logo hekimtap.az
private cabinet My account

Registration

Have you registered? Log in

Enter the site

Enter using

Facebook
Google+

Wrong email or password
Register
Forgot password?
choose country

Country:

Azerbaijan

  • Azerbaijan
  • Kazakhstan
  • Russian
  • Turkey
  • Ukraine

Language:

English

  • Azərbaycanca
  • Русский
  • English

choose country My account

Registration

Have you registered? Log in

Enter the site

Enter using

Facebook
Google+

Wrong email or password
Register
Forgot password?
  • Doctors
  • Clinics
  • Pharmacies
  • Medical tourism
  • Health
    Promos
    Articles
    VBlogs
    Healthy lifestyle
  • Career
    Medical vacancies
    Education abroad
    Events and Training
  • Health
    • Promos
    • Articles
    • VBlogs
    • Healthy lifestyle
  • Career
    • Medical vacancies
    • Education abroad
    • Events and Training

Language:

English

  • Azərbaycanca
  • Русский
  • English
My account
  • Home
  • Events and Training
HəkimTap 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlarımızı çirklənmiş ətraf mühitdən qoruyaq” adlı sosial-maarifləndirici seminar keçirdi! hekimtap.az
05 June 2017 5234

HəkimTap 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlarımızı çirklənmiş ətraf mühitdən qoruyaq” adlı sosial-maarifləndirici seminar keçirdi!

HekimTap-ın təşkilatçılığı ilə 03.06.2017-ci il tarixində saat 14:30-da 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlarımızı çirklənmiş ətraf mühitdən qoruyaq" adlı seminar keçirildi. Tədbirdə həkim, rezident və tibb tələbələri ilə yanaşı müxtəlif profilli mütəxəssislər də iştirak etdilər. Seminar Avropa məktəbinin sertifikatlı osteopatı, immunoloq Dr. Etibar Qasımov tərəfindən iştirakçılarla interaktiv şəkildə aparıldı.
Göstərdiyi dəstəyə görə Azərbaycanın müasir otel və biznes mərkəzlərindən olan Çıraq Plaza rəhbərliyinə HekimTap öz minnətdarlığını bildirir.

Seminarı ənənəvi olaraq, HekimTap-ın Təhsil üzrə meneceri tərəfindən açıldı və HekimTap şirkəti haqqında iştirakçılara geniş məlumat verildi. Beləliklə, HekimTap özündə bir çox tibbi sahələri və iştirakçıları – həkimləri, rezidentləri, tibb tələbələrini, klinikaları, aptekləri və s. birləşdirən mərkəzləşdirilmiş beynəlxalq portaldır. HekimTap layihəsi hal-hazırda Qazaxıstan, Ukrayna və Azərbaycanda fəaliyyət göstərir. Tezliklə Türkiyədə də fəaliyyətə başlayacaq. Həmçinin, burada istənilən tibbi xidmətin tez və rahat axtarılması üçün geniş imkanlar yaradılmışdır.

Tədbirə gələn qonaqlar bu günə kimi aparılan seminarlar haqqında məlumatlandırıldı və növbəti seminarların anonsu elan edildi. Daha sonra söz məruzəçi Dr. Etibar Qasımova verildi. Tədbirin əsas mövzusu "Funksional biokimya və metabolik korreksiya" olsa da, Dr. Etibar Qasımov tərəfindən bu kontekstdə daha geniş problemlər müzakirə olundu. O, iştirakçılara biokimyanın daha effektiv hissəsi olan funksional biokimyadan, canlı insanlarda gedən biokimyəvi reaksiyalardan, fermentlərin üstünlüklərindən və fizioloji özəlliklərdən danışdı. Dr. Etibar Qasımov insan bədənində gedən 100000 reaksiyanın həyata keçməsi üçün vacib ferment, vitamin və mikroelementlərdən bəhs etdi. Məişətdə bizi əhatə edən zərərli toksik maddələr haqqında məlumat verdi və həssas orqanizmə malik olan körpələrimizi qorumaq yollarını açıqladı. Onun sözlərinə görə işlətdiyimiz məişət əşyaları gözə görünməyən düşmənlərimizdir. Bunların içində ən çox rast gəlinən yüngül, lakin insan orqanizmi üçün artıq dərəcədə zəhərli və toksik olan alüminium metalını xüsusi olaraq vurğuladı. Bundan başqa mağazalarda satılan qidalarda təhlükəli qida əlavələrini necə tanımaq və onların ən təhlükəliləri haqqında danışıldı. Dr. Etibar Qasımov həmçinin vurğuladı ki, əhali tərəfindən geniş istifadə olunan vitamin kompleksləri heç də orqanizmdə çatışmayan mikroelementlər və vitaminlərin defisitini bərpa etmir. Bunun üçün düzgün müayinə olunub, çatışmayan mikroelement və vitaminləri lazımi dozada qəbul etmək məqsədə uyğundur. Həkim çıxışında maraqlı və aktual mövzulara toxunduğuna görə iştirakçılar onları maraqlındıran sualları prezentasiya sona çatmamış dərhal verirdilər. 

Xüsusi olaraq HekimTap tərəfindən iştirakçılarımız üçün gözəl hədiyyə hazırlanmışdı. Şəffaf qutudan adı çıxan  üç iştirakçıya Dr. Etibar Qasımov tərəfindən ödənişsiz müayinə təqdim olundu. Tədbirin sonunda iştirakçılar sertifikatlarla təltif  olundu və onlar tədbirin çox mühüm rol oynadığını qeyd edərək, yeni tədbirlərin keçirilməsini xahiş etdilər. Seminarın sonunda iştirakçılarla fotosessiya aparıldı. Qeyd edək ki, seminarda iştirak edə bilməyənlər Facebook səhifəmizdə canlı yayımın  videoçarxına  baxa bilər.


Şəkillər: https://www.facebook.com/pg/hekimtap/photos/?tab=album&album_id=1184939588302259
Video: https://www.facebook.com/hekimtap/videos/1184726461656905/
Növbəti seminarlarımızın anonsunu saytımızda izləyin!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Doctors
Clinics
Pharmacies
Medical tourism
  • Doctors
  • Clinics
  • Pharmacies
  • Medical tourism
  • Promos
  • Articles
  • VBlogs
  • Healthy lifestyle
  • Medical vacancies
  • Education abroad
  • Events and Training
  • Doctors
  • Clinics
  • Pharmacies
  • Medical tourism
  • Health
  • Promos
  • Articles
  • VBlogs
  • Healthy lifestyle
  • Career
  • Medical vacancies
  • Education abroad
  • Events and Training

Mobile application

Download free mobile application Hekim Tap

app store hekimtap.az google play hekimtap.az

Contact us

(+994) 77-398-00-55 (+994) 77-398-00-55
  • Share black

Contact us

(+994) 77-398-00-55 (+994) 77-398-00-55
info@hekimtap.az
  • Share black

Mobile application

Download free mobile application Hekim Tap

app store hekimtap.az google play hekimtap.az

HekimTap © 2018 Use info only by referring to the site

Version 2018.06.14.1

  • Doctors
  • Clinics
  • Pharmacies
  • Medical tourism
  • Articles
  • VBlogs
  • Healthy lifestyle
  • Medical vacancies
  • Education abroad
  • Events and Training