün yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib, daha sonra master-klass praktik hissəylə davam edib.
Master-klass zamanı V. Kosova üzün anatomik xüsusiyyətləri əsasında təhlükəsiz kontur plastikası, düzgün implant - toxumaların uğurlu auqmentasiyası, müxtəlif zonaların toxuma defisitinin bərpa olunması və bir çox başqa mövzularda tədbir iştirakçılarına ətraflı məlumat verdikdən sonra bu nəzəri bilikləri ustalıqla modellər üzərində inyeksiyalarla tədbiq edərək çıxışına davam etdi
Hər bir modelin üzündə müxtəlif prosedurlar icra olunub. Bəzilərində isə gözəl nəticələr özünü dərhal büruzə verdiyinə görə auditoriya daha da canlanmışdı. İştirakçılar o qədər həvəslənmişdilər ki, tədbirin sonuna yaxın ukraynalı qonağın ətrafına toplaşan ən aktiv iştirakçılar hətta onunla birgə fəaliyyət də göstərirdilər. Heç kəs Valeriya doktordan maraqlı bir təcrübə toplamamış ondan ayrılmaq istəmirdi.
Hətta orqanizmi heleron turşusunu tez mənimsəyə bilməyən 35 yaşlı modelin alnında bir balaca şişkinlik yaransa da, bunun tez bir zamanda keçəcəyinə əmin olduğu üçün tədbirdən gülər üzlə ayrıldı.
Master-klass başa çatdıqdan sonra V. Kosova fikirlərini məmnuniyyətlə HekimTap-la bölüşüb:
Bakıdan təklif gələndə çox sevindim. Əslində bu, məntiqli bir təklif idi, çünki mən çoxdandır ki, bu preparatlarla işləyirəm və onların gözəl gələcəyi var. “Cybelle” preparatları ilə işləyən ilk həkimlərdən biri kimi bilirdim ki, onlar beynəlxalq səviyyəyə çıxacaq və mən “Cybelle”i başqa ölkələrdə tezliklə təmsil edəcəyəm. Sevinirəm ki, bu ölkələrdən biri də Azərbaycan oldu. Ölkəniz və Bakı haqqında çox eşitmişdim, regionun ən inkişaf etmiş ölkələrindən biri olduğunzu da bilirəm. Yeri gəlmişkən, Bakı məni çox heyran etdi, ümidvaram ki şəhəri gəzməyə imkanım olacaq.
“Cybelle & Brillas” təmsil etmək şərəfinə nail olduğuma sevinirəm. Master-klasda bu preparatın başqalarından fərqli və üstün cəhətlərindən danışdım. Bu gün bzim sahədə istifadə olunan preparatların sayı həddindən çoxdur. “Cybelle & Brillas”ın əsas üstünlüyü onun bütün təhlükəsizlik standartlarına cavab verməsdir.
Özümün müəllifi olduğum metodikalardan da danışdım, məncə, həkimlərinizi inandıra bildim ki, bizim preparatlardan istifadə etmək çox faydalı və əlverişlidir. Ümid edirəm ki, Azərbaycan həkimləri bizi unutmayacaq və bugünkü tədbirin təşkilatçılarına HekimTap və Medline şirkətlərinə öz dərin minnətdarlığımı bildirirəm.
HekimTap şirkətinin Azərbaycandakı direktoru Rüfət Həsənzadə də fikirlərilə paylaşdı:
Bu master-klass kosmetoloq və dermatoloqlar tərəfindən gözlədiyimizdən də çox diqqət cəlb etdiyi üçün uğurlu alındığını düşünürəm. HekimTap olaraq Azərbaycanın beynəlxalq tibb industriyasına daha da dərin inteqrasiyası yolunda keçirdiyimiz belə gözəl tədbirlərə hər zaman xaricdən ən təcrübəli mütəxəssislərin cəlb olunması bizim üçün prioritet məsələdir.Həkim kosmetoloq Valeriya Kosova həm təcrübəli həkim, həm də gözəl spikerdir. Düşünürəm ki, onun təcrübəsi azərbaycanlı estetik həkimlər üçün faydalı oldu.
Bu master-klasın böyük maraqla qarşılandığını nəzərə alsaq, gələcəkdə də kosmetologiya sahəsində analoji tədbirlər təşkil edəcəyimiz istisna deyil.
Medline Esthetic Center-in baş direktoru Həcər Cəfərova öz növbəsində HəkimTap-a bunları danışıb:
Medline Esthetic Center İsrail preparatı olan “Cybelle & Brillas”-in Azərbaycandakı rəsmi distribütorudur. Budəfəki master-klasın spikeri kimi Valeriya Kosovanı təsadüfən dəvət etməmişik. O, “Cybelle” preparatlarından kifayət qədər uzun müddətdir ki, istifadə edir. Və bizim şəhərdə insanların demək olar ki, hamısının rus dilini başa düşdüyünü nəzərə alıb, hesab etdik ki, Valeriyanın çıxışı maraqlı olacaq. Belə də oldu. Valeriya təkcə “Cybelle” məhsullarının istifadəsinə dair həm nəzəri, həm də praktik çıxışlarla deyil, həm də üzü cavanlaşdırmaq üçün öz korreksiya texnikalarını da peşəkar səviyyədə nümayiş etdirdiyi üçün yadda qaldı.
Həkim dermatoloq və ya kosmetoloqlarımızın öz metodikaları var, lakin Valeriya fərqli texnikalar nümayiş etdirdi ki, buda master-klass iştirakçıları üçün çox maraqlı oldu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1