Language:
English
Elmi-praktik vebinar: "Panik Atakların Psixoterapevtik müalicəsi"
Hörmətli həkimlər, psixoloqlar, psixoterapevtlər, rezidentlər və tibb tələbələri, sizi böyük məmnuniyyətlə HəkimTap-ın təşkilatçılığı ilə 30 yanvar 2021-ci il tarixində keçiriləcək "Panik Atakların Psixoterapevtik müalicəsi" adlı elmi-praktik vebinara dəvət edirik.
Azərbaycanın tanınmış Həkim Psixoterapevti, Rusiyanın Sankt-Peterburq V.M.Bexterev adına İnstitutunun Fərqlənmə Diplomu ilə 2003-cü ildən məzunu, Rusiyanın baş psixoterapevti, professor B.D.Karvasarskinin və dünya üzrə tanınmış psixoanalitiki professor V.D.Vidin rəhbəri altında çalışmış, 2003-2007-ci illərdə "Regional Psixologiya Mərkəzi"nin direktoru, 2008-2021 "Global Training and Consalting" şirkətinin direktoru, İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin aparıcı eksperti, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Biznes Psixologiya şöbəsinin rəhbəri, 2020-ci ildən "Psixologiya Məktəbi"nin rəhbəri, 17 il psixoterapiya sahəsində təcrübəsi olan mütəxəssis Kənan Rəhimov bu praktikumda sizinlə öz təcrübəsində tətbiq etdiyi metodları paylaşacaq.
Tədbirdə "Panik Atakların Psixoterapevtik müalicəsi" haqqında qarşılıqlı müzakirələr aparılacaq.
Tədbirin proqramı:
12:00-12:10 – Açılış
12:10-12:30 – Şəxsi həyat xəritəsi nədir?
12:30-12:45 – Təşviş hissini oyadan mexanizm
12:45-13:00 – Kompensasiya tab gətirməyəndə
13:00-13:15 – Panik Atakların yaranması və yayılması
13:15-13:30 – Psixotrop preparatlarının təsir mexanizmi
13:30-:13:45 – Tənəffüs texnikaları və Meditasiya
13:45-:14:00 – Panik Atakların müalicəsində “Şəxsi həyat xəritəsi”ilə iş
14:00-14:10 - Tədris proqramları və vasitələri
14:10 - Bağlanış
Seminar kimlər üçün nəzərdə tutulub: Psixoterapevtlər, psixiatrlar, nevroloqlar, həkimlər, psixoloqlar, konsultantlar, mentorlar, kouçlar, tələbələr, pasiyentlər.
Vebinarda iştirakın şərtləri:
- Vebinar praktik həkimlər, rezidentlər və tələbələr üçün nəzərdə tutulub.
- Sertifikat verilir (HekimTap)
- Qeydiyyatın son günü - 28 yanvar 2021-ci il.
Vebinarda iştirak etmək istəyənlər aşağıdakı qeydiyyat formasını doldurmalıdırlar:
https://forms.gle/KanjuEa1zZN14tZ58
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1